Məhkəmə qərarları › İş №e-2(007)-1758/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1758/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1758/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş 1885,37 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1885,38 manat məbləğində kredit borcunun və ödənilmiş 38,86 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh Cəfərova Həyat Ağasəlim qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Ağasəlim qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən Cəfərova Həyat Ağasəlim qızının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 hər biri ½ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.4 kv.m olan mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Cəfərova Həyat Ağasəlim qızından kredit borcu üzrə Banka ödənilməmiş 1885,37 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1885,38 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəfərova Həyat Ağasəlim qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1885,38 manat olduğundan, tərəflərindən 38,86 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: "xxxx" ASC ilə Cəfərova Həyat Ağasəlim qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********97 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 2500 manat kredit verilmişdir. Lakin bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra Cəfərova Həyat Ağasəlim qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" ASC tərəfindən 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, Cəfərova Həyat Ağasəlim qızının vərəsələri: Cavabdeh1 və Cavabdeh2 ümumi sahəsi 55.4 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 38, 3 saylı mənzil üzrə miras əmlakdan ½ hissədə pay almalıdırlar. X2 Ağasəlim qızının iddiaçıya olan borcunun cavabdehlərdən tutulması üçün hüquqi əsas yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 1885,37 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1885,38 manat borc mövcuddur. Bank tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə göndərilən xəbərdarlıqda qeyd edilmişdir ki, müqaviləyə əsasən əsas borc üzrə 1885,37 manat və buna müvafiq olaraq hesablanmış 0,01 manat faiz borcu mövcuddur. Cəfərova Həyat Ağasəlim qızının mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəflərindən ödənilməmişdir. Bankın borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq üzərlərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərin nəzərə alınaraq kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1306.1-ci, 739.1-ci, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, X4 Ağasəlim qızı iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu il tariхli krеdit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X3 Ağasəlim qızı vəfat etdiyindən və onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 olduğundan, onlara Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 38, 3 saylı mənzilinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verildiyindən və vərəsəlik üzrə keçən əmlakların dəyəri kredit borcunun ödənilməsi üçün yetərli olduğundan qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün Cavabdeh1 və Cavabdeh2 cavabdehdirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də mərhum X4 Ağasəlim qızı müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh1 və Cavabdeh2 da onun vərəsələri olduqlarından yaranmış borc məbləği və digər xərclər onlar tərəfindən ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 38,86 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1885,37 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1885,38 manat borc məbləği və ödənilmiş 38,86 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar