Məhkəmə qərarları › İş №e-2(007)-1558/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1558/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1558/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 15097.72 manat əsas, 3403.81 manat faiz, 644.43 manat cərimə borcu olmaqla, cəmi 19145.96 manat kredit borcunun, ödənilmiş 147.44 manat məbəğində dövlət rüsumunun, ümumilikdə 19293.40 manat borcun Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi və tutmanın ban № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus olan “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, BA seriyalı 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, BAN №LZWADAGA4MB004699, mühərrik №18L41520217 nömrəli ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsi ilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında ikinciyə illik 33 faiz hesablanmaqla 24 ay müddətinə 18700 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 162/23A nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə ban № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus olan “X4” markalı, 7CY211 dövlət qeydiyyat nişanlı, BAN №LZWADAGA4MB004699, Mühərrik № 18L41520217 nömrəli avtomobilin Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və xx.xx.2023-cü il tarixli, 162/23 A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA seriyalı № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh2 məxsus olan “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, ban № LZWADAGA4MB004699, Mühərrik №18L41520217 nömrəli və Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü edilmiş avtomobilə tutma yönəldilməsinə başlanılır. "Kredit müqaviləsi üzrə Cavabdeh1 bu gün üçün 15097.72 manat əsas, 3403.81 manat faiz, 644.43 manat cərimə borcu olmaqla, cəmi 19145.96 manat kredit borcu mövcuddur. Müvafiq öhdəliyin icra olunması ilə bağlı dəfələrlə borcalana şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Belə olduğu təqdirdə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA№ 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh2 məxsus olan “X4 markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, ban № LZWADAGA4MB004699, Mühərrik №18L41520217 nömrəli ipoteka ilə yüklü edilmiş avtomobilə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Halhazırda "xxxx" ASC ilə Cavabdeh1 arasında olan xx.xx.2023- cü il tarixli, 162/23A saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu Cavabdeh1 tərəfindən tam şəkildə ödənilməmişdir. Bu halda kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

İş materialları :

3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 33% faiz dərəcəsi ilə 24 ay müddətinə 18700 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə uyğun olaraq 24 ay müdətinə, illik 33% faiz dərəcəsi ilə, ayda 1074.66 manat ödəmək şərti ilə, xx.xx.2024-cü tarixindən başlayaraq xx.xx.2025-ci il tarixədək 18700 manat məbləğində əsas borc ödənişi və 7091.94 manat faiz ödənişi etməyi öhdəsinə götürmüşdür.

5. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 162/23A saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti-2020-ci il buraxılışlı, ban № LZWADAGA4MB004699, Mühərrik №18L41520217 olan “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Avtomobilin bazar dəyəri tərəflərin razılığına əsasən 30000 manat qiymətləndirilmişdir.

6. Cavabdeh1 tərəfindən iddiaçı "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, şəxsi məqsədləri üçün illik 33 faizlə 24 ay müddətinə 18700 manat kredit ayrılmasına köməklik göstərməsini xahiş etmişdir.

7. "xxxx" ASC-nin kredit komitəsi iclasının xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 şəxsi məqsədlər üçün xx.xx.2025-ci il tarixinədək, illik 33% hesablanmaqla 0.5% xidmət haqqı tutulmaqla və Cavabdeh2 məxsus olan 2020ci il buraxılışlı “X4” markalı avtomobili girov götürülmək şərtilə 18700 manat 24 ay müddətinə kreditin ayrılmasına icazə verilməsi qərara alınmışdır.

8. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə 16274.10 manat əsas borc, 235.21 manat faiz borcu, 3.19 manat dəbbə borcu olmaqla, cəmi 16512.50 manat borcu yaranmışdır. Cavabdehlər ipoteka predtmetinə tutma yönəldilməsi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.

9. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli “ipoteka predmetinə tutma yönəldilməsi” barədə bildirişlərin surətindən görünür ki, cavabdehlərə həmin tarixə 15097.72 manat əsas, 2172.09 manat faiz, 342.43 manat cərimə borcu olması barədə və ipoteka müqaviləsinin 7.8-ci bəndinə əsasən İpoteka saxlayanın Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə şikayət edilmədikdə ipoteka predmetinə tutma yönəltmək hüququ olduğu barədə xəbərdar edilmişdir.

10. İddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, “İpoteka haqqında” AR Qanununun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

11. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə xx.xx.2025-ci il tarixli, 162/23A saylı kredit müqaviləsinə əsasən əsas borc 15097.72 manat, faiz borcu 3403.81 manat və cərimə 644.43 manat təşkil edir.

12. AA seriyalı 152151 nömrəli xx.xx.2023-cü il tarixli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”ından görünür ki, “X4 markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli müqavilənin təminatı olaraq “X5 Olmayan Kredit Təşkilatı” ASC-yə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədədir.

13. İddiaçı "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli “kreditin vəziyyəti barədə arayış”dan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 162/23 nömrəli kredit müqaviləsi üzrə 3602.28 manat əsas borcdan, 2906.66 manat faiz borcundan və 26.06 manat cərimə olmaqla, cəmi 6535 manat ödəniş etmişdir.

14. İş materiallarına Cavabdeh1 məxsus "xxxx" ASC-də olan hesab üzrə xx.xx.2024xx.xx.2024-cü tarixləri üzrə dövrü əhatə edən hesabdan çıxarış əlavə edilmişdir.

15. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin hesabına 93.50 manat komission haqqı ödənilmişdir.

16. İş mareriallarına Cavabdeh1 xx.xx.2023-cü il tarixində iki ədəd bank kartının təqdim edilməsinə dair qəbz əlavə edilmişdir. iddiaçı tərəfindən cavabdehə ödənilən kredit məbləğinin qəbzləri əlavə edilmişdir.

17. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB18/0666 saylı mütəxəssis rəyindən görünür ki, “Chevrolet Captiva” minik markalı, 77CY211 dövlət qeydiyyat nişanlı avtomobilin (istehsal tarixi 2020, tip universal, rəngi ağ, BAN nömrəsi LZWADAGA4MB004689) hazırda, 18 iyun 2025-ci il tarixinə bazar dəyəri 27000 manat, likvid dəyəri 26000 manat təşkil edir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/3161 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 162/23A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc:15.216.49 manat, faiz borc: 711.37 manat, xx.xx.2025-ci il tarixə əsas borc:15.216.49 manat, faiz borc: 711.37 manat, illik 5%lə faiz borcu: 395.21 manat, xx.xx.2025-ci il tarixə əsas borc: 15216.49 manat, faiz borcu üzrə 711.37 manat, illik 5%-lə faiz borcu 697.42 manatdır.

19. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü tarixinə olan şəxsi hesabdan çıxarışda görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə 162/23A nömrəli kredit müqaviləsi üzrə 15000 və 3700 manat məbləğində kredit verilmişdir.

20. xx.xx.2025-ci il tarixli, **********15 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 147.44 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

21. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5 BOKT” ASC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onlar ekspert tərəfindən verilmiş rəydə müəyyən edilmiş məbləğ ilə razıdırlar. İddia tələbinin ekspert rəyində müəyyən olunan məbləğ ilə təmin edilməsini xahiş edir.

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia izahatında bildirmişdir ki, kredit borcunun ekspert rəyi ilə müəyyən edilən məbləği ilə və nəqliyyat vasitəsinin müəyyən edilmiş ilkin satış qiyməti ilə razıdır.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

24. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 xx.xx.2023-cü il tarixli 162/23A nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 18700 manat məbləğində kredit verilmişdir.

25. Sözgüdən kredit müqaviləsinin təminatı olaraq iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “Chevrolet Captiva” minik markalı, 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka saxlayan iddiaçı "xxxx" ASC-nin xeyrinə 162/23A saylı, xx.xx.2023-cü il tarxili kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün yüklü edilmişdir.

26. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü lazımi qaydada, yəni ödəniş cədvəlinə uyğun icra etməmiş, nəticədə onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

27. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək xx.xx.2024-cü il tarixinə 16274.1 manat əsas, 235.21 manat faiz borcu və 3.19 manat cərimə olmaqla, cəmi 16512.5 manat borcun yaranması bildirilərək, gecikmiş borc məbləğinin 30 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə öhdəliyin tam icra edilməsi və ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir.

28. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində ümumi borc məbləğindən 600 manat, xx.xx.2024-cü il tarixində isə 1075 manat ödəniş edilmiş, həmin tarixdən sonra ödəniş edilməmişdir.

29. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etmədiyindən iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş göndərməklə, ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə ipotekaya tutma yönəltmək hüququ barədə xəbərdarlıq etmiş və həmin tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət edərək, ipoteka predmeti olan nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir.

30. İddiaçı xx.xx.2025-ci il tarixində hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 15097.72 manat əsas, 3403.81 manat faiz və 644.43 manat cərimə olmaqla, cəmi 19145.96 manat borcun tutulması tələbini irəli sürmüşdür.

31. Ekspert rəyinə əsasən 162/23A saylı, xx.xx.2023-cü il tarxili kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 15.216.49 manat əsas borc, 711.37 manat faiz borcu olması müəyyən edilmişdir.

32. İpoteka predmeti “Chevrolet Captiva” minik markalı, 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 26000 manat müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

35. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

274. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir.

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

37. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada):

1.0.1. İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: - əsas borc; - faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; - ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 11.1-11.2. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

Məhkəmənin mövqeyi :

38. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

39. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin hazırki iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. kredit borcunun tutulması.

2. tutmanın ipoteka predmetinə yönəldilməsi.

İddia tələbinin “kredit borcunun tutulması” hissəsi ilə bağlı:

40. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 qarşı olan “kredit borcunun tutulması” tələbi cavabdeh tərəfindən 162/23A saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi, ödəniş qrafikinin pozulması ilə əsaslandırmışdır.

41. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş 162/23A saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır.

42. Belə ki, sözügedən kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 33% dərəcəsi ilə, hər ay 1074.66 manat ödəmək şərtilə 18700 manat məbləğində kredit verilmişdir.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X2 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il Qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

44. İşin müəyyən edilmiş halı odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə müqavilə şərtlərinə uyğun kredit verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi vardır.

45. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş iş materialları (ödəniş cədvəli, hesabdan çıxarış) əsasən müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1074.66 manat ödəniş etməli olmasına baxmayaraq ödəniş qrafikini pozmuş 2024-cü ilin mart ayından başlayaraq gecikmələrə yol vermiş, xx.xx.2024-cü il tarixdən sonra isə ödəniş etməmişdir.

46. Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halında borclu icranı gecikdirmiş sayılır.

47. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

48. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

49. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.

50. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası ilə bağlı bildiriş göndərilərək xatırlatma edilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəlik lazımi qaydada icra edilmədiyindən iddiaçı müqavilədən birtərəfli qaydada imtina edərək cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

51. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

52. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən müqavilədən imtina edilərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxt, yəni xx.xx.2025-ci il tarixində tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 162/23A saylı kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı həmin tarixədək kreditdən istifadəyə görə müəyyən edilmiş faiz borcunu tələb edə bilər.

53. İddiaçı tərəfindən cavabdehdən həmin tarixə 15097.72 manat əsas, 3403.81 manat faiz və 644.43 manat cərimə olmaqla, cəmi 19145.96 manat borcun tutulması tələbi irəli sürülmüş, həmin məbləğ isə cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq eskpertizası təyin edilməklə müvafiq rəy alınmışdır.

54. Ekspert rəyinə əsasən xx.xx.2025-ci il tarixinə 15.216.49 manat əsas borc, 711.37 manat faiz borcu olduğu müəyyən edilmişdir.

55. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə həm iddiaçı, həm cavabdeh razılaşaraq xx.xx.2023-cü il tarixli 162/23A saylı kredit müqaviləsi üzrə borcun ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə müəyyən edilməsinə etirazları olmadıqlarını bildirmişlər.

56. Odur ki, tərəflər ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ilə razı olduqlarından, məhkəmə tərəfindən ekspert rəyinin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən Cavabdeh1 iddiaçının xeyrinə ekspert rəyinə uyğun olaraq 15.216.49 manat əsas borc və 711.37 manat faiz borcu tutulmalıdır.

57. İddia tələbinin “dəbbə pulunun tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 162/23A saylı kredit müqaviləsinin 5.5-ci bəndinə əsasən iddiaçı dəbbə pulunun tutulması tələbi ilə müraciət etməkdə haqlı olsa da, işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 644.43 manat manat təşkil edən cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir

58. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

59. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bununla belə, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.

İddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi:

60. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdehlərə dəfələrlə öhdəliyin icra edilməsi, ipoteka predmetinə tutmanın yönəldiməsi prosesinə başlanılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinin tələblərinin pozulması ilə əsaslandırılmışdır.

61. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinin tələblərinin pozulması işin mübahisəsiz halı olduğundan iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesinə başlanılmasında haqlı olmuşdur.

62. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 162/23A saylı kredit müqaviləsinin təminatı olaraq “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edildiyindən və sözügedən kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada icra edilmədiyindən tutma ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilməli, cavabdehə məxsus nəqliyyat vasitəsi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 15216.49 manat məbləğində əsas borc, 711.37 manat məbləğində faiz borcu, 50 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 15977.86 manat məbləğində pul iddiaçıya ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi cavabdeh X1 verilməlidir.

63. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

64. Məhkəmə tərəfindən ipoteka predmeti olan “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricidən mütəxəssis rəyi alınmışdır.

65. Məhkəmə tərəflər ilə ipoteka predmetinin ilkin satış qiymətinin mütəxəssis rəyinə uyğun olaraq 26000 manat məbləğində müəyyən edilməsini müzakirə etmiş, tərəflər etirazlarını bildirməmişlər.

Məhkəmə xərcləri :

66. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137.93 manat məbləğində vəsait Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir.

67. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, "xxxx" ASC-dən 25 manat və Cavabdeh1 25 manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

68. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, "xxxx" ASC-dən 150 manat və Cavabdeh1 150 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

Nəticə :

69. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, “X5 Olmayan Kredit Təşkilatı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 162/23A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 15.216.49 manat əsas borc, 711.37 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 15977.86 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137.93 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı" ASC-yə ödənilməli, tutma Cavabdeh2 məxsus 2020-ci il buraxılışlı, ban № LZWADAGA4MB004699, Mühərrik №18L41520217 olan “Chevrolet Captiva” Minik markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 26000 manat müəyyən edilməli, cavabdehə məxsus nəqliyyat vasitəsi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 15216.49 manat məbləğində əsas borc, 711.37 manat məbləğində faiz borcu, 50 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 15977.86 manat məbləğində pul iddiaçıya ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pul vəsaitinin qalan hissəsi cavabdeh X1 ödənilməlidir. 70.Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. “X5 Olmayan Kredit Təşkilatı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 162/23A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 15.216.49 manat əsas borc, 711.37 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 15977.86 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137.93 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı" ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus “X4 markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 15216.49 manat məbləğində əsas borc, 711.37 manat məbləğində faiz borcu, 50 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 15977.86 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilsin, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pul vəsaitinin qalan hissəsi Cavabdeh2 ödənilsin. İpoteka predmeti olan “X4” markalı, 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 26000 manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, "xxxx" ASC-dən 25 manat və Cavabdeh1 25 manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, "xxxx" ASC-dən 150 manat və Cavabdeh1 150 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar