Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1763/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X3 vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinənağd kredit üzrə 374,53 manat əsas borcu olmaqla, cəmi 374,53 manat borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə X5 arasında bağlanmış BPM**********98 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X4 illik 27 faizlə 60 ay müddətinə 1700 AZN məbləğində kredit verilib. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilib ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 252600 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci il tarixində vəfat edib. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2123/23 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilib ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X3 vərəsələri kimi tanınıb və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilib. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 374,53 manat əsas borcu olmaqla, cəmi 374,53 manat borcu qalıb. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqı ödənilib. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməyb. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-35947/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməyib.
İş materialları:
3. İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********98 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 60 ay müddətinə kreditdən istifadəyə görə illik 27 faiz ödəmək şərti ilə 1700 manat kredit verilmişdir.
4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsi üzrə 374,53 manat əsas borcu vardır.
5. AZ-İİ seriyalı 252600 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 492 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri 52 saylı notarial ofisinin xx.xx.2023-cü il tarixli 21/23 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X5 ilə bağlı Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 29/2023 nömrəli reyestrlə vərəsəlik işi açılıb. Mirası qəbul etmiş vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3dır və onlara Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 2V-57, 2V-58 nömrəli reyestrlərlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilib. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,5 kv.m, o cümlədən yaşayış sahəsi 63,4 kv.m, yardımçı sahəsi 18,1 kv.m olan 4 (dörd) otaqlı mənzilin 1/4 hissəsinin 1/3 hissəsi və AZ60AZER**********10AZN41010 nömrəli hesabca olan 162 (bir yüz altmış iki) manat vəsaitin 1/4 hissəsinin 1/3 hissəsidir.
7. İddiaçı "xxxx" ASC-nin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlandığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 374,53 manat məbləğində borcunun ödənilməsinin 5 (gün) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişlər.
8. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2018-ci il tarixli BPM**********98 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X4 60 ay müddətinə kreditdən istifadəyə görə illik 27 faiz ödəmək şərti ilə 1700 manat kredit verilmişdir. X5 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və onlar qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışlar. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməmişdir.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X4 "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə müddətinə illik 27 faiz ödəmək şərti ilə 1700 manat məbləğində kredit verilmişdir. X5 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mirası qəbul etmiş vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3dır. Miras əmlakları ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,5 kv.m, o cümlədən yaşayış sahəsi 63,4 kv.m, yardımçı sahəsi 18,1 kv.m olan 4 (dörd) otaqlı mənzilin 1/4 hissəsinin 1/3 hissəsi və AZ60AZER**********10AZN41010 nömrəli hesabca olan 162 (bir yüz altmış iki) manat vəsaitin 1/4 hissəsinin 1/3 hissəsidir.
18. Cavabdehlər mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdehlər borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişlər.
19. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X3 vərəsəsi olan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 miras əmlaklarını qəbul etdiyindən onlar mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.
20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir.
Məhkəmə xərcləri:
21. İddiaçı "xxxx" ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulması tələbini irəli sürmüşdür.
22. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
23. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 374,53 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 374,53 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva