Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1566/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı QSC "Bank Standard” KB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- QSC "Bank Standard” KB. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - xx.xx.2020-ci il tarixli, LM062000615 saylı Restrukturizasiya müqaviləsi. Müqavilənin predmeti- kredit müqaviləsi. Tələb olunan məbləğ- 352,20 manat əsas borc, 48,15 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 400,35 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar- Restrukturizasiya müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 448.1-ci və 462.1-ci maddələri. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən olundu ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, LM062000615 saylı Restrukturizasiya müqaviləsi ilə Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM062000615 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1088,92 manat qalıq borc məbləği illik 1% dərəcəsi ilə 24 ay müddətinə restrukturizasiya olunmuşdur. Restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh restrukturizasiya müqaviləsinə uyğun olaraq 24 ay müdətinə, illik 1% dərəcəsi ilə, xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək 1088,92 manat əsas borc, 11,37 manat faiz borcu olmaqla, cəmi 1100,29 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı LPO "xxxx" KB QSC tərəfindən təqdim edilmiş xx.xx.2019xx.xx.2025-ci il dövri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh cəmi 760 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, borclu Cavabdeh iddiaçı QSC "Bank Standard” KB ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı qeyd edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, LM062000615 saylı Restrukturizasiya müqaviləsi üzrə 1100,29 manat ödəniş etməli olduğundan və həmin borcdan 760 manat ödəniş etdiyindən onun borcu 340,29 (1100,29- 760) manat təşkil etdiyindən həmin hissədə iddia tələbi qismən təmin edilməldir. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği qismində 48.15 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozulmasına məsuliyyətdən azad etmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən hesablanan faiz məbləği 45,51 manat (340,29x5/100x963/360) təşkil edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900821 saylı Restrukturizasiya müqaviləsi üzrə 340,29 manat əsas borc, 45,51 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 385,80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi QSC "Bank Standard” KB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1566/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1566/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver