Məhkəmə qərarları › İş №e-2(007)-1748/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1748/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1748/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 İlqar qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 4046 manat əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 30,74 manat faiz borcu olmaqla, cəmi 4076,74 manat borcun, kart limiti üzrə 463,68 manat əsas borcu olmaqla, cəmi 463,68 manat borcun və ödənilmiş 69,14 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sənaye filialı ilə X6 arasında bağlanmış BPM**********40 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən X5 illik 24 faizlə 36 ay müddətinə 500 manat məbləğində kart limiti və illik 22 faizlə 48 ay müddətinə 4100 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 129477 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 599 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 69,14 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 35942/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********40 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kart limiti və 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 4100 manat məbləğində nağd kredit verilmişdir. Lakin bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri 17 saylı Notariat Ofisinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, X4 vərəsəsi: Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6000 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən pay almalıdır. X1 iddiaçıya olan borcunun cavabdehdən tutulması üçün hüquqi əsas yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, kredit müqaviləsinə əsasən Banka 4046 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 30,74 manat faiz borcu olmaqla, cəmi 4076,74 manat borcu, kart limiti üzrə 463,68 manat əsas borcu olmaqla, cəmi 463,68 manat borc mövcuddur. Bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilən xəbərdarlıqda qeyd edilmişdir ki, Tam kart müqaviləsinə əsasən kart krediti üzrə 463,68 manat əsas borc, nağd krediti üzrə 4076,74 manat və bunlara müvafiq olaraq hesablanmış faiz borcları mövcuddur. X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəflərindən ödənilməmişdir. Bankın borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq cavabdehin üzərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərin nəzərə alınaraq kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 5 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1306.1-ci, 739.1-ci, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X6 iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tariхli müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 vəfat etdiyindən və onun vərəsəsi Cavabdeh olduğundan, ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6000 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verildiyindən və vərəsəlik üzrə keçən əmlakın dəyəri kredit borcunun ödənilməsi üçün yetərli olduğundan qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün Cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də mərhum borclu X6 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh da onun vərəsəsi olduğundan yaranmış borc məbləği və digər xərclər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69,14 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh nağd kredit üzrə 4046 manat əsas borc, 30,74 manat faiz borcu, kart limiti üzrə 463,68 manat əsas borc olmaqla, ümumilikdə 4540,42 manat borc məbləği və ödənilmiş 69,14 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar