Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1683/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.041 manat maddi ziyanın tutularaq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) “Azərterminalkompleks” Birliyin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili sektorunun inspektoru vəzifəsində işləmiş Cavabdeh (bundan sonra - Cavabdeh) 2024-cü ilin may və iyun aylarında Birliyinin Astara gömrük idarəsinin ərazisində olan anbarından müsadirə olunaraq ona təhkim olunmuş siqaret, dərman preparatları və digər malları öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talaması barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır. Araşdırma zamanı cavabdehin 2024-cü ilin may-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 4.041 manat maddi zərər vurması özünün etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, mütəxəssis rəyi, cinayət işinə əlavə edilmiş sənədlərlə və digər mötəbər sübutlarla tam təsdiq olunaraq sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən aparılmış araşdırmanın nəticəsində qeyd olunan cinayət işi üzrə ibtidai istintaq xx.xx.2024-cü il tarixdə başa çatmış və iş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan cinayət işinə baxan Astara Rayon Məhkəməsi cavabdehi Azərbaycan Respublikası CMnin 179.2.3 -cü maddəsi ilə təqsirli bilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməs barədə xx.xx.2025-ci il tarixli hökmü qəbul etmişdir. Həmin hökmdə iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Komitənin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinin əməkdaşları tərəfindən Astara müvəqqəti saxlanc anbarına baxış keçirilməsi və saxlanca götürülmüş malların mövcuduluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, 30 həb “Lyrover 75”, 1 qutu “Argi plus”, 1 qutu “Pedia Best”, 1 qutu “Omega 3”, 10 ampula “Testosterone Enanthate 250”, 60 həb “Prebagalin”, 2 qutu “Vitamin D3”, 20 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Testosterone Enanthate 250”, 20 ampula “Testosterone Enanthate 250”, 50 həb “Maxandolin (oxymetholene)”, 10 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, 10 ampula “Testosterone Enanthate 250” dərman preparatları, 1 ədəd geyim dəsti, 1 ədəd “İphone 14 midnight 128 gb” markalı mobil telefon, 20 qutu “Kent nanotek infina”, 10 qutu “Marlboro Edge gold”, 40 qutu “göy Marlboro edge gold”, 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, 40 qutu “Marlboro Edge gold”, 10 qutu “Manchester qara/Manchester nano black”, 30 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, 10 qutu “Marlboro/Marlboro flavor code”, 10 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Cavallo/Cavallo clip and Go”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Cavallo/Cavallo blue wings”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Marlboro göy Edge gold”, 10 qutu “Winston/Winston compact plus”, 10 qutu “Kent Nanotek infina”, 20 qutu “Marlboro gold ağ qalın”, 10 qutu “Marlboro gold ağ nazik”, 17 qutu “Winston XS/Winston XS silver”, 10 qutu “Marlboro gold edge”, 10 qutu “Ağ X2”, 10 qutu “Kent Nanotek infina”, 10 qutu “Kent silver nanotek 2.0”, 20 qutu “Marlboro touch gray”, 10 qutu “Winston Xs/Winston Xs silver”, 10 qutu “Kent 1 nazik/Kent nano 1”, 10 qutu “Cavallo/X2”, 10 qutu “Marlboro edge gol nazik”, 35 qutu “X3”, 20 qutu “Cavallo by Tony by Frank”, 40 qutu “Winston Winston white”, 20 qutu “Kent HDİ 4”, 10 qutu “X2”, 20 qutu “Cavallo Pure”, 10 qutu “Ağ X2”, 18 qutu “Marlboro touch gray”, 10 qutu “Ağ X2” markalı tütün məmulatları həmin tarixdə Astara müvəqqəti saxlanc anbarına keçirilmiş baxış zamanı aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən alınmış mütəxəssis rəyindən görünür ki, 40 manat olan 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, cəmi dəyəri 15 manat olan 30 həb “Lyrover 75”, cəmi dəyəri 130 manat olan 1 qutu “Argi plus”, cəmi dəyəri 8 manat olan 1 qutu “Pedia Best”, cəmi dəyəri 22 manat olan 1 qutu “Omega 3”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 35 manat olan 60 həb “Prebagalin”, cəmi dəyəri 32 manat olan 2 qutu “Vitamin D3”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 60 manat olan 50 həb “Maxandolin (oxymetholene)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 50 manat olan 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250” dərman preparatlarının, cəmi dəyəri 1400 manat olan 1 ədəd “İphone 14 midnight 128 gb” mobil telefonun, cəmi dəyəri 60 manat olan 20 qutu “Kent nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 120 manat olan 40 qutu “göy Marlboro edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 40 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Manchester qara/Manchester nano black”, cəmi dəyəri 45 manat olan 30 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 60 manat olan 10 qutu “Marlboro/Marlboro flavor code”, cəmi dəyəri 35 manat olan 10 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo clip and Go”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo blue wings”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro göy Edge gold”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston/Winston compact plus”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 100 manat olan 20 qutu “Marlboro gold ağ qalın”, cəmi dəyəri 50 manat olan 10 qutu “Marlboro gold ağ nazik”, cəmi dəyəri 68 manat olan 17 qutu “Winston XS/Winston XS silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro gold edge”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X2”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent silver nanotek 2.0”, cəmi dəyəri 140 manat olan 20 qutu “Marlboro touch gray”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston Xs/Winston Xs silver”, cəmi dəyəri 60 manat olan 10 qutu “Kent 1 nazik/Kent nano 1”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/X2”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro edge gol nazik”, cəmi dəyəri 105 manat olan 35 qutu “X3”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo by Tony by Frank”, cəmi dəyəri 160 manat olan 40 qutu “Winston Winston white”, cəmi dəyəri 100 manat olan 20 qutu “Kent HDİ 4”, cəmi dəyəri 15 manat olan 10 qutu “X2”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo Pure”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X2”, cəmi dəyəri 126 manat olan 18 qutu “Marlboro touch gray”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X2” markalı tütün məmulatlarının ümumi dəyəri 4.041 manat təşkil edir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. Əvvəl Gömrük Xidmətində inspektor vəzifəsində işləmişdir. İddiaçıya 4041 manat məbləğində ziyan vurmuşdur, əməlini də etiraf etmişdir. Birdəfəlik ödəniş edə bilməyəcəkdir.
İş materialları:
5. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən alınmış mütəxəssis rəyindən görünür ki, 40 manat olan 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, cəmi dəyəri 15 manat olan 30 həb “Lyrover 75”, cəmi dəyəri 130 manat olan 1 qutu “Argi plus”, cəmi dəyəri 8 manat olan 1 qutu “Pedia Best”, cəmi dəyəri 22 manat olan 1 qutu “Omega 3”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 35 manat olan 60 həb “Prebagalin”, cəmi dəyəri 32 manat olan 2 qutu “Vitamin D3”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 60 manat olan 50 həb “Maxandolin (oxymetholene)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 50 manat olan 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250” dərman preparatlarının, cəmi dəyəri 1400 manat olan 1 ədəd “İphone 14 midnight 128 gb” mobil telefonun, cəmi dəyəri 60 manat olan 20 qutu “Kent nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 120 manat olan 40 qutu “göy Marlboro edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 40 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Manchester qara/Manchester nano black”, cəmi dəyəri 45 manat olan 30 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 60 manat olan 10 qutu “Marlboro/Marlboro flavor code”, cəmi dəyəri 35 manat olan 10 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo clip and Go”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo blue wings”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro göy Edge gold”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston/Winston compact plus”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 100 manat olan 20 qutu “Marlboro gold ağ qalın”, cəmi dəyəri 50 manat olan 10 qutu “Marlboro gold ağ nazik”, cəmi dəyəri 68 manat olan 17 qutu “Winston XS/Winston XS silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro gold edge”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X2”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent silver nanotek 2.0”, cəmi dəyəri 140 manat olan 20 qutu “Marlboro touch gray”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston Xs/Winston Xs silver”, cəmi dəyəri 60 manat olan 10 qutu “Kent 1 nazik/Kent nano 1”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/X2”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro edge gol nazik”, cəmi dəyəri 105 manat olan 35 qutu “X3”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo by Tony by Frank”, cəmi dəyəri 160 manat olan 40 qutu “Winston Winston white”, cəmi dəyəri 100 manat olan 20 qutu “Kent HDİ 4”, cəmi dəyəri 15 manat olan 10 qutu “X2”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo Pure”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X2”, cəmi dəyəri 126 manat olan 18 qutu “Marlboro touch gray”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X2” markalı tütün məmulatlarının ümumi dəyəri 4.041 manat təşkil edir.
6. Komitənin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinin əməkdaşları tərəfindən Astara müvəqqəti saxlanc anbarına baxış keçirilməsi və saxlanca götürülmüş malların mövcuduluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, 30 həb “Lyrover 75”, 1 qutu “Argi plus”, 1 qutu “Pedia Best”, 1 qutu “Omega 3”, 10 ampula “Testosterone Enanthate 250”, 60 həb “Prebagalin”, 2 qutu “Vitamin D3”, 20 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Testosterone Enanthate 250”, 20 ampula “Testosterone Enanthate 250”, 50 həb “Maxandolin (oxymetholene)”, 10 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, 10 ampula “Testosterone Enanthate 250” dərman preparatları, 1 ədəd geyim dəsti, 1 ədəd “İphone 14 midnight 128 gb” markalı mobil telefon, 20 qutu “Kent nanotek infina”, 10 qutu “Marlboro Edge gold”, 40 qutu “göy Marlboro edge gold”, 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, 40 qutu “Marlboro Edge gold”, 10 qutu “Manchester qara/Manchester nano black”, 30 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, 10 qutu “Marlboro/Marlboro flavor code”, 10 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Cavallo/Cavallo clip and Go”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Cavallo/Cavallo blue wings”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Marlboro göy Edge gold”, 10 qutu “Winston/Winston compact plus”, 10 qutu “Kent Nanotek infina”, 20 qutu “Marlboro gold ağ qalın”, 10 qutu “Marlboro gold ağ nazik”, 17 qutu “Winston XS/Winston XS silver”, 10 qutu “Marlboro gold edge”, 10 qutu “Ağ X2”, 10 qutu “Kent Nanotek infina”, 10 qutu “Kent silver nanotek 2.0”, 20 qutu “Marlboro touch gray”, 10 qutu “Winston Xs/Winston Xs silver”, 10 qutu “Kent 1 nazik/Kent nano 1”, 10 qutu “Cavallo/X2”, 10 qutu “Marlboro edge gol nazik”, 35 qutu “X3”, 20 qutu “Cavallo by Tony by Frank”, 40 qutu “Winston Winston white”, 20 qutu “Kent HDİ 4”, 10 qutu “X2”, 20 qutu “Cavallo Pure”, 10 qutu “Ağ X2”, 18 qutu “Marlboro touch gray”, 10 qutu “Ağ X2” markalı tütün məmulatları həmin tarixdə Astara müvəqqəti saxlanc anbarına keçirilmiş baxış zamanı aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 07 fevral 2025-ci il tarixli əmrinin surətindən görünür ki, Əsədli X1 və inkişaf idarəsinin Anbar işinin təşkili sektorunun inspektoru vəzifəsinə təyin edilmişdir.
8. Astara Rayon Məhkəməsinin 1(018)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Elsəvər oğlu Azərbaycan Respublikası CMnin 179.2.3 -cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilməsi hökm edilmişdir.
9. Astara Rayon Məhkəməsinin 1(018)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Elsəvər oğlu öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Elsəvər oğlu öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cavabdeh Elsəvər oğlu Azərbaycan Respublikası CM-nin 179.2.3 -cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə baxılan zaman iddiaçıya mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarı:
Qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
14. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
15. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması, cavabdehin təqsiri və işin halları qanuni qüvvəsini almış Astara Rayon Məhkəməsinin 1(018)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmişdir.
16. Beləliklə, 1(018)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Cavabdehin ona qarşı dələduzluq etməsi təsdiq olunmuşdur. Ona dəymiş ziyan hökmdə öz əksini tapmışdır.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Nəticə:
18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4041 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vasitəsilə dövlət büdcəsinə ödənilməlidir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə xərclərinə adi olan 60.41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 4041 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vasitəsilə dövlət büdcəsinə ödənilsin. Məhkəmə xərclərinə adi olan 60.41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova