Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1660/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İdia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə ildir ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu ərazisində Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olur. Bir neçə il əvvəl Masallı rayonunda metal tikinti materialları satışı ilə məşğul olan Cavabdeh1 iddiaçıdan işlədiyi Baksol tikinti bazarında dəyəri xeyli miqdarda olan metal tikinti materiallarını nisyə alaraq hissə-hissə ödəmək şərtilə aparmış, lakin bu günə kimi həmin materialların pulunu iddiaçıya ödəməmişdir. Son nəticədə Anarın iddiaçıdan apardığı və ödəmədiyi tikinti materiallarını ümumi dəyəri 11950 manat təşkil edir. Göstərilən halları nəzərə alaraq Cavabdeh1 11950 manat əsas borc, nümayəndəyə ödənilmiş 500 manat pulun və 30 manat dövlət rüsumunun cəmi 12480 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirdi ki, Azər müəllimlə birlikdə Masallı rayonuna getmişlər. Borc təxmini on bir on iki min manat idi. Aprel ayı idi. Masallı rayonunu yaxşı tanımır, amma Anarla Masallı rayonunun mərkəzində ya “Polis Bölməsinin” qarşısında ya da “Pasport Stolun” qarşısında görüşmüşlər. Anar Azərlə söhbət edəndə o, 2,3 metr yaxınlıqda dayanmışdır. Onlar söhbət edəndə “qulaq şahidi” olmuşdur. Anar Azərə dedi borcunu ödəmək üçün möhlət verin ***-**** manat ödəyəcəm az-az. Sonra Azər sənədə imza çəkdirmək istədiyində, Anar imza çəkməkdən imtina etdi. O, Anarı əvvəllər tanımamışdır. Anar təxminən 45-50 yaşlarında olan nə arıq nə kök şəxsdir. İlk dəfə onu həmin gün görmüşdür. O, sadəcə sürücü kimi getmişdir. Söhbətlərindən anlamışdır ki, aralarında nə isə alış veriş olub, amma borcun nədən yarandığını bilmir. Məhkəmə iclasında iştirak edən şahid Cavabdeh2 ifadəsində bildirdi ki, Anar ondan da Fəriddən də tikinti materialları götürürdü. Anar həmin ərəfədə Fəridlə əməkdaşlıq edib. Fərid və Anar bir müddət sonra ona zəng ediblər, Anar ondan xahiş etdi ki, Fəridlə danışsın möhlət versin, Fərid isə necə adamdı Anara güvənmək olar ya yox soruşurdu. O, Fəridlə daha yaxın idi, nəinki Anar. Borcundan 2000-3000 manat qaytarıb. Amma qalan borcu qaytarıb qaytarmamasını dəqiq bilmir. Yəqin ki, qaytarmayıb. Qaytarsa ona möhlətlə bağlı müraciət etməzdilər. Onların arasında olan satışın nağd olub olmadığını, nə qədər müddət bir yerdə işləmələri haqda məlumatı yoxdur. Cavabdeh1 12.04.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ona qarşı qaldırılmış iddia tam əsassız və böhtan xarakteri daşıyır. O, Laçın rayonu Nağdalı kəndində qeydiyyatdadır və hal-hazırda məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır. Buna görə də bu işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz. Qəti olaraq bu hala etiraz edir. Mülki işin aidiyyəti üzrə baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 18.08.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsində ona qarşı qaldırmış olduğu iddia tam əsassız və böhtan xarakteri daşıyır. Onun qeydiyyatı Azərbaycan Respublikası Laçın rayon Nağdalı kəndi qeydiyyatındadır və hal-hazırda məcburi köçkün kimi Masallı rayon H.Əliyev prospekti 13B mənzil 26-da yaşayır. Ona görə Nizami Rayon Məhkəməsi onun işinə baxa bilməz. Qeydiyyatda olduğu Laçın rayon Məhkəməsi işə baxmalıdır. O, qəti olaraq öz etirazını bildirir və ona qarşı qaldırdığı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə uyğun olaraq baxılmasını xahiş edir. Bildirir ki, İddiaçı ilə Bakı şəhəri Dərnəgül Material bazasında təxmini il yarım bundan əvvəl nağd pula müxtəlif materiallar almışdır. Sonradan onda olan malların qiymətlərinin baha olması ilə bağlı onunla alveri kəsmiş və başqa yerdən mal götürüb işləyir və alverini etmişdir. İddiaçı dəfələrlə ona zəng edərək işləmək təklifi etsə də o, onunla işləmək istəmədiyini bildirdi. O, iddiaçı ilə alver edərkən ona 2 kopya Nakladnoy yazıb qol çəkdirirdilər. O, iddiaçı ilə heç bir alqı-satqı etməmiş və onlara borcu yoxdur. Odur ki, iddiaçının ona qarşı qaldırdıqları iddia tam əsassızdır və böhtandır. Cavabdeh1 (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan 23.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 20.01.2021-ci il tarixli Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Nicat Ələkbərovun təqdim etdiyi arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi ev 24A, mənzil 10-da qeydiyyatda olan İddiaçı 17-ci PŞ-nə ərizə ilə müraciət edərək Baksol yolunda işlədiyi obyektdə ayrı-ayrı vətəndaşlar Cavabdeh1 11950 manatlıq, Balaxan adlı şəxsə 10610 manatlıq, Tanrıverdi adlı şəxsə isə 5645 manat dəyərində material satmasını, lakin pulunu ala bilməməsini bildirmişdir. Bununla əlaqədar olaraq vətəndaş xx.xx.1975-ci ildə Laçın rayonunda anadan olmuş, Laçın rayonu Nağdalı kəndində qeydiyyatda olan Cavabdeh1 məsələyə aydınlıq gətirilməsi üçün ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlanılmış, vətəndaş bildirmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə aralarında xeyli miqdarda alver olmuş, lakin etdiyi alverin pulunu tam olaraq ödəmişdir. Bu barədə əlində müvafiq qaimələrdə vardır. Əgər hansısa borcu qalıbdırsa versin məhkəməyə mülki qaydada araşdırılsın. Eləcədə Cavabdeh1 bildirmişdir ki, Masallı rayonunda yaşadığı və işlədiyi, səhhətində problem olduğu üçün Bakı şəhərinə gələ bilmir. Bundan başqa, vətəndaş 27.09.1965-ci ildə Yevlax rayonunda anadan olmuş ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X2 izahat alınmış, o, bildirmişdir ki, qardaşı oğlu Səbuhi, İddiaçı işlədiyi satış yerindən onun vasitəçiliyi material alveri etmiş, lakin iflasa uğradığı üçün RF-na getmiş, buna görə də İddiaçı işlədiyi yerə olan borcdan 6000 manatı hissə-hissə Balaxan ödəmiş, qalan 8000- 9000 borcuda hissə-hissə ödəyəcəkdir. Araşdırma məqsədilə üçüncü şəxs olan 19.06.1964-cü il təvəllüdlü ünvan 4 ünvanında yaşayan X3 izahat almış, o, bildirmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə xeyli miqdarda əvvəllərdə müqavilə əsasında alver etmiş, sonuncu ödənməmiş borca səbəbdə bank sistemində yaranmış problemləri səbəbindən ödəniş edə bilmədiyini, yaxın zamanda qalan 5600 manat borcu da ödəyəcəkdir. Qeyd olunanlardan belə məlum olmuşdur ki, tərəflər arasında mülki öhdəliyin tələbləri pozula bilər. Odur ki, görülmüş işlər barədə İddiaçı məlumat verilərək, mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan İddiaçı ünvanlanmış Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin 20.01.2021-ci il tarixli məktubundan görünür ki, 08.01.2021-ci il tarixdə Nərimanov RPİ-nin, 17-ci PŞ-nə ünvanlanan ərizəyə baxılmış, ərizədə göstərilən xüsusatlarla bağlı toplanmış materialdan belə məlum olmuşdur ki, vətəndaş X1 Tanrıverdi Abdulla oğlu və Cavabdeh1 ilə aranızda olmuş alverdən irəli gələrək yaranmış borc məsələsi mülki xarakterlidir. Odur ki, aidiyyatı üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçının sübut kimi istinad etdiyi və iş materiallarına əlavə etdiyi 20.01.2021-ci il tarixli Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Nicat Ələkbərovun təqdim etdiyi arayışdan görünür ki, “Laçın rayonu Nağdalı kəndində qeydiyyatda olan Cavabdeh1 məsələyə aydınlıq gətirilməsi üçün ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlanılmış, vətəndaş bildirmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə aralarında xeyli miqdarda alver olmuş, lakin etdiyi alverin pulunu tam olaraq ödəmişdir. Bu barədə əlində müvafiq qaimələr də vardır. Əgər hansısa borcu qalıbdırsa versin məhkəməyə mülki qaydada araşdırılsın.” Göründüyü kimi həmin arayışın məzmunundan aydın olur ki, tərəflər arasında alqı-atqı olmuşdur. Lakin cavabdeh iddiaçıya borcunun olmamasını bildirir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasına dəvət etdiyi şahidlərin ifadələrini dinləyib onların ifadələrini qeyri səmimi olduğunu hesab etmişdir. Belə ki, şahid X10 ifadəsində bildirdi ki, İddiaçıın vəkili və nümayəndəsi ilə sadəcə sürücü kimi getmişdir, lakin şahid ifadə verməyə başlayan kimi cavabdehin 12000 manat borcu olduğunu, eyni zamanda aralarında 3 metr məsafə olduğunu və sadəcə “qulaq müsafiri” olduğunu bildirdi. Digər şahid Cavabdeh2 qeyri-müəyyən ifadə verərək cavabdehin iddiaçıya nə qədər borcunun olmasını, borcun qaytarılıb-qaytarılmamasını, malların nağd və ya nisyə alınmasından məlumatı olmadığını bildirdi. Məhkəmə Pərviz Orucovun və Cavabdeh2 verdiyi ifadələrinin səmimi və inandırıcı olmaması qənaətinə gəlir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 11950 manat əsas borc məbləğinin mövcudluğu hissəsində mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə iddiaçının nümayəndəyə ödənilmiş 500 manat pulun tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki, nümayəndəyə pulun ödənilməsi barədə iş materiallarında hər hansı bir sübut olmadığından iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş 06.03.2021-ci il tarixli eManat ödəniş terminalının qəbzindən görünür ki, Azərbaycan Beynəlxalq Bankın mədaxil hesabına müştərinin soyadı, adı, ata adı “Azar T.M” yazılmış və 500 AZN ödəniş olmuşdur. İş materiallarına əlavə olunmuş vəkil orderindən görünür ki, İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə arasında bağlanmış müqaviləyə əsasən mülki iş üzrə hüquqi yardım göstərmək məqsədi ilə 23.02.2021-ci il tarixdə vəkil orderi verilmişdir. Azərbaycan Respublikası Vəkillər X6 23.04.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə nümunəsinin “hüquqi yardım haqqının məbləği və ödənilmə qaydası” başlıqlı 2-ci maddəsində müqavilə bağlanan zaman ödənilən məbləğ qeyd olunur. Beləliklə, hüquqi yardıma ehtiyacı olan şəxslə vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağlanmış müqavilə nəticəsində vəkilə “VƏKİL ORDERİ” təqdim olunur. İş materiallarına əlavə olunmuş qəbzə və vəkil orderinə nəzər yetirdikdə müəyyən olunur ki, birincisi qəbzdə ödənişin kim tərəfindən olunması bilinmir belə ki, müştərinin soyadı, adı, ata adının önündə Azar.T.M yazılmışdır. Halbuki, müştərinin adı, soyadı yazılmalı idi. İkincisi qəbzin və vəkil orderinin tarixlərində olan fərqə baxsaq vəkil orderinin 23.02.2021-ci il tarixdə, qəbzin isə 06.03.2021-ci il tarixdə olmaları görünür. Göründüyü kimi vəkil orderi təqdim olunmuş qəbzdən öncə tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1660/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1660/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver