Məhkəmə qərarları › İş №e-2(007)-166/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-166/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-166/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Bayram oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 Bayram oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 2565,98 manat məbləğində kredit bоrcu, 699,15 manat məbləğində faiz bоrcu və 1776,31 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5041 (beş min qırx bir) manat 44 (qırx dörd) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 70,42 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli verdiyi arayışdan və ölüm haqqında şəhadətnamənin surətindən borclu X5 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Reginal “Asan Xidmət” Mərkəzində notariat ofisinin 1628 nömrəli, xx.xx.2020-c il tarixli, xx.xx.2022-ci il tarixli 1047 saylı, xx.xx.2022-ci il tarixli 1412 saylı, xx.xx.2022-ci il tarixli 2791 saylı cavab məktublarına əsasən, X5 miras əmlakına dair vərəsəsi Cavabdeh2 müraciəti əsasında vərəsəlik işi açılmışdır. Vərəsələr dairəsində Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X9 göstərilmişdir. Belə olan halda Cavabdeh2 və Cavabdeh1 mərhum X5 hüquq və vəzifələri də keçmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 434,02 manat ödəniş etmiş və оnun iddiaçıya 2565,98 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 693 gün üçün hesablanmış faiz borcu 699,15 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 693 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1776,31 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göründüyü kimi X5 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mərhum qızları X5 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı kredit müqaviləsi ilə onların heç bir əlaqələri, heç bir vərəsəlik hüquqları yoxdur. Ona görə də onları bu səbəbdən narahat etməmələrini xahiş etmişdir. İddiaçı QSC tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, iş materiallarına əlavə edilmiş X15 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubları Cavabdeh2 tərəfindən sözügedən torpaq sahəsini bütövlükdə qəbul edilməsini sübuta yetirir və həmin sənədlər əsasında sonuncunun vərəsə olduğunu işin mübahisəsiz halına çevirir. Belə ki, onun vərəsə olması aşağıda göstərilən hallara əsaslanaraq müəyyən edilir: Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Reginal "Asan Xidmət" Mərkəzində 2020ci il tarixində notariat ofisinə vərəsəlik işinin açılmasına dair ərizə ilə müraciət etmişdir. "xxxx" QSC tərəfindən ona qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Cavabdeh2 2022-ci il tarixində ərizə ilə notariusa müraciət edərək vərəsəlikdən imtina etdiyini bildirmişdir. Vərəsəlikdən məhz iddiaçının məhkəməyə müraciət etməsindən sonra imtina edilməsi cavabdehin borcun ödənilməsindən yayınması məqsədinin olduğunu göstərir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Göründüyü kimi, onun vərəsəlikdən imtinası mülki qanunvericiliyinin tələblərinə əsasən qəbuledilməzdir. Həmçinin iş materiallarmda olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan məlumdur ki, Cavabdeh2 və ailə üzvlərinə ayrılmış 6.04 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən JN-118 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib olunmuşdur. Həmin sənəd, yəni 6.04 ha torpaq sahəsinə dair pövlət aktı tam şəkildə ********** qeydiyyat nömrəli çıxarışla əvəz olunaraq Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixində təhvil götürülmüşdür. Beləliklə, aydın olur ki, miras əmlak Cavabdeh2 tərəfindən tam şəkildə qəbul edilmişdir. Əlavə olaraq, hazırki iş üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinə təkrarən xx.xx.2022-ci il tarixində müraciət olunmuş və Cavabdeh2 işin məhkəmədə baxılması zamanı, yəni xx.xx.2023-cü il tarixində 6.04 ha torpaq sahəsinə mülkiyyət çıxarışı almışdır. xx.xx.2023-cü il tarixli çıxarış əsasmda Cavabdeh2 tərəfindən 6.04 ha üzrə əkin bəyanı edilmiş və həmin bəyan üzrə ona 2023-cü il üçün ödənilən əkin subsidiyası verilmişdir. Göründüyü kimi, sözügedən şəxs tərəfindən bütün əmlaka sahiblik edüir və ondan istifadə edilir. Subsidiya da məhz bütün əmlaka, yəni 6.04 ha torpaq sahəsi üzrə alınmışdır. Əgər ki, Cavabdeh2 öz payma dair çıxarış alsaydı, ona subsidiya da müvafiq hissədə verilmiş olardı. Lakin, X15 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktublarından məlum olur ki, subsidiya bütövlükdə əmlaka verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib iddia ərizəsinin və məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, mülki iş üzrə iş materiallarına əlavə edilmiş Şəki Regional "Asan Xidmət" Mərkəzində olan Notariat Ofisi tərəfindən təqdim edilmiş materiallardan göründüyü kimi miras qalmış əmlak-hesabda olan əmanətdir. Məlum olduğu kimi, vətəndaş notariusa müraciət edən zaman miras qalmış əmlakın nədən ibarət olduğunu dəqiq şəkildə göstərməlidir. Notariusda vərəsəlik işi açılmış və Cavabdeh2 Bayram oğlu vərəsə olmaqdan imtina etməsi barədə ərizəsini vermiş, lakin qanunvericiliyə uyğun olaraq müddəti ötürmüşdür. Buna görə də onun ərizəsi qəbul edilməkdən imtina edilmişdir. Digər Cavabdeh1 imtinası isə notarial qaydada verilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 Bayram oğlu və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 1.5833 faiz ödənilmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. X2 bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş, iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra borclu X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli, 1628 nömrəli, xx.xx.2022-ci il tarixli, 1047 nömrəli, xx.xx.2022-ci il tarixli, 1412 nömrəli və xx.xx.2022-ci il tarixli, 2791 nömrəli məktubları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ölmüş X5 vərəsəsi Cavabdeh2 Bayram oğlunun ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Bayram oğlu ərizə verərək qızı X8 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ondan başqa Cavabdeh1 və X9 adlı vərəsələri vardır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsinin sürətindən görünür ki, onun tərəfindən Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə ərizə verilərək qızı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyünü, yəni buraxıldığını, onun ölümündən sonra mirası qəbul etmədiyini, gələcəkdə bununla bağlı iddiasının olmayacağı bildirmişdir. Onunla yanaşı digər Cavabdeh2 xx.xx.2022-ci il tarixdə notarial qaydada ərizə verərək ölmüş qızı X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq)), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. X5 əmanət hesablarının olub-olmaması və əmanət hesabı ilə digər məlumatlar barədə məhkəmə araşdırması ilə ASC "Xalq” Bankında, İddiaçı QSC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, Bank "xxxx" ASC-də, “X16” Bakı filialında, "xxxx" ASC-də, "xxxx" ASC-də, Bank “VTB (Azərbaycan)” ASC-də, “GünayBank“ ASC-də, "xxxx" ASC-də, "xxxx" QSC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" KB ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, “Pakistan Milli Bankının” Bakı Filialında məlumatlar aşkar edilməmişdir. Lakin, "xxxx" ASC-də X5 adına aşkar olunan digər plastik kart hesabları üzrə çıxarışlar ilə müəyyən edilmişdir ki, X5 vəfat etdiyi tarixdən sonra hesabından 526 manat məbləğində vəsait məxaric olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rayestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məlumatları ilə Quliyeva (Məmmədcanova) İlahə Əbülfət qızının adına Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən paylı mülkiyyət hüququ əsasında 6,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir. Cavabdeh2 və ailə üzvlərinə ayrılmış 6,04 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən JN-118 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib olunmuşdur. Həmin sənəd ********** qeydiyyat nömrəli çıxarış ilə əvəz olunaraq Cavabdeh2 tərəfindən 12.01,2023-cü il tarixində təhvil götürülmüşdür. Məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən telefon əlaqəsi saxlanılan zaman Cavabdeh2 həmin torpaq sahəsinin torpağın mülkiyyətçilərinin istifadəsində olduğunu və ölçü işlərinin aparılmasına icazə verməyəcəyini bildirmişdir. Eyni zamanda iddiaçı tərəf tərəfindən məhkəməyə təqdim edilmiş oxşar əmlakla bağlı elan məlumatlarından görünür ki, Oğuz rayonu, Baş Daşağıl kəndində 6 sot torpaq sahəsinin qiyməti 18000 manat, 12 sot torpaq sahəsinin qiyməti isə 21000 manat olaraq qeyd edilmişdir. Eyni zamanda məhkəmə araşdırılması ilə borclu Quliyeva (Məmmədcanova) İlahə Əbülfət qızının adına hər hansı nəqliyyat vasitəsi qeydiyyatdan keçməməsi müəyyən olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naizrliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd edilmişdir ki, vəfat etmiş X5 paylı mülkiyyətçisi olduğu 6,04 ha torpaq sahəsinin olduğu Oğuz rayonu, Baş Daşağıl kəndi üzrə EKTİS-də daşınmaz əmlakın dövlət reyestrdən çıxarış əsasında paylı mülkiyyətçisi Cavabdeh2 Bayram oğlu (vəfat edən şəxsin atası) tərəfindən edilmiş 6,04 ha üzrə əkin bəyanı və həmin bəyan üzrə ona 2023-cü il üçün ödənilən əkin subsidasiyası barədə məlumat mövcuddur. X15 İnkişaf Mərkəzi də məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan torpaq sahəsinin hal-hazırda Cavabdeh2 Bayram oğlunun istifadəsində olduğunu, Cavabdeh2 Bayram oğlunun həmin torpaq sahəsinin **********76 nömrəli çıxarış sənədi əsasında Oğuz DAİM-ə subsidiya almaq üçün müraciət etdiyini və 2023-cü ilin aprelin 10-da subsidiyanı aldığını bildirmişdir. İddiaçı QSC-nin maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 2565,98 manat əsas, 699,15 manat faiz borcu, 1776,31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5041,44 manat məbləğində borc vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə vəsaitin tutulması” hissəsinə münasibətdə bildirir ki, iş materiallarına əlavə olunmuş sorğular və notariat işi əsasında miras əmlak ilə bağlı yalnız Cavabdeh2 müraciət etməsi, Cavabdeh1 bununla bağlı hər hansı bir müraciətinin olmaması müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh1 tərəfindən borcludan qalan əmlakdan faktiki istifadə edilməsi barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş Cavabdeh1 Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə xx.xx.2020-ci il tarixdə ünvanladığı ərizə ilə qızı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü, yəni buraxıldığı, onun ölümündən sonra mirası qəbul etmədiyini, gələcəkdə bununla bağlı iddiasının olmayacağı ona mərhumun əmlakı müəyyən edilmişdir. Bütün bu qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarını öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X8 İddiaçı QSC ilə bağladığı xx.xx.2019cu il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X8 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X1 vəfat etmişdir. X5 atası Cavabdeh2 Bayram oğlu xx.xx.2020-ci il tarixdə X4 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra cavabdeh bildirmişdir. xx.xx.2022-ci il tarixdə notarial qaydada ərizə verərək ölmüş qızı X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq)), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlər ilə Cavabdeh2 Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 6,04 ha torpaq sahəsinin onun faktiki istifadəsində olması, həmin torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdə subsidiya alması öz təsdiqini tapmışdır. Hansı ki, Mülki Məcəllənin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Mülki Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Göründüyü kimi, Cavabdeh2 Bayram oğlu tərəfindən borcludan qalan həmin torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etdiyindən miras əmlakı faktiki qəbul edildiyindən, torpaq sahəsi bütövlüklə faktiki olaraq onun istifadəsində olduğundan, onun tərəfindən mirasdan imtina olunmasına baxmayaraq yuxarıda qeyd olunan qanunvericilik müddəalarına əsasən həmin torpaq sahəsi miras əmlak kimi artıq həmin cavabdeh tərəfindən qəbul edilmiş sayılmalıdır. Məhkəmə həmçinin, Cavabdeh2 miras əmlakdan imtina etməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə hazırki iddiadan öncə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmiş və məhkəmə tərəfindən mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı eyni tələb ilə hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən ona qarşı məhkəmədə iddia qaldırıldığını bildikdən sonra miras əmlakdan imtina edilməsi barədə ərizə verilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh2 Bayram oğlu X4 qalan torpaq sahəsinin hissəsinə faktiki sahiblik etməyə başlayaraq borclu X5 vərəsəsi olduğundan, cavabdeh borc üzrə həmin pay qədər məsuliyyət daşıdığından və qeyd olunan torpaq sahəsindəki pay borcun ödənilməsi üçün kifayət etdiyindən borcun ödənilməsi üçün vərəsə kimi Cavabdeh2 Bayram oğlu cavabdehdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2̇ oğlundan xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" QSC-nin xeyrinə 2565,98 manat əsas borc, 699,15 manat faiz borcu, 179 manat cərimə borcu olmaqla ümumilikdə 3444,13 manat və dövlət rüsumuna görə ödənilmiş 70,42 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2̇ oğlundan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" QSC-nin xeyrinə 2565,98 manat əsas borc, 699,15 manat faiz borcu, 179 manat cərimə borcu olmaqla ümumilikdə 3444,13 manat və dövlət rüsumuna görə ödənilmiş 70,42 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar