Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1486/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG A725” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 84 manat olmaqla cəmi 999 manat ödəməyi öhdəsinə götürüb, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, heç bir ödəniş etməyib və qalıq qalan 999 manat borcu qaytarmayıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1498 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanan cərimə məbləğinin miqdarı 1498 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilib və cavabdehdən cərimə məbləğinin 10%-i, yəni 149.8 manat tələb olunur. Beləliklə,cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 999 manat əsas, 149.8 manat cərimə, cəmi 1148.8 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 999 manat əsas borc, 149,8 cərimə,cəmi 1148,8 manat borcun və 31.48 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də möhkəməyə gəlməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. İşə əlavə olunmuş,"xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh oğlu aldığı “Samsung A725” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 84 manat olmaqla cəmi 999 manat ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 999 manat əsas borc,1498 cərimə,cəmi 2497 manat borcu vardır. İş materiallarında olan məxaric qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 31.48 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada nisyə alqı-satqı müqavilələri bağlanmış,həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh müqavilədə nəzərdə tutulan əşyaları nisyə satmış, sonuncu isə razılaşdırılmış müddət ərzində həmin əşyaların dəyərini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı müqavilə öhdəliklərinə əməl edib həmin əşyaları cavabdehə təhvil versə də,sonuncu öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə 1148.8 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki iddia təmin olunmalı, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 999 manat əsas borc, 149,8 cərimə, cəmi 1148,8 manat borc və 31.48 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 999 manat əsas borc, 149,8 cərimə, cəmi 1148,8 manat borc və 31.48 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1486/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1486/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver