Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1701/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilənin ləğv edilməsi və borc” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı cavabdehlər X3 və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh LOYALS.AZ” MMC arasında 06 iyul 2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin ləğv edilməsi barədə, müqavilə üzrə tərəfindən ödənilmiş 15046 (on beş min qırx altı) manat borc məbləğinin, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə borc məbləğinin 10%-i miqdarında, 1504,60 (min beş yüz dörd manat, altmış qəpik) manat cərimə məbləğinin, cəmi 16550,60 (on altı min beş yüz əlli manat, altmış qəpik) manatın, ödədiyi 141 (yüz qırx bir) manat dövlət rüsumunun, vəkil xidmətlərinə görə ödədiyi 300 (üç yüz) manatın cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X4 cavabdehlər siyahısından çıxarmış və İddiaçı ilə cavabdeh LOYALS.AZ” MMC arasında 06 iyul 2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin ləğv edilməsi barədə, müqavilə üzrə tərəfindən ödənilmiş 15046 (on beş min qırx altı) manat borc məbləğinin, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə borc məbləğinin 10%-i miqdarında, 1504,60 (min beş yüz dörd manat, altmış qəpik) manat cərimə məbləğinin, cəmi 16550,60 (on altı min beş yüz əlli manat, altmış qəpik) manatın, ödədiyi 141 (yüz qırx bir) manat dövlət rüsumunun, vəkil xidmətlərinə görə ödədiyi 300 (üç yüz) manatın Cavabdeh-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X2 təklifi ilə Cavabdeh-nin təsis edilməsində iştirak etmişdir. Cavabdeh X5 ona vəsaitlərinin olmadığını bildirmiş və işə başlamaq üçün pul verməyini xahiş etmişdir. 06 iyul 2023-cü il tarixli borc müqaviləsinə əsasən o, Cavabdeh-yə, MMC-nin icraçı direktoru olaraq X3 15046 manat borc vermişdir. Aralarında bağlanmış 06 iyul 2023-cü il tarixli borc müqaviləsinin 1.2-ci bəndinə əsasən borc 12 ay müddətinə verilmiş və həmin müddət başa çatanadək tam həcmdə geri qaytarılmalıdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə borc verən müqaviləni birtərəfli qaydada ləğv etmək, borcun vaxından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə borc verən ümumi borc məbləğinin 10%-i miqdarında cərimə tələb etmək hüququna malikdir. Cavabdeh-nin təsisçilərindən biri olaraq və borc verən kimi apardığı müşahidələr onu göstərir ki, cavabdehlər borc müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmir və müəssisənin fəaliyyəti üçün heç bir tədbirlər görülmür. Yuxarıda göstərilənlərə əsasən onunla Cavabdeh arasında bağlanmış 06 iyul 2023-cü il tarixli borc müqaviləsi ləğv edilməli və tərəfindən ödənilmiş 15046 (on beş min qırx altı) manat borc məbləği geri və borc məbləğinin 10%-i miqdarında cərimə cavabdeh X1 tutulmalıdır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı pretenziya məktubundan görünür ki, aralarında bağlanmış 06 iyul 2023-cü il borc müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlinməsi və tərəfindən ödənilmiş 15046 manat borc məbləğini geri qaytarmağı və ona borc məbləğinin 10%-i miqdarında 1504.60 manat cərimə ödənilməsi təklif olunmuşdur, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
9. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh-yə 15046 manat pul verilmişdir.
10. 02.03.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmət üçün 320 manat ödəniş etmişdir.
11. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 iyul 2023-cü il tarixli 1/01 nömrəli müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh-yə 12 ay müddətinə 15046 manat pul verilmişdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə borc verən ümumi borc məbləğinin 10%-i miqdarında cərimə tələb etmək hüququna malikdir.
12. 08.04.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 141 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 06 iyul 2023-cü il tarixli 1/01 nömrəli müqavilə bağlanmışdır. Müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh-yə 12 ay müddətinə 15046 manat pul verilmişdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə borc verən ümumi borc məbləğinin 10%-i miqdarında cərimə tələb etmək hüququna malikdir. İddiaçı cavabdehə pretenziya məktubu göndərərək borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Hazırda İddiaçı ilə Cavabdeh arasında 06 iyul 2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin ləğv edilməsini, müqavilə üzrə tərəfindən ödənilmiş 15046 (on beş min qırx altı) manat borc məbləğinin, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə borc məbləğinin 10%-i miqdarında, 1504,60 (min beş yüz dörd manat, altmış qəpik) manat cərimə məbləğinin, cəmi 16550,60 (on altı min beş yüz əlli manat, altmış qəpik) manatın, ödədiyi 141 (yüz qırx bir) manat dövlət rüsumunun, vəkil xidmətlərinə görə ödədiyi 300 (üç yüz) manatın Cavabdeh-dən tutularaq ona ödənilməsini tələb edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, ödənilmiş borc məbləğini və müqavilə ilə müəyyən olunmuş cəriməni iddiaçıya ödəməlidir.
18. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2023-cü il tarixli borc müqaviləsi 12 ay müddətinə bağlanmışdır. Müqavilə müəyyən edilmiş müddət bitdiyinə görə 07 iyul 2024-cü il tarixdə artıq qüvvədən düşmüş hesab olunur. Odur ki, müddəti bitmiş müqavilə ləğv edilə bilməz. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir.
19. Məhkəmə iddia tələbinin “müqavilə üzrə tərəfindən ödənilmiş 15046 manat borc məbləğinin, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə borc məbləğinin 10%-i miqdarında, 1504,60 manat cərimə məbləğinin, cəmi 16550,60 manatın Cavabdeh-dən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Müqavilədən göründüyü kimi iddiaçı tərəfindən cavabdehdə 12 ay müddətinə 15046 manat məbləğində pul borc verilmişdir, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etsə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyə əməl etməmiş və borc məbləğini qaytarmamışdır.
20. Həmçinin müqavilənin 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə borc verən ümumi borc məbləğinin 10%-i miqdarında cərimə tələb etmək hüququna malikdir. Beləliklə, cavabdehdən müqavilədə nəzərdə tutulan borc məbləğinin 10%-i miqdarında 1504.60 manat cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə iddia tələbinin “ödədiyi 141 manat dövlət rüsumunun, vəkil xidmətlərinə görə ödədiyi 300 manatın Cavabdeh-dən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbini əsaslı edəcək qəbzlər təqdim edilmişdir.
Məhkəmə xərcləri:
22. Məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 141 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 15046 manat əsas, 1504.60 manat cərimə, cəmi 16550.60 manat, hüquqi xidmət üçün ödənilmiş 300 manat və 141 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 15046 manat əsas, 1504.60 manat cərimə, cəmi 16550.60 manat, hüquqi xidmət üçün ödənilmiş 300 manat və 141 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova