Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1638/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh Zamin iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F№-li kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2017-ci il tarixli 6855F №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 7970 (yeddi min doqquz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 06 noyabr 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1- ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********0872 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 8159,95 (səkkiz min bir yüz əlli doqquz manat, 95 qəpik) manat təşkil edir. Bundan 7970 (yeddi min doqquz yüz yetmiş manat) manat əsas, 189,84 (bir yüz səksən doqquz manat 84 qəpik) manat faiz və 0,11 (0 manat 011 qəpik) manat cərimə borcu təşkil edir. Qeyd edilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F №-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 7970 (yeddi min doqquz yüz yetmiş manat) manat əsas, 189,84 (bir yüz səksən doqquz manat 84 qəpik) manat faiz və 0,11 (0 manat 011 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 101,59 (bir yüz bir manat, 59 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə (məhkəmə baxışı zamanı) etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsəsində 12 aprel 2017-ci il tarixli 6855F saylı kredit müqaviləsi əsasında məbləğin restrukturizasiya məqsədilə yeni müqavilənin bağlanması qeyd olunur. Halbuki, 2017-ci il tarixli müqavilə üzrə öhdəliklər İsmayıllı Rayon Məhkəməsinin müvafiq qətnaməsi (İş № 2(037)-185/2019) ilə onun və Zamin arasında bölünmüş və onun ödəyəcəyi məbləğ bütün borcun 1\3 hissəsi kimi müəyyən edilmişdir. Bank tərəfdən apellyasiya verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyası tərəfindən İsmayıllı Rayon məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanıldı. Ardınca o, Zaminla 2019-cu il noyabr ayında banka dəvət olunaraq, Prezident fərmanı ilə müqavilə öhdəliklərinin azaldılması və onun ödəyəcəyi məbləğin daha da azladılaraq 7970 (yeddi min doqquz yüz yetmiş) manatın 1\3 qədəri olduğu bildirildi. Yəni bank əməkdaşları onu yanıltma yolu ilə aldataraq yeni müqaviləyə imza etdirmişlər. Çünki onun İsmayıllı Rayon Məhkəməsinə müraciəti əsasında öhdəliyin azaldılması barədə qərardan sonra 3000 AZN civarında məbləği ödəyəcəyi halda yenidən 7970 manat öhdəliyi boynuna götürməyi sadəcə gülməli səslənir və bu müqavilənin imzalanması bank tərəfindən onu yanıltmaqla baş vermişdir və bu isə artıq müqavilənin etibarsızlığı üçün əsasdır. Bundan əlavə, 2019-cu il tarixli müqavilə etibarlı olmuş olsa bilə, onun mətninə əsasən həmin tarixdən, yəni 2019-cu il 06 noyabr tarixindən başlayaraq 1 il müddətinə güzəşt müəyyən olunmaqla daha sonra öhdəliyin icrasına başlanması qeyd olunmuşdur. Yəni müqavilə əsasında əsas borcun ödənişi, yəni faktiki öhdəliyin icrası 2020- ci ilin noyabr ayından başlanmış hesab edilməlidir. Lakin 2020-ci ilin aprel ayında İddiaçı SC-nin lisenziyası ləğv olunmuş və bundan sonra müqavilə üzrə öhdəliklərlə bağlı nə ona, nə də guya müqavilə üzrə zamin olan Zamin heç bir bildiriş, rəsmi məlumat verilməmişdir. Halbuki, pul köçürmələri müvafiq bank rekvizitləri əsasında və ya müvafiq bankın kassasına nəğd şəkildə həyata keçirilməlidir. İddia tələbində göstərildiyi kimi, o, öhdəliyi icrasından qəsdən yayınmışdır, lakin 2019-cu ilin noyabr ayından 2022-ci ilin aprel ayında Pretenziya məktubu göndərilənə qədər ləğv olunan bankın səlahiyətlərini icra edən qurum tərəfindən öhdəliyin necə və nə cür, hansı banka ödəməli olduğu barədə rəsmi məlumat verilməmişdir. Müqavilə guya etibarlı olsa belə, bankın idarəçiliyi həvalə olunan qurum bu barədə ona məlumat verməli və öhdəliklə bağlı bank rekvizitləri və ya ən azı öhdəliyin icrası həvalə olunan bank barədə məlumat verməlidir. Lakin, bu cür məlumatların ona rəsmi olaraq bildirilməsi barədə heç bir sübut yoxdur və iddia ərizəsinə də müvafiq sənədlər əlavə olunmamışdır. Halbuki, 2020-ci ilin noyabr ayında başlanmalı olan öhdəliklə bağlı, artıq ləğv olunmuş banka necə pul ödəyəcəyi ona məlum deyildi. Bu halda bu gecikmə deyil, ləğv olunmuş bank üzrə öhdəlik daşıyan qurum qeyri-peşəkarlığıdır ki, gecikmə ilə təqsir birbaşa iddiaçının üzərindədir. O və Zamin bank öhdəliklərindən boyun qaçırmırlar. 2017-ci il 06 noyabr tarixində bağlanmış müqavilə üzrə müvafiq hissələri (məbləğin restrukturizasiya edildiyindən sonra o, ⅓, Zamin ⅔) ödəməyə hazırdırlar. Odur ki, göstərdiklərini nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə vermiş olduğu etiraz ərizəsi qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Hazırkı iş üzrə iddia ərizəsi Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, 2018-ci il tarixində boşandığı zaman İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə kredit müqaviləsi üzrə borc məbləğini 1/3 hissəsinin ondan, 2/3 hissəsinin isə cavabdeh Zamin tutulması qət edilmişdir. 2019-cu ilin noyabr ayında bank öhdəliklərinin restrukziasiyası nəticəsində müqavilə üzrə faiz borcları silinəcəkdi. Kredit müqaviləsi üzrə ödəniş etməkdən imtina etmir. Lakin o, kredit müqaviləsi üzrə borc məbləğini 1/3 hissəsini ödəməyə razıdır. 2019cu ilə qədər kredit ödənişlərini kassaya ödəyirdi. Bank bağlandıqdan sonra 2020-2021-ci illər ərzində bank tərəfindən onlara ödəniş edilməsi ilə bağlı məlumat verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbini qismən qəbul edərək, kredit müqaviləsi üzrə borc məbləğinin 1/3 hissəsinin ödəməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkmə iclasında cavabdeh Zamin izahat verərək bildirdi ki, müqavilə üzrə borclarının olduğunu qəbul edir. Onlara yeni qrafik verilsin, həmin qrafik üzrə ödənişlər etsin. Kredit müqaviləsi üzrə borcun 2/3 hissəsini ödəməyə etiraz etmir. Qeyd edilənlərə əsasən iddia tələbini qismən qəbul edərək, kredit müqaviləsi üzrə borc məbləğinin 2/3 hissəsinin ödəməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə prsoses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 1 il güzəşt müddəti olmaqla, 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 7970 manat məbləğində kredit verilmişdir. Cavabdeh 60 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 12 aprel 2017-ci il tarixli 6855 F saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 10400 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Zamin arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - Ləğv prosesində olan İddiaçı ASC-nin 01 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsi üzrə 7970 manat əsas, 189,84 manat faiz, 0,11 manat cərimə, cəmi 8159,95 manat borcu vardır; - Ləğv prosesində olan İddiaçı ASC-nin 01 aprel 2022-ci il tarixli **********872 saylı pretenziya məktubundan görünür ki, cavabdehlər, yaranmış 8159,95 manat borcun 3 gün ərzində ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 20 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 101,59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2017-ci il tarixli 6855 F saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 36 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 10400 manat məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli 8070F№-li kredit müqaviləsinə əsasən cavabdehə 12 aprel 2017-ci il tarixli 6855F №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 7970 (yeddi min doqquz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Digər cavabdeh Zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 06 noyabr 2019-cu il tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə, cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, cavabdeh Zamin 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərilərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Məhkəmə həmçinin, qeyd edir ki, məhkəmə iclasında Cavabdeh izahat verən zaman iddiaya etiraz edərək bildirdi ki, 12 aprel 2017-ci il tarixli 6855 F saylı kredit müqaviləsi üzrə borc onlar arasında bölünmüş və bölgüyə əsasən Cavabdeh öhdəliyi 1/3 hissədə, digər cavabdeh Zamin öhdəliyi isə 2/3 hissəsə müəyyən edilmişdir. Cavabdeh 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsini yanılma nəticəsində bağlanıldığını iddia etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadından göstərilmişdir ki, məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsi İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmışdır və Cavabdeh kredit müqaviləsi üzrə göstərilmiş vəzifələrin yerinə yetirməsinə dair öhdəlik götürmüş, müqavilə və ona əlavə edilmiş ödəniş cədvəlini şəxsən özü imzalamışdır. Hazırkı halda isə Cavabdeh mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin əhəmmiyyətsiz olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsinin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanması ilə bağlı etirazı əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsi ləğv edilməli, 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsi üzrə 7970 manat əsas borc, 189,84 manat faiz borcu, 0,11 manat cərimə, cəmi 8159,95 manat borcun və ödənilmiş 101,59 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh və Zamin müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsi ləğv edilsin. 06 noyabr 2019-cu il tarixli 8070 F saylı kredit müqaviləsi üzrə 7970 manat əsas borc, 189,84 manat faiz borcu, 0,11 manat cərimə, cəmi 8159,95 manat borcun və ödənilmiş 101,59 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh və Zamin müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1638/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1638/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver