Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1615/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X2 vərəsəsi CavabdehArif qızı qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 550 manat əsas borcu və 3,69 manat faiz borcu olmaqla, cəmi 553,69 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən X3 illik 24 %-lə, 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılıb. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilib ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 280038 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X5 xx.xx.2022-ci il tarixdə vəfat edib. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixində notariat ofisinə müraciət edib, vərəsəlik işi açılıb. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş kart krediti üzrə 550 manat əsas borcu və 3,69 manat faiz borcu olmaqla, cəmi 553,69 manat borcu qalıb. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməyib. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-29895/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməyib.
İş materialları:
3 İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********61 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X3 36 ay müddətinə kreditdən istifadəyə görə illik 24 faiz ödəmək şərti ilə 1000 manat kredit limiti ayrılmışdır.
4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsi üzrə 550 manat əsas, 3,69 manat faiz borcu olmaqla, cəmi 553,69 manat borcu vardır.
5. AZ-İİ seriyalı 280038 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1027 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri 15 saylı notarial ofisinin xx.xx.2023-cü il tarixli 692 saylı məktubundan görünür ki, mərhum X2 vəfatı ilə əlaqədar Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdehn qanunüzrə vərəsə kimi qeydiyyata alınmışdır.
7. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 550 manat məbləğində borcunun ödənilməsinin 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir.
8. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı Cavabdehdır. O, mirasdan tam payda irs almalıdır. Şəhadətnamə yenidən miras "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 23/12 nömrəli məktubuna əsasən X2 adına hesablanmış əmək haqqı və müavinət 1680,54 manatdan ibarətdir.
9. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tərəflərin izahatları:
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli BPM**********61 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X3 36 ay müddətinə kreditdən istifadəyə görə illik 24 faiz ödəmək şərti ilə 1000 manat kredit limiti ayrılmışdır. X5 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun arvadı Cavabdeh vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X3 "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə müddətinə illik 24% ödəmək şərti ilə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. X5 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı Cavabdeh X2 adına hesablanmış əmək haqqı və müavinət 1680,54 manatdan ibarət mirasda tam hissəsə irs almışdır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
19. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdeh borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X2 vərəsəsi olan Cavabdeh miras əmlakını qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.
21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir.
Məhkəmə xərcləri:
22. İddiaçı "xxxx" ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
23. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
24. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 550 manat əsas, 3,69 manat faiz borcu olmaqla, cəmi 553,69 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 550 manat əsas, 3,69 manat faiz borcu olmaqla, cəmi 553,69 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva