Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1673/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1036,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 24,75 manat və 30,62 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1092,17 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AKX-02431xx/xx-2020 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İBnin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1036,80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 24,75 (iyirmi dörd manat 75 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1061,55 (bir min altmış bir manat 55 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, sayğacın qapağına müdaxilə olunub. İddia qaldırılan tarixə sərfiyyat borcu 24.75 manatdır. Sayğac mənzildən kənarda yerləşir. Ayda 1 dəfə sayğaca baxış keçilir. İddiaçı əməkdaşları əvvəlki mexaniki sayğacı dəyişib, yenidən mexaniki sayğac qoyublar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Sayğac hamamın üstündə yerləşir. Həmin sayğac dəyişdirilməli idi. Sayğacı dəyişmək üçün İddiaçıın əməkdaşları gəlib sayğacı dəyişərkən əllərindən düşüb və ona zərər dəyib. Həmin gün evdə qaynanası olub. Daha sonra qaynanasına bəzi sənədləri imzalatdırıb gediblər. Bir müddət sonra onlara cərimə ilə bağlı bildiriş gəldi. İddiaçıın əməkdaşları ilə əlaqə saxlanıldı və onlar sayğaca zərər vurduqlarını etiraf etdilər. Onlara akt təqdim olunmayıb. Qaynanasına bəzi sənədləri imzalatdırıblar, amma akt təqdim etməyiblər.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 bildirdi ki, iddia tələbini qəbul etmirlər. Cavabdeh ilə eyniməzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, 2016-cı ildən sayğac dəyişmirdi 2023-cü ildə gəlib dəyişdilər hansı ki, əslində 5 ildən bir dəyişilməlidir. Öz əməkdaşarı bildirdi ki, yəqin bu vaxta qədər dişləri yeyilib və o sizə ziyandı düz yazmaz. Evdə olmayan zaman gəlib dəyişiblər. Dəyişən zaman özləri əməkdaşın əlindən düşdüyünü və qapağın çatladığını bildirdilər, bunu rəhbərlikləri də bilir. Aktı tələb edib deyiblər daxili araşdırma gedir verə bilmərik. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları:
6. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 16 may 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı sınmışdır.
7. Cavabdeh adına verilmiş **********00090 nömrəli abonentin saldosundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 20 nömrəli evin, 9 nömrəli mənzilinə xx.xx.2023-cü il tarixdə “ZENNER G4T” Mexanika markalı, **********8 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 1036.80 manat borc hesablanmışdır.
8. Dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x24x90=8640 m3
9. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istismar müddəti bitdiyinə görə növbəti dövlət yoxlamasına göndərilmişdir.
10. 17 may 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanına təbii X3nın pozulması haqqında ******* nömrəli akt tərtib olunaraq 8640 m3 dəymiş ziyan hesablanmışdır. Lakin Cavabdeh tərtib olunan aktla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir.
11. Qaz sayğacının yoxlanması barədə 04 may 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 4843/Q002 nömrəli aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirildi. Sayğac istismara yararsızdır. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı sınıqdır. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır.
12. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 15 sentyabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 16 may 2023-cü il tarixli akta əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının sınıq olması müəyyən edilmişdir. İddiaçıya 1036.80 manat borc hesablanmışdır. Hesabat müddəti 90 gün qəbul edilmişdir. İddiaçı İB-yə vurulmuş 1036.80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 24.75 manat və 30.62 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın:
4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, cavabdeh tərəfindən istehlak edilmiş qaza görə 24.75 manat məbləğində vasait iddiaçıya ödənilməlidir.
21. İddiaçı tərəfindən tələb edilən 1036.80 manat məbləğində zərər isə təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa İddiaçı əməkdaşları hər ay sayğaca baxış keçirirlər. Lakin onlar 3 aylıq (4x24x90=8640m3) sərf olunmuş qaz üçün borc hesablamışlar. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 24.75 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
23. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30.62 manat dövlət rüsumunun 0.71 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
Nəticə:
24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 24.75 manat və ödənilmiş 30.62 manat dövlət rüsumunun 0.71 manatı İddiaçı xeyrinə tutulmalıdır.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh debitor borc üzrə 24.75 manat və ödənilmiş 30.62 manat dövlət rüsumunun 0.71 manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova