Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1684/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “kredit borcu, zaminliyə xitam verilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi borcu 7134.16 (yeddi min yüz otuz dörd dollar, 16 sent) ABŞ dolları-bundan 3316.71 (üç min üç yüz on altı dollar, 71 sent) ABŞ dolları əsas, 1186.99 (bir min yüz səksən altı dollar, 99 sent) ABŞ dolları faiz, 2150.22 (iki min yüz əlli dollar, 22 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 480.24 (dörd yüz səksən dollar, 24 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 126.39 (yüz iyirmi altı manat 39 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 5730 (beş min yeddi yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-430006776 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, N70 saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 5631.81 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışıdr. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5494.53 (beş min dörd yüz doxsan dörd dollar, 53 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1kredit üzrə cəmi borcu 7134.16 (yeddi min yüz otuz dörd dollar 16 sent) ABŞ dolları təşkil edir. Bundan 3316.71 (üç min üç yüz on altı dollar 71 sent) ABŞ dolları əsas, 1186.99 (bir min yüz səksən altı dollar 99 sent) ABŞ dolları faiz, 2150.22 (iki min yüz əlli dollar, 22 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 480.24 (dörd yüz səksən dollar, 24 sent) ABŞ dolları faiz borcu təşkil edir.
İş materialları :
3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə kreditdən istifadəyə görə illik 30 faiz ödəmək şərti ilə 5730 ABŞ dollar kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
4. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 5730 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 24 ay (xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci ilədək) müddətinə, illik 30% faiz dərəcəsi, hər ay 320.47 ABŞ dolları (son ay 320.38 ABŞ dolları) ödəmək şərtilə 5730 ABŞ dolları əsas borc, 1961.19 ABŞ dolları faiz ödəməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 70 nömrəli əlavə sazişdən görünür ki, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği 5631.81 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsi xx.xx.2018-ci ilə qədər uzadılmışdır.
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 70 nömrəli Əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 34 ay (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci ilədək) müddətinə, illik 30 % faiz dərəcəsi, hər ay 247.84 ABŞ dolları ödəmək şərtilə 8422.33 ABŞ dolları əsas borc, 2790.52 ABŞ dolları faiz ödəməyi öhdəsinə götürmüşdür.
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli əlavə sazişdən görünür ki, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5494.53 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsi xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli Əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 60 ay (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək) müddətinə, illik 8% faiz dərəcəsi, hər ay 80.39 ABŞ dolları ödəmək şərtilə 3964.48 ABŞ dolları əsas borc, 858.57 ABŞ dolları faiz ödəməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 430006776/ZM saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya zaminlərin öz üzərinə götürməsidir.
11. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, ********* saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 70 nömrəli Əlavə Sazişdən görünür ki, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği 5631.81 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsi xx.xx.2018-ci ilə qədər uzadılmışdır.
12. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, ********* saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 02 nömrəli Əlavə Sazişdən görünür ki, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5494.53 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsi xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 3316.71 ABŞ dolları əsas borc, 1186.99 ABŞ dolları faiz borcu, 2150.22 ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş üçün vaxt üçün hesablanan illik 5 faiz dərəcəsi ilə 480.24 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 7134.16 ABŞ dolları borcu yaranmışdır.
14. LPO İddiaçı ASC-nin borclu Cavabdeh1 və zamin Cavabdeh2 Asəf oğluna xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişlərdən görünür ki, onların xx.xx.2025-ci il tarixinə LPO banka 3316.71 ABŞ dolları məbləğində əsas borc, 1186.99 ABŞ dolları məbləğində faiz borcu, 2150.22 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 480.24 ABŞ dolları faiz məbləği, ümumilikdə 7134.16 ABŞ dolları məbləğində borcu olması barədə xəbərdar edilmiş və borcun ödənilməsini 3 gün ərzində təmin etmələri, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
15. LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 adına açılmış xx.xx.2019-cu il tarixli, 36- 70027698-15 nömrəli hesab üzrə xx.xx.2019-xx.xx.2025-ci il tarixli dövrləri əhatə edən hesabdan çıxarış əlavə edilmişdir.
16. xx.xx.2025-ci il tarixli **********64 saylı qəbzdən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 126.39 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbi ilə razıdır. Lakin hesab edir ki, cərimə və faiz borcu çox hesablanmışdır. Odur ki, məhkəmədən faiz və cərimə borcunun azaldılmasında köməklik göstərilməsini xahiş edir. Müqavilə üzrə məhkəməyə müraciət edildiyi tarixdən sonra heç bir ödəniş etməmişdir.
20. Belə olan halda məhkəmə işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
21. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərin bağlanılmasını, LPO İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ********* saylı Zaminlik müqaviləsinin və həmin zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərin bağlanılması, Cavabdeh1 tərəfindən kredit müqaviləsindən və Cavabdeh2 tərəfindən zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi :
26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. İşin tədqiq edilmiş hallarına əsasən müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ********* saylı kredit müqaviləsi bağlanılmışdır. Daha sonra tərəflər arasında həmin kredit müqaviləsinə dair 16 mart 2015ci il tarixli 70 nömrəli Əlavə Saziş, xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır.
28. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
29. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta və s. dair şərtlərdir.
30. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.
31. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə kreditdən istifadəyə görə illik 30 faiz ödəmək şərti ilə 5730 ABŞ dollar kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
32. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 70 nömrəli əlavə saziş bağlanılmışdır. Həmin Sazişə əsasən ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği 5631.81 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsi xx.xx.2018-ci ilə qədər uzadılmışdır.
33. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli əlavə saziş bağlanılmışdır. Həmin Sazişə əsasən ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5494.53 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsi xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır.
34. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
37. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh1 24 ay müddətinə (xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək), illik 30% ödəmək şərtilə 5730 ABŞ dolları məbləğində kredit verilmiş, lakin Cavabdeh1 iş materiallarına və öz izahatına əsasən müəyyən olunur ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir. Müqavilə üzrə bağlanılan Sazişlərlə müqavilənin müddəti uzadılsa da, həmin Sazişlərə münasibətdə də cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməmişdir.
38. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
39. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. Belə ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli əlavə sazişin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu Saziş üzrə dəyişdirilmiş və Əlavə edilmiş bəndlər istisna olmaqla, müqavilənin digər bəndləri kimi dəyişdirilmədən öz qüvvəsində qalır.
41. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 4.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ vardır.
42. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
43. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
44. İddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirdiyi üçün müqaviləyə həmin vaxtdan ləğv edilmişdir.
45. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
46. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
47. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2017-ci il tarixdə bağlanılmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2 nömrəli Əlavə Sazişdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 3316.71 ABŞ dolları, faiz borcuna görə 1186.99 ABŞ dolları ödənilməsi tələbini əsaslı hesab edir.
48. Həmçinin iddiaçı LPO İddiaçı ASC tərəfindən 2150.22 ABŞ dolları məbləğində cərimənin tutulması tələbi irəli sürülmüşdür.
49. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 nömrəli Əlavə sazişin 1.3-cü bəndində nəzərdə tutulmuşdur ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixləri üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
50. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
51. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
52. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 2150.22 ABŞ dolları təşkil edən cərimə məbləğinın 100 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
53. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği qismində 480.24 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.
54. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir.
55. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozulmasına məsuliyyətdən azad etmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu X1 şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
57. Belə olan halda məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən hesablanan faiz məbləği 480.24 ABŞ dolları təşkil edir.
Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :
58. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC-nin iddia tələbi zamin Cavabdeh2oğluna aid hissədə əsaslı olmadığından təmin edilməməlidir.
59. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür(MM 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
60. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 430006776/ZM saylı zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, bu müqavilənin predmeti ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 2-ci fəslinə əsasən zaminliklə təmin edilmiş öhdəlik 5730 ABŞ dolları kredit məbləği, 24 ay təşkil edən kreditin qaytarılma müddəti, 30% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 60% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, beş (5) % isə aylıq cərimə faiz dərəcəsindən ibarətdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış, ********* saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 70 nömrəli Əlavə Sazişə əsasən tərəflər arasında bağlanılmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği 5631.81 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ilə qədər uzadılmışdır.
61. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanılmış ********* saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 02 nömrəli Əlavə Sazişə əsasən ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5494.53 ABŞ dolları məbləğində təyin olunmaqla, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır.
62. Həmin Sazişin 2.2-ci bəndinə əsasən Zamin bu sazişi imzalamaqla ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.
63. Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.
64. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. Lakin mülki qanunvericilikdə kreditorun zaminə qarşı tələb hüququ müddətlə məhdudlaşdırılmışdır.
65. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir.
66. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (MM 477.0.4 m).
67. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.
68. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir.
69. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub.
70. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçı LPO İddiaçı ASC ilə cavabdeh X2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanılmaqla kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanılmaqla kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
71. Kredit müqaviləsi üzrə bağlanılan Sazişlərlə yanaşı, həm də zaminlik müqaviləsi üzrə eyni tarixlərdə əlavə saziş bağlanılmış və Zamin həmin sazişləri imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələrlə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.
72. Müqavilənin qeyd edilən bəndindən göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. Belə olan halda zaminlik müqaviləsi üzrə zaminin kreditor qarşısında əsas öhdəliyin icrasının təmini üçün üzərinə götürdüyü öhdəlik həmin müddətədək qüvvədə olmuşdur.
73. Həmçinin xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 5-ci bəndində zaminlik müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri də zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürməməsidir.
74. İddiaçı LPO İddiaçı ASC cavabdeh (zamin) Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə zaminliyin təmin etdiyi öhdəliyin icrasının bitdiyi vaxtdan 3 il sonra müraciət etmişdir.
75. Odur ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə uyğun olaraq zaminliyə onun verilmə müddəti qurtarması əsası ilə xitam verilməlidir.
76. Beləliklə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddiaçının iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri :
77. İddiaçı LPO İddiaçı ASC məhkəməyə müraciət etmək üçün ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126.39 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
78. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126.39 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
79. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 3316.71 ABŞ dolları əsas borc, 1186.99 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 480.24 ABŞ dolları borc olmaqla, cəmi 5083.94 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126.39 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3316.71 ABŞ dolları əsas borc, 1186.99 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 480.24 ABŞ dolları borc olmaqla, cəmi 5083.94 ABŞ dolları pul vəsaiti və ödənilmiş 126.39 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı LPO İddiaçı ASC-nin iddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva