Məhkəmə qərarları › İş №e-2(007)-1732/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1732/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1732/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 18.000 (on səkkiz min) manat məbləğində borc pulun, eləcə də Cavabdeh qanunsuz hərəkətləri (günahı) nəticəsində onun tərəfindən hüquqi xidmətə görə 6 saylı Vəkil bürosunun vəkili Nümayəndə hesabına ödənilən 150 (yüz əlli) manat məbləğində pul və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hesabına ödənilən 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu cəmi 18.294 (on səkkiz min iki yüz doxsan dörd) manat məbləğində pulun Cavabdeh tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 24 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 8000 (səkkiz min) manat borc pul vermişdir. Cavabdeh borc aldığı 8000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Daha sonrai xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən yenidən Cavabdeh 10000 (on min) manat borc pul vermişdir. Cavabdeh 10000 (on min) manat məbləğində aldığı krediti xx.xx.2023-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı aldığı kredit borcunun ümumi məbləği 18000 (on səkkiz min) manat təşkil edir. Kredit müqavilələrinin şərtlərində göstərilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr altında borc aldığı pulu ödəməkdən yayınır. Cavabdeh müqavilənin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742-745-ci maddələrinin tələblərini pozaraq kredit müqavilələri əsasında borc aldığı pulu ödəməkdən imtina edir. Göstərilənlərə əsasən Cavabdeh borc aldığı 18000 (on səkkiz min) manat pulu bir dəfəyə məhkəmə qətnaməsi əsasında ödəməsini tələb edir. Eyni zamanda Cavabdeh günahı üzündən aralarında baş vermiş mübahisənin həll edilməsi üçün Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına vəkil Nümayəndə ilə hüquqi xidmətin göstərilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində müqavilə bağlanmışdır. Bundan başqa mübahisənin məhkəmədə baxılması üçün onun tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hesabına 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, qanunun tələblərinə uyğun olaraq göstərilən 294 (iki yüz doxsan dörd) manat məbləğində pul da Cavabdeh onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış 24 fevral 2023-cü il tarixli, 3M-257 nömrə ilə bağlanmış “kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı 8000 manat məbləğində pulu Cavabdeh vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” 8000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. - İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış 14 mart 2023-cü il tarixli, 3M-337 nömrə ilə bağlanmış “kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı 10000 manat məbləğində pulu Cavabdeh vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” 10000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən və “hüquqi yardımın göstərilməsi haqqında” 668 nömrəli müqavilədən görünür ki, İddiaçı hüquqi xidmət göstərilməsi üçün 150 manat məbləğində pul vəsaiti ödəmişdir. - 05 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış 24 fevral 2023-cü il və 14 mart 2023-cü il tarixli kredit müqavilələrinə əsasən İddiaçı Cavabdeh 10000 manat və 8000 manat olmaqla, cəmi 18000 məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu 24 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək və 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı 24 fevral 2023cü il və 14 mart 2023-cü il tarixli kredit müqavilələri üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində 3M-257 nömrə ilə bağlanmış 24 fevral 2023-cü il tarixli “Kredit” müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək 8000 manat məbləğində və 3M-337 nömrə ilə bağlanmış 14 mart 2023-cü il tarixli “Kredit” müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək 10000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh müqavilələrin bu şərtlərini pozaraq borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı 18000 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin “Cavabdeh qanunsuz hərəkətləri (günahı) nəticəsində onun tərəfindən hüquqi xidmətə görə 6 saylı Vəkil bürosunun vəkili Nümayəndə hesabına ödənilən 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin alınması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan müqavilədən və qəbzdən görünür ki, o, hüquqi yardım üçün vəkilə xidmət haqqı ödəmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilərək cavabdehdən 150 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 8000 manat, 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 10000 manat, cəmi 18000 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 150 manat və ödənilmiş 144 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 8000 manat, 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 10000 manat, cəmi 18000 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 150 manat və ödənilmiş 144 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar