Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1520/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı ASC -nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 may 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 240,07 (iki yüz qırx manat 07 qəpik) manat, faiz borcuna görə 34,23 (otuz dörd manat 23 qəpik) manat, cəmi 274,3 (iki yüz yetmiş dörd manat 30 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 24 may 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 300 (üç yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.L; 2.3.; 2.4 bəndləri). 24 may 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqavilənin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 24 May 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqaviləyə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 24-dan gec olmayaraq hər ay 16,62 (on altı manat 62 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 24 May 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən borcunun məbləği əsas borcuna görə 240,07 (iki yüz qırx manat 07 qəpik) manat, faiz borcuna görə 34,23 (otuz dörd manat 23 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 274,3 (iki yüz yetmiş dörd manat 30 qəpik) manat təşkil edir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 may 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqavilədən görünür ki, İddiaçıASCdən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC-nin 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borcuna görə 240,07 (iki yüz qırx manat 07 qəpik) manat, faiz borcuna görə 34,23 (otuz dörd manat 23 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 274,3 (iki yüz yetmiş dörd manat 30 qəpik) manat borcu vardır. İşə əlavə olunmuş 04 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçıASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 24 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 24 may 2021-ci il tarixli, NSKRK-01696 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 240,07 (iki yüz qırx manat 07 qəpik) manat, faiz borcuna görə 34,23 (otuz dörd manat 23 qəpik) manat, cəmi 274,3 (iki yüz yetmiş dörd manat 30 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1520/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1520/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver