Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1685/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədiə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı şəhəri Nizami Bələdiyyəsi cəlb edilməklə cavabdeh İddiaçı qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, 2383cü məhəllə, Bəhruz Nuriyev küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin sərhəddində əkilmiş və tikintisinə 5 metr məsəfədən yaxın olan ağacların cavabdeh X1 tərəfindən öz hesabına götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Qeyd olunan mülki iş 21 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və e- 2(007)-1141/2025 nömrə ilə qeydə alınaraq məhkəmənin hakimi Qumru Əliyevanın icraatına qəbul olunmuşdur. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s.” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nizami Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv. metr təşkil edən icarəsində olan torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bunula bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qonşu sərhədində cavabdeh tərəfindən sökülmüş hasarın onun öz hesabına bərpa edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş etmişdir. Qeyd olunan mülki iş 18 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və e-2(007)- 1685/2025 nömrə ilə qeydə alınaraq icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər Nizami Rayon Məhkəməsində icraatda olan e-2(007)-1141/2025 saylı və e-2(007)-1685/2025 saylı mülki işlərin birləşdirilərək bir icraatda baxılmasına etiraz etmədilər. İşin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan, prosessual qənaət prinsipi baxımından qeyd edilən mülki işlər birlikdə baxılması üçün işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, e-2(007)-1141/2025 saylı mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s.” tələbinə dair e- 2(007)-1685/2025 nömrəli mülki iş, iddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı şəhəri Nizami Bələdiyyəsi cəlb edilməklə cavabdeh İddiaçı qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair e-2(007)-1141/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-1141/2025 nömrə saxlanılmaqla e-2(007)-1685/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s.” tələbinə dair e- 2(007)-1685/2025 nömrəli mülki iş, iddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı şəhəri Nizami Bələdiyyəsi cəlb edilməklə cavabdeh İddiaçı qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair e-2(007)-1141/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş e-2(007)-1141/2025 nömrəli mülki iş saxlanılmaqla e- 2(007)-1685/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1685/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1685/2025
14.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver