Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1568/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı BOKT "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22 iyun 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 663.96 (altı yüz altmış üç 96 qəpik) manat, faiz borcu üzrə 28.27 (iyirmi səkkiz 27 qəpik) manat, cərimə üzrə 174.48 (yüz yetmiş dörd 48 qəpik) manat olmaqla, ümumilikdə 866.71 (səkkiz yüz altmış altı 71 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 24 iyun 2024-cü il tarixə qədər aylıq qalıq borcun 29 % dərəcəsini tətbiq etməklə 2000 (iki min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2, 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh3 və Cavabdeh2 arasında 22 iyun 2022-ci il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 «18» Mart 2024-cü il il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 663.96 (altı yüz altmış üç 96 qəpik) manat, faiz üzrə 28.27 (iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat, cərimə üzrə 174.48 (yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat olmaqla, ümumilikdə 866.71 (səkkiz yüz altmış altı manat yetmiş bir qəpik) manat təşkil edir.
İş materialları :
3. İddiaçı BOKT "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı BOKT "xxxx" ASC tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə 24 iyun 2024-cü il tarixə qədər aylıq qalıq borcun 29 % dərəcəsi tətbiq edilməklə 2000 (iki min) manat məbləğində kredit verilmişdir.
4. xx.xx.2022-ci il tarixli LD********** saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh1 24 ay müddətinə xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü ilədək illik 29 % ödəmək və 2 % komisyon haqqı ödəmək şərtilə cəmi 2640.66 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı BOKT "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LD********** saylı Zaminlik müqaviləsinə əsasən və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LD********** saylı Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 BOKT "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsində nəzərdə tutulan 24 (iyirmi dörd) ay müddətinə 22 iyun 2024-cü il tarixə qədər aylıq qalıq borcun 29 % dərəcəsini tətbiq etməklə 2000 (iki min) manat borc məbləğinin və ona hesablanılmış faizlərin və kredit müqaviləsinən irəli gələn digər ödənişlərin öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə qaytarılmasını öhdəsinə götürmüşdür.
6. İddiaçı BOKT "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 iyun 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 663.96 manat əsas, 28.27 manat faiz borcu, 174.48 manat cərimə olmaqla, cəmi 866.71 manat borcu vardır.
7. İddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlandığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdehlərə borcun ödənilməsinin gecikmədə olan borcu tam ödənilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə bütün, yəni 663.96 manat əsas, hesablanmış 18.32 manat faiz, 59.04 manat cərimə borcu, cəmi 741.32 manat borcun, o cümlədən çəkiləcək məhkəmə xərclərinin məcburi qaydada alınması üçün məhkəməyə müraciət olunacaqdır.
8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı BOKT "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq :
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. İddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
11. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
13. Belə ki, mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər iddiaçı BOKT "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən iddia tələbi üzrə tam ödəniş edildiyindən həmin ərizəni baxılmamış saxlayaraq, ərizəni və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir.
14. Mülki prosessual qanunvericiliyə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
15. Belə olan halda məhkəmə qeyd edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxan məhkəmə iddiaçının vəsatəti ilə işin məhkəmə baxışına hazırlanması zamanı ərizəni geri qaytara bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edən 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
17. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
18. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iddiaçı BOKT "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
19. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu BOKT "xxxx" ASC; Hesab nömrəsi: AZ05İBAZ********************; qəbzin nömrəsi : **********; xidmətin kodu: 14221103, İdentifikasiya kodu : **********; tarix: xx.xx.2024) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı BOKT "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (BOKT "xxxx" ASC; Hesab nömrəsi: AZ05İBAZ********************; qəbzin nömrəsi : **********; xidmətin kodu: 14221103, İdentifikasiya kodu : **********; tarix: xx.xx.2024) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva