Məhkəmə qərarları › İş №e-2(007)-168/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-168/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-168/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə özü və iki qızları üçün torpaq sahəsi alaraq ev tikdirməyi və qonşuluqda yaşamağı planlaşdırıb, bu səbəbdən torpaq alğı-satqısı ilə məşğul olan şəxslərlə maraqlanıb, bu zaman Cavabdeh2 ilə tanış olub, Cavabdeh2la Abşeron rayonu, Hövsan südçülük Sovxozu ərazisində 14 sot torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşıblar. O, öz övladı ilə birlikdə cavabdehlə görüşərək göstərilən əraziyə gedib, Cavabdeh2 özünü istifadəsində olan torpaq sahəsinin 14 sotunu onlara göstərib, o, həmin ərazini bəyənib və alğı-satqı ilə bağlı razılaşıblar. 2013-cü ilin dekabr ayında ümumilikdə, Cavabdeh2 15400 (on beş min dörd yüz) manat pul verilib, 11200 manat torpağın qiyməti, 4200 manat sənədləşmə adı ilə cavabdeh ondan alıb. Alğı-satqının rəsmiləşdirilməsi faktiki razılıq əldə edildikdən yalnız üç il sonra baş verib, torpaq sahələri xüsusi mülkiyyətdə olmadığına görə, icarə hüququnun alğı-satqı müqaviləsi imzalanıb, satıcı qismində digər Cavabdeh3 (etibarnamzə üzrə nümayəndəsi Cavabdeh2), alıcı qismində isə o (6 sot) və qohumları X7 (4 sot) və X4 (4 sot) çıxış ediblər. Torpaq sahələrinin istifadə hüququnun yüklülüyünün qeydə alınması barədə onun adına reyestr nömrəsi **********30 olan seriya RX ******* nömrəli, Fuad Qasımovun adına reyestr nömrəsi **********32 olan, seriya RX ******* nömrəli və Elxan Bayramovun adına reyestr nömrəsi **********33 olan seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilib. O, 2020-ci ildə Cavabdeh2 tərəfindən ona satılmış torpaq qismində göstərilən yerdə hasar tikməyə başlayıb, bu zaman Cavabdeh2 qardaşı Adbala adlı şəxs gələrək həmin torpaq sahəsinin onun istifadəsində olduğunu bildirib və tikinti işlərini dayandırmağı tələb edib. O, Cavabdeh2la əlaqə saxlayaraq məsələ barədə onu məlumatlandırıb, cavabdeh isə anlaşılmazlıq olduğunu, onlara başqa torpaq sahəsi verəcəyini bildirib. Daha sonra Cavabdeh2 həmin əraziyə yaxın başqa yerdə 14 sot torpaq sahəsi verib, o, yeni yerdə hasar və 7 mişar daşı hündürlüyündə ev tikib, bu zaman X3 yaxınlaşaraq bu torpaq sahəsinin onun qardaşı Cavabdeh1 istifadəsində olduğunu bildirib, tikinti işlərini dayandırmağı tələb edib. Buna görə də, o, aparılan tikinti işlərini dayandırıb və torpaq sahəsinə görə ödədiyi 15400 manat məbləği və hasar və 7 mişar daşı hündürlüyündə tikdiyi evə görə çəkdiyi 20000 manat məbləğində xərci tələb edib, lakin cavabdeh müxtəlif bəhanələrlə həmin məbləği verməkdən boyun qaçırıb. Buna görə də, o, Cavabdeh2 dələduzluq yolu ilə onu aldatdığını düşünərək müxtəlif orqanlara şikayətlər edib, uzun müddətdən sonra 21 noyabr 2022-ci il tarixdə Xəzər rayon Polis İdarəsində Əkrəm Məmmədov barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, lakin 12 aprel 2023-cü il tarixdə CM-nin 75.1 və CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilib. Hesab edir ki, onun tərəfindən Cavabdeh2 verilmiş 15400 manat pul vəsaiti Cavabdeh2 tərəfindən ona geri qaytarılmalı, hasar və 7 mişar daşı hündürlüyündə tikdiyi evə görə çəkdiyi 20000 manat çəkdiyi xərc Cavabdeh2 və Cavabdeh1 tərəfindən müştərək qaydada alınaraq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən vavabdeh Cavabdeh2 torpaq alğı-satqısı na görə ödənilmiş 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi, torpaq sahəsində aparılmış tikinti işlərinə görə çəkilmiş 20000 (iyirmi min) və ödənilmiş 197 (yüz doxsan yeddi) manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə əsasən Cavabdeh3 iş üzrə cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, işə məhkəmədə baxılan zaman torpaq sahələrini iddiaçıya satmış Cavabdeh3 da iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi barədə tərəflərindən ərizə verilib və ərizə təmin edilib. Qeyd edilənlərə əsasən Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20000 (iyirmi min) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini ona aid olan hissədə qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Vətən müharibəsi iştirakçısı və 2-ci qrup müharibə əlildir. İddiaçını tanımırdı. Mübahisəli torpaq sahəsini 2017-ci ildə alıb. Cavabdeh2 həmin torpaq sahəsini 3-4 nəfərə satıb. Xəzər Rayon Prokurorluğun müraciət edəndə Daşınmaz Əmlakın Dövlət Xidmətindən nümayəndələr gələrək, həmin yerə baxış keçirib, ölçüb və həmin ərazinin həqiqətən də ona məxsus olmasını təsdiq ediblər. Onun torpaq sahəsi hazırda pis vəziyyətdədir, torpaq sahəsini pis vəziyyətə qoyublar, qazıblar, aldığı mişar daşlarından istifadə ediblər. Üstəlik onu da məhkəməyə veriblər. Bu ona qarşı haqsızlıqdır. O, torpaq sahəsində əkin əkəcəkdi, amma həmin torpağa beton töküblər, torpağı qazıblar, deyəsən ev tikmək istəyiblər, dağıdıblar. Torpaq sahəsinin fotoşəkilləri onda var. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə Cavabdeh3 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində 875 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Xəzər RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında başlanılmış Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. - Birinci tərəf Cavabdeh3 və ikinci tərəf X7 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,04 ha hissəsinin icarə hüququ alıcının icarəsinə verilir. Satıcı icarə hüququnu 2000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İcarə hüququnun müddəti xx.xx.2011-ci il tarixdən baçalayaraq 99 il müddətinə istifadəsinə müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə X5 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində 881 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2016-c il tarixli 01/3417 saylı arayışının surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində olan 0,04 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə bazar dəyəri 6000 manat təşkil edir. - Birinci tərəf Cavabdeh3 və ikinci tərəf X4 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,04 ha hissəsinin icarə hüququ alıcının icarəsinə verilir. Satıcı icarə hüququnu 2000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İcarə hüququnun müddəti xx.xx.2011-ci il tarixdən baçalayaraq 99 il müddətinə istifadəsinə müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə X2 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində 878 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2016-c il tarixli 01/3401 saylı arayışının surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində olan 0,04 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə bazar dəyəri 3200 manat təşkil edir. - Birinci tərəf Cavabdeh3 və ikinci tərəf İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,06 ha hissəsinin icarə hüququ alıcının icarəsinə verilir. Satıcı icarə hüququnu 3000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İcarə hüququnun müddəti xx.xx.2011-ci il tarixdən baçalayaraq 99 il müddətinə istifadəsinə müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2011-ci ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində 878 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2016-c il tarixli 01/3408 saylı arayışının surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində olan 0,06 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə bazar dəyəri 9000 manat təşkil edir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 0,50 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə xx.xx.2012-ci ildən başlayaraq 99 il müddətinə Cavabdeh1 Mərəməli oğlunun xeyrinə icarə hüququnun alğısatqısı üzrə yüklü edilmişdir. Bununla bağlı daşınmaz əmlak dövlət reyestrində 342 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-1333/2024 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehlət tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə **********30, **********32 və **********33 reyestr nömrəli çıxarışlarla mülkiyyətçilərə sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmür və sxemdə göstərilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8936 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki koordinatları ilə mülki iş materiallarında olan (səh.19,30, 36) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X7, X4 və İddiaçı məxsus torpaq sahələrinə dair tərtib edilmiş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin yuxarıda qeyd olunan torpaq sahələrindən təxminən 620 metr aralı məsafədə yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunur. Qeyd olunan torpaq sahələrinin üzərində müxtəlif təyinatlı tikililər mövcuddur. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin inşasına çekilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 10346,50 manat məbləğində müəyyən olunur. Məhkəmə iddia tələbinin “Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı özü və qızları üçün Cavabdeh2 vasitəçiliyi ilə Abşeron rayonu, Südçülük sovxozu ərazində 0,14 ha torpaq sahəsi aldığını və bunun üçün əmlakları dəyəri kimi ödədiyi 15400 manat pulun ona geri ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1099cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh3 ilə İddiaçı, X8, X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icra hüququnun alğı-satqı müqavilələri ilə icarə hüququ ilə ona məxsus olan Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1,063 ha torpaq sahəsinin uyğun olaraq 0,06 ha, 0,04 ha və 0,04 ha hissələrini xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə icarəyə vermişdir. Hazırda həmin müqavilələr qüvvədədir və icarə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində dövlət qeydiyyatın alınmışdır. Müqavilələr üzrə 7000 manat (uyğun olaraq 3000, 2000 və 2000 manat) ödəniş edildiyi müəyyən edilmişdir. İddiaçı isə həmin torpaq sahələrinin özü üçün 11200 manat, sənədləşmə üçün isə 4200 manat ödədiyini qeyd etmişdir. Xəzər RPİ İstintaq Şöbəsində araşdırma aparılan zaman Cavabdeh2 əmlak üzrə ona edilmiş ödənişləri təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8936 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki koordinatları ilə mülki iş materiallarında olan (səh.19,30, 36) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X7, X4 və İddiaçı məxsus torpaq sahələrinə dair tərtib edilmiş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin yuxarıda qeyd olunan torpaq sahələrindən təxminən 620 metr aralı məsafədə yerləşməklə üst-üstə düşmədiyi müəyyən olunur. Belə ki, Cavabdeh3 (əvəzində Cavabdeh2) və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,06 ha hissəsinin icarə hüququ xx.xx.2011-ci il tarixdən baçalayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmiş və bununla bağlı daşınmaz əmlak dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. Yəni iddiaçı əslində ona məxsus olmayan ərazidə tikinti işləri aparmışdır. Adıçəkilən müqavilə ilə iddiaçıya icarəyə verilmiş 0,06 ha torpaq sahəsi hazırda mövcuddur, həmçinin icarə hüququnun alğı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə də qüvvədədir (əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməyib). Belə olan halda, həmin torpaq sahəsi iddiaçının istifadəsində ola-ola iddiaçı tərəfindən torpaq sahələri üzrə ödənilmiş pulların geri qaytarılmasının təmin edilməsi iddiaçının əsassız varlanmasına səbəb olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddianın “Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20000 (iyirmi min) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbində göstərilmişdir ki, iddiaçı özünə və qızlarına torpaq sahəsi alaraq ev tikdirmək istəmiş, bu səbəbdən də Cavabdeh2 müraciət etmişdir. Nəticə də, iddiaçı, X7 və X4 ilə Cavabdeh3 arasında adıçəkilən müqavilələr bağlanılmaqla onların istifadəsinə ümumilikdə 0,12 ha sahədə torpaq sahəsi verilir. İddiaçı Cavabdeh2 tərəfindən ona göstərilən ərazidə tikinti işləri aparmağa başladığını, sonradan həmin ərazinin Cavabdeh2 qardaşı “Adbala” adlı şəxsə məxsus olduğunu öyrəndiyindən tikintini dayandırdığını, sonradan Cavabdeh2 tərəfindən ona başqa ünvanı göstərildiyindən həmin ünvanda tikinti işləri apardığını, lakin həmin ünvanın da Cavabdeh1 məxsus olduğu qeyd etmiş, bu səbəbdən Cavabdeh1 torpaq sahəsində apardığını tikinti işlərinin dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında onun ərazisində tikinti işlərinin aparıldığı, torpaq sahəsinə ziyan vurulduğunu, həmin ünvanda əkinçiliklə məşğul olmaq niyyətində olduğunu bildirmişdir. Həmçinin, digər Cavabdeh2 isə işlə bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırılma aparılan zaman izahatında göstərmişdir ki, həqiqətən də iddaçı ev tikintisi üçün torpaq sahəsini alınması ilə bağlı müraciət etmiş, o, iddiaçıya torpaq sahəsini vermiş, bundan sonra iddiaçı həmin ünvanın başqa şəxsə aid olması haqqında ona məlumat vermiş, həmin torpaq sahəsinin onun qardaşı “Adbala”ya məxsus olduğundan o, iddiaçıya başqa torpaq sahəsini verəcəyini bildirərək, iddiaçı tərəfindən həmin ümvanda hasar tikintisi üçün xərclənmiş 3000 manat vəsaiti iddiaçının iştirakı ilə oğluna vermiş, həmin ünvandan başqa bir torpaq sahəsini iddiaçıya verdikdən sonra, həmin ünvanın “Şaiq” adlı (iddia ərizəsinə əsasən Cavabdeh1 qardaşı) şəxsə məxsus olduğunu öyrəndiyindən iddiaçının oğlu ilə həmin şəxsin ünvanda 5 daş hündürlüyündə ev tikilməsini nəzərə alaraq “Şaiq” adlı şəxs tərəfindən iddiaçının oğluna 5000 manat pul ödənildiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı aparılmış ekspertiza zamanı mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçı, X7 və X2 istifadəsinə verilmiş torpaq sahələrindən təxminən 620 metr aralı məsafədə yerləşməklə üst-üstə düşmədiyi, qeyd olunan torpaq sahələrinin üzərində müxtəlif təyinatlı tikililər mövcud olması, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 10346,50 manat məbləğində müəyyən olunur. İddiaçının və Cavabdeh2 izahatından aydın olur ki, iddiaçı artıq ikinci dəfə nöqsana yol verərək ona məxsus olmayan ərazidə tikinti işləri aparmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi Cavabdeh3 (əvəzində Cavabdeh2) və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazində yerləşən 1,063 ha torpaq sahəsindən 0,06 ha hissəsinin icarə hüququ xx.xx.2011-ci il tarixdən baçalayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir, iddiaçı iddia ərizəsində 2020-ci ildən tikinti işlərinə başladığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olmayan ünvanda apardığı tikinti işlərinə çəkilən xərclərin ödənilməsini cavabdehlərdən tələb etməsi əsassızdır. Belə ki, xx.xx.2016-cı ildə adıçəkilən müqavilə bağlandıqdan sonra iddiaçı həmin torpaq sahəsinin yerləşdiyi ərazini, koordinatlarını dəqiq müəyyən etməli idi. Qeyd edildiyi kimi artıq bu hal bir dəfə iddiaçının qarşısına çıxmasına baxmayaraq, iddiaçı yenə də, müqavilə üzrə ona icarəyə verilmiş torpaq sahəsinin ünvanın dəqiqləşdirmədən təkrarən eyni nöqsanlara yol vermişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, xx.xx.2016cı il tarixli müqavilə üzrə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin yerəşdiyi ünvandan, onun kordinatlarından əmin olmaq vəzifəsi iddiaçının üzərinə düşdüyündən, başqa şəxsə məxsus ünvanda aparılmış tikinti işlərinin dəyərinin ödənilməsi düzgün olmazdı. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsasız hesab etməklə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən cavabdehlərin mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması halının təsdiq edilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20000 (iyirmi min) manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, işdə olan xx.xx.2024-ci il tarixli 3-16-16/2-10/8936 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 197 manat dövlət rüsumu özünə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15400 (on beş min dörd yüz) manat pul vəsaitinin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20000 (iyirmi min) manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar