Məhkəmə qərarları › İş №e-2(007)-1655/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1655/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1655/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Azərbaycan Beylənxalq Bankı” ASC. Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2. Müqavilənin predmeti- "Azərbaycan Beylənxalq Bankı” ASC ilə X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsi. Tələb olunan məbləğ- 452,56 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 452,57 manat borc və 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci və 1306.1-ci maddələri. Məhkəmə qeyd edir ki, iddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********82 saylı kredit müqaviləsinə əsasən X1 bank tərəfindən xx.xx.2021-ci il tarixinədək, illik 20 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. X2 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və onlar miras əmlakdan tam hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməmişlər. Qeyd edilən səbəblərdən iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 452,56 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 452,57 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar