Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1493/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, X15 və X11 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vərəsələrin kreditor qarşısında məsuliyyəti”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçının nümayəndəs Nümayəndə2, Cavabdeh2, Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X15 və X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, X15 və X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X5 (Qanuni nümayəndə qismində Cavabdeh3) və Cavabdeh4 (Qanuni nümayəndə qismində Cavabdeh3) müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3762.39 manat məbləğində kredit bоrcu, 152.64 manat məbləğində faiz bоrcu və 94.82 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4009 (dörd min doqquz) manat 85 (səksən beş) qəpik məbləğində bоrcun və ödənilmiş 60.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 001A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X18 aylıq faiz dərəcəsi 1.25% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on ikimin) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 8237.61 manat ödəniş etmiş və оnun iddiaçıya 3762.39 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 268 gün üçün hesablanmış faiz borcu 152.64 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 268 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 94.82 manat təşkil edir.
İş materialları :
3. Cavabdeh X18 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə, aylıq 1.25% dərəcəsi olmaqla 12000 manat kredit sifariş etmişdir. Ərizədən görünür ki, “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və qəbul etmişdir.
4. İddiaçı QSC tərəfindən təqdim edilən ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 583 (sonuncu ay 586.29) manat olmaqla, 12000 manat əsas borc, 1995.29 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür.
5. Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2024cü il tarixdə ünvan 2vanında yaşayan atası X18 vəfat etmişdir. Miras əmlak olaraq ünvan 4 ünvanında yerləşən mənzil qalmışdır. Göstərilən əmlakdakı payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
6. X15 tərəfindən notariat ofisina ünvanlanmış ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2vanında yaşayan atası X18 vəfat etmişdir. Miras əmlak olaraq ünvan 4 ünvanında yerləşən mənzil qalmışdır. Göstərilən əmlakdakı payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
7. Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2007ci il təvəllüdlü qızı X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X9 qalan mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəyə imza etməsinə etiraz etmədiyini və razılıq verdiyini bildirmişdir.
8. Ağdaş rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 və X7 ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə vəfat etmiş X12 adına vərəsəlik işi açılmış, lakin hal-hazıradək həmin iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
9. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X12 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur.
10. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2022-xx.xx.2024-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə hesaba 12000 manat mədaxil edilmişdir və cavabdeh X18 tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixində ödəniş edilmişdir.
11. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X12 xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli, 001A********** saylı razılaşma üzrə 3762.39 manat ödənilməmiş hissə, 152.64 manat faiz, 94.82 manat cərimə olmaqla, cəmi 4009.58 manat borcu vardır.
12. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişlərindən görünür ki, xx.xx.2024-cü il tarixə gecikdirilmiş 4009.85 manat (3762.9 manat əsas, 152.64 manat faiz, 94.82 manat cərimə) məbləğində vəsaitin xx.xx.2024-cü il tarixədək ödənilməsi tələb edilmiş, əks halda müqavilənin vaxtından əvvəl ləğv ediləcəyinə dair xəbərdarlıq edilmişdir.
13. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 60.10 manat dövlət rüsumu ödənilmişdir.
14. İş materiallarına “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” əlavə edilmişdir.
15. AZ-İİ seriyalı, 384963 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2024-cü il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 125 nömrə ilə qeyd edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “X6” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X16 aid xx.xx.2024-cü ilədək ailə tərkibinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir: atası-X19 (xx.xx.1938), anası-Cavabdeh1 (xx.xx.1953), əri(arvadı)-Cavabdeh3 (xx.xx.1984), Cavabdeh2 (xx.xx.2005), qızı –X15 (xx.xx.2007), qızı –X17 (xx.xx.2022).
17. “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışdan görünür ki, X20 (xx.xx.1938) xx.xx.2000-ci il tarixdə ölmüşdür.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 X16 məxsusdur.
Tərəflərin izahatları :
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, kredit borcunun olması, məbləği tərəfindən mübahisələndirilmir. Onun istəyi kreditin bərabər şəkildə bölünməsidir.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki o, mirası qəbul etmir. Lakin o, hazırda miras əmlakın qəbuluna və miras əmlakdan imtinaya dair ərizə verməmişdir. O mirası qəbul etmək istəmir, lakin müddəti itirdiyi üçün ərizə verə bilməmişdir. Onun qızının payına düşən hissədə bağışlama edəcəklər.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
23. İddiaçı QSC ilə X18 arasında xx.xx.2022-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi bağlanmışdır.
24. X18 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
25. X12 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48 ünvanında yerləşən 109 nömrəli mənzil miras əmlak olaraq qalmışdır.
26. X12 vərəsələri anası – Cavabdeh1 Məmmədli qızı və övladları Cavabdeh2, X7 və X13r.
27. X12 adına vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnamələri verilməmişdir.
28. Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 ilə X18 arasında bağlanılmış nikah pozulmuş və qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini alaraq nikahın pozulmasına dair hissədə icra edilməsi üçün aidiyyəti qeydiyyat şöbəsinə göndərilmişdir.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
33. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
34. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X15 və X11 qarşı “pul vəsaitinin tutulması”na dair iddia tələbi onların X12 vərəsələri olması və miras qoyan X18 ilə bağlanılmış xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi ilə əsaslandırılmışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.
36. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə miras qoyan X18 arasında xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsi bağlanmışdır.
37. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2m) (kredit müqaviləsinin 2023-cü ilin oktyabr ayının 1-dək bağlanılması nəzərə alınmaqla).
38. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
39. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
40. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə cavabdeh miras qoyan X18 arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş etibarlı kredit müqaviləsi bağlanmışdır.
41. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən miras qoyan X16 24 ay müddətinə, aylıq 1.25 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir.
42. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X12 xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli, 001A********** saylı razılaşma üzrə 3762.39 manat ödənilməmiş hissə, 152.64 manat faiz, 94.82 manat cərimə olmaqla, cəmi 4009.58 manat borcu vardır.
43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
44. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli” qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Belə olan halda İddiaçı QSC ilə miras qoyan X18 arasında bağlanılmış xx.xx.2022ci il tarixli, 001A********** saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilərək miras qoyan X16 12000 manat kredit verilməsi və həmin kredit müqaviləsi üzrə X18 tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ mövcuddur.
47. Hazırkı halda işin məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan halı İddiaçı QSC-nin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulmasını tələb etmək hüququ olub-olmamasının müəyyən edilməsidir.
48. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
49. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
50. İddiaçı cavabdehlər X4, Cavabdeh2, X15, X17 və Cavabdeh3 qarşı iddia tələbini onların miras qoyan X12 vərəsələri olması ilə əsaslandırmışdır.
51. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə cavabdehlər tərəfindən iddiaçı tərəfindən tələb edilən kredit borcunun məbləği mübahisələndirilməmişdir. İşin mübahisələndirilən halları Cavabdeh2 tərəfindən bütün vərəsələrin kredit borcu üzrə bərabər öhdəlik daşımalı olduğu, cavabdeh X10 qanuni nümayəndəsi tərəfindən isə onlar tərəfindən mirasın qəbul edilməməsi, mirasdan imtina üçün müddəti itirdiyindən notariat ofisinə ərizə verə bilməməsi olmuşdur.
52. Məhkəmə qeyd edir ki, İddiaçı QSC-nin cavabdehlərə qarşı olan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsi təşkil edir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
54. Ona görə də, hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərti baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
55. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir.
56. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
57. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.
58. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.
59. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
60. Hazırki mülki iş üzrə cavabdeh X4 mərhum X12 anası, cavabdehlər Cavabdeh2, X15 və X17 isə mərhum X12 övladlarıdır. Bu halın mövcudluğunu Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən cavabdehlər X3, Cavabdeh2, X7 və X10 miras qoyan X12 birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.
61. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 isə mərhum X2 arvadıdır.
62. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
63. Həmçinin mülki qanunvericilikdə mirasdan imtina institutu nəzərdə tutulmuşdur.
64. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir
65. Müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh2 və X15 tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48 ünvanında yerləşən 109 nömrəli mənzilin miras əmlak olaraq qəbulu ilə bağlı notariat ofisinə müraciət edilmiş, onların ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə vəfat etmiş X12 adına vərəsəlik işi açılmış, digər vərəsələr tərəfindən mirasın qəbulu və ya mirasdan imtina ilə bağlı müraciət edilməmiş, həmin iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
66. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.
67. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.
68. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).
69. Məhkəmə qeyd edir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə tələb irəli sürməsi yolveriləndir.
70. Odur ki, məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X15 və X11 qarşı tələb irəli sürməkdə haqlı olmuşdur.
71. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsələr borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə X18 arasında xx.xx.2022-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi vərəsələr həm əsas borc, həm faiz borcuna görə birgə məsuliyyət daşıyırlar.
72. Cavabdeh3 münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olmadığından iddia tələbi təmin edilə bilməz.
73. Mülki Məcəllənin Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
74. Hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 ehman qızı ilə X18 arasında bağlanılmış nikaha xitam verilmiş, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Ağdaş rayon qeydiyyat şöbəsinə göndərilmişdir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 01 may 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, nikahın pozulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilə bilməz.
76. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 94.82 manat məbləğində cərimə borcunun tutulması tələbini irəli sürmüşdür.
77. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
78. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə cərimə məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması tələbini irəli sürsə də, cərimə borcunun cavabdehlərin təqsiri nəticəsində yarandığını sübut edə bilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri :
79. İddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş 60.10 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
80. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60.10 manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
81. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15 və X8 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3762.39 manat əsas, 152.64 manat faiz borcu olmaqla, cəmi 3915.03 manat məbləğində pul vəsaiti tutulmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 (qanuni nümayəndəsi Cavabdeh3) və X8 (qanuni nümayəndəsi Qanuni nümayəndə) müştərək qaydada 3762.39 manat əsas, 152.64 manat faiz borcu olmaqla, cəmi 3915.03 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60.10 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva