Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1500/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.20216-cı il tarixli 01-AGT000005082 nömrəli müqavilə (“Huawei Y220” İMEİ **********30581). Müqavilənin predmetİ-nisyə alqı-satqı Tələb olunan məbləğ: 200 manat əsas borc, 20 manat cərimə borcu olmaqla 220 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləsi, ödəniş cədvəli, satılmış əşyaların verilməsi haqqında akt, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 449.1-ci, 462.1-ci, 465.2-ci maddələri. İddianı əsaslı hesab edirəm. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən müvafiq əşya almış, lakin, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edirəm ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.20216-cı il tarixli 01-AGT000005082 nömrəli müqavilə üzrə 200 manat əsas borc, 20 manat cərimə borcu olmaqla 220 manat borc və 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1500/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1500/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver