Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1681/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun məbləği düzgün qaydada ödənilsə də, dövlət rüsumu aidiyyəti üzrə düzgün ödənilməmişdir. Belə ki, iddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilməsinə baxmayaraq iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzi üzrə məhkəmənin adı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi olaraq qeyd edilmişdir. Bununla yanaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2281/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçıya qaytarılması qərara alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsi elektron məhkəmə informasiya sisteminə yüklənən zaman iddia ərizəsi elektron qaydada Nümayəndə tərəfindən imzalanmış, iddia ərizəsinə nümayəndə olması ilə bağlı etibarnamə əlavə edilmişdir. Lakin Nümayəndə iddiaçının vəkili və ya yaxın qohumu olması barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Bundan əlavə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsi natamam və oxunaqlı olmayan şəkildə əlavə edilmiş, ona görə də həmin müqavilənin notarial qaydada bağlanıb-bağlanılmaması və onun məzmununun müəyyən edilməsi məhkəmə tərəfindən mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1681/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1681/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver