Məhkəmə qərarları › İş №e-2(007)-1770/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1770/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1770/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi müqaviləsi”nə əsasən ödənilməmiş icarə haqqı qismində 2000 manat və hesablanmış cərimə qismində 1725 manat, hüquqi yardım üçün ödənilmiş 100 manat və dövlət rüsumu qismində ödənilmiş 58 manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 3883 (üç min səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi müqaviləsi” bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən ”Ulduz avtoservis”inin ərazisindəki ümumi sahəsi 52,0 kv.m (ölçüsü:5,20m x10,0m) olan bir ədəd işçi postu (avtomobil mühərriklərinin təmiri üzrə “11 nömrəli İşçi Post”: ”Mühərrik çilingəri”) – qeyriyaşayış sahəsini və komplektdə daxil olan bina, tikili, cihaz, avadanlıq və s. (sonradan - “icarə obyekti”) cavabdehə icarəyə vermişdir. Həmin İcarə müqaviləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər, altı ay müddətinə bağlanmış və xx.xx.2021-ci il tarixinədək etibarlıdır. Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən Bu müqavilə üzrə icarə haqqının və digər ödənişlərin hesablanması xx.xx.2021-ci il tarixindən başlayır. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən Bu müqavilə müddətinin bitməsinə 30 (otuz) gün qalana qədər tərəflərdən biri bu müqavilənin ləğvi barədə niyyətini qarşı tərəfə yazılı xəbərdarlıqla bildirmədikdə, icarə obyekti “İcarəyə verən”ə qaytarılmadıqda, icarə müddəti avtomatik olaraq eyni müqavilə şərtləri ilə hər dəfə növbəti 6 (altı) ay müddətinə təkrar uzadılır. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən Bu müqavilə üzrə icarə obyektinin aylıq icarə haqqı ilk iki icarə ayları (iyun, iyul) üçün 200 (iki yüz) manat, sonrakı icarə aylarında isə 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Göründüyü kimi icarə obyekti icarəçiyə ilkin iki ayı 200 manatdan, sonrakı aylar isə 500 manatdan olmaqla 6 ay müddətinə icarəyə verilmiş və həmin icarə müqaviləsinin ləğvi barədə bildiriş verilmədiyi və icarə obyekti icarəyə verənə təhvil verilmədiyi təqdirdə icarə müqaviləsinin müddətinin uzadılması razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli “Qeyriyaşayış sahəsinin icarəsi müqaviləsi”nin 4.1 bəndinə uyğun olaraq iddiaçı icarə obyektini xx.xx.2021-ci il tarixli “Təhvil-qəbul aktı” (İcarə müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 4) imzalamaqla cavabdehə təqdim etmişdir. Cavabdeh həmin tarixdən icarə obyektində öz fəaliyyətinə başlamış, müqavilə müddəti bitəndən sonra da öz fəaliyyətinə davam etmiş, həmin icarə müqaviləsinin 2.4 bəndinə uyğun olaraq icarə müqaviləsi xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. Lakin 2021-ci ilin noyabr ayınadək cavabdeh 2021-ci ilin oktyabr ayından sonra icarə obyektinə dair icarə haqqını ödəməmiş, icarə obyektini təhvil verməmiş, onun 2021-ci ilin mart ayınadək ödənilməmiş 2000 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Onlar cavabdehdən həmin borcun ödənilməsini və icarə müqaviləsinin ləğv edilərək, icarə obyektinin onlara qaytarılmasını tələb etmiş, bu barədə ona yazılı bildiriş göndərərək, icarə obyektinə gəlib təhvil-təslim aktı imzalanmasını xahiş etmiş, lakin cavabdeh icarə obyektini iddiaçıya təhvil verməmiş, icarə obyekti 2022-ci ilin mart ayınadək bağlı qalmışdır. İcarə Müqaviləsinin 3.4-cü maddəsinə əsasən “İcarəçi” müqavilə üzrə icarə haqqının ödənilməsini gecikdirdiyi hər gün üçün “İcarəyə verən”ə ödənilməli məbləğin 3,0% (üç faiz) miqdarında əlavə dəbbə pulu (penya, cərimə) ödəyir. Cavabdeh icarə müqaviləsi üzrə ödəməli olduğu icarə haqqını ödəmədiyinə görə iddiaçı tərəfindən ona 1725 manat cərimə hesablanmışdır. Cavabdeh icarə obyektini təhvil vermədiyinə və icarə haqqını ödəmədiyinə görə, cavabdehə bildiriş göndərildikdən sonra icarə müqaviləsinə xitam verilmiş və iddiaçının əməkdaşlarının iştirakı ilə xx.xx.2022-ci il tarixdə icarə obyektinin qıfılı sındırılaraq açılmış, bu zaman isə cavabdehin özünə məxsus bütün əmlaklarını aparması, iddiaçıya məxsus olan bütün əmlakların isə yerində olması müəyyən edilmiş, bu barədə iştirakçılar tərəfindən obyektin təhvil alınması barədə akt tərtib edilmişdir. Beləliklə də cavabdehin xx.xx.2021-ci il tarixli «Qeyri-yaşayış sahəsinin icarəsi müqaviləsi”nə əsasən xx.xx.2022-ci ilədək ödənilməyən 2000 manat məbləğində icarə haqqı və 1725 manat məbləğində cərimə borcu qalmışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Qeyri-yaşayış sahəsinin icarəsi müqaviləsi”nin 13.13-cü maddəsinə əsasən Müqavilənin icra yeri Bakı şəhəri Nizami rayonu ərazisində yerləşdiyinə görə tərəflər razılığa gəlirlər ki, bu müqavilə üzrə yaranan bütün mübahisəli məsələlər Bakı şəhərinin inzibati ərazisində yerləşən müvafiq məhkəmədə baxılacaqdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 6 ay müddətinə müəssisənin bir hissəsi birinci icarəyə verilmiş, cavabdeh tərəfindən ilkin iki ay 200 manat, digər aylar üçün 500 manat ödənilməsi ilə bağlı öhdəlik götürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh 6 aydan sonra qeyri-yaşayış sahəsini təhvil verməli və ya qeyri-yaşayış sahəsində qalıb işini davam etdirməli idi. Cavabdeh obyekti təhvil verməmiş, icarə haqqını oktyabr ayına qədər ödəmiş, ondan sonra ödəməmişdir. Cavabdehə 2 dəfə bildiriş göndərilmiş, fevral ayında iddiaçının cavadehə göndərdiyi bildirişə cavabdeh cavab verməmiş və iddiaçı məcbur olmuşdur ki, həmin yerin qapısını sındırmaqla və akt tərtib etməklə qeyri-yaşayış sahəsini təhvil götürsün. O zaman məlum olmuşdur ki, cavabdeh öz əmlaklarını götürüb germişdir. Cavabdeh noyabr, dekabr, yanvar, fevral aylarının hər ay 500 manatdan 2000 manat icarəsinı ödəməmişdir. İddia tələbində qeyd olunan cərimələr müqavilənin 3.4 bəndində nəzərdə tutulmuşdur. Cavabdehin VÖEN yoxdur, əslində müqavilə bağlanan zaman cavabdeh VÖEN olduğunu demiş, lakin sonradan VÖEN olmadığı məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən ”Ulduz avtoservis”inin ərazisindəki ümumi sahəsi 52,0 kv.m (ölçüsü:5,20m x10,0m) olan bir ədəd işçi postu (avtomobil mühərriklərinin təmiri üzrə “11 nömrəli İşçi Post”: ”Mühərrik çilingəri”) – qeyri-yaşayış sahəsini və komplektdə daxil olan bina, tikili, cihaz, avadanlıq və s. (sonradan - “icarə obyekti”) icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Tərəflərin razılaşması ilə icarə obyekti 21.500 manat dəyərləndirilmişdir. İcarə müqaviləsinin 2.1 və 2.2-ci maddələrinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər, altı ay müddətinə bağlanmış və xx.xx.2021-ci il tarixinədək etibarlıdır, müqavilə üzrə icarə haqqının və digər ödənişlərin hesablanması xx.xx.2021-ci il tarixindən başlayır. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən isə müqavilə müddətinin bitməsinə 30 (otuz) gün qalana qədər tərəflərdən biri bu müqavilənin ləğvi barədə niyyətini qarşı tərəfə yazılı xəbərdarlıqla bildirmədikdə, icarə obyekti “İcarəyə verən”ə qaytarılmadıqda, icarə müddəti avtomatik olaraq eyni müqavilə şərtləri ilə hər dəfə növbəti 6 (altı) ay müddətinə təkrar uzadılır. Həmin Müqavilənin 3.1-ci maddəsi ilə müqavilə üzrə icarə obyektinin aylıq icarə haqqı ilk iki icarə ayları (iyun, iyul) üçün 200 (iki yüz) manat, sonrakı icarə aylarında isə 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Eyni zamanda müqavilənin 3.4-cü maddəsində icarəçinin müqavilə üzrə icarə haqqının ödənilməsini gecikdirdiyi hər gün üçün icarə verənən ödənilməli məbləğin 3,0% miqdarında əlavə dəbbə pulu (penya, cərimə) ödəməsi nəzərdə tutulmuşdur. Müqavilə xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, Cavabdeh tərəfindən müqavilənin bitməsinə 30 gün qalmış uzadılma haqqında yazılı xəbərdarlıq göndərilməmiş və müqavilə avtomatik olaraq 6 aylıq müddətə uzadılaraq xx.xx.2022-ci il tarixinə qədər uzanmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müqavilənin ləğvinə dair bildirişlər göndərilmiş, bildirişlərə əsasən xx.xx.2022-ci il tarixə qədər yaranan icarə haqqı borclarının təmin olunması barədə qəbzlərin təqdim olunması tövsiyyə olunmuş, xx.xx.2022-ci il tarixli məktub-bildirişin cavabdehin mobil telefonu vasitəsilə WathsAppla ona, yazılı qaydada qardaşına təqdim olunduğu bildirilmiş və məktub-bildirişi aldıqdan sonrakı 5 gün müddətində icarə obyektini icarəyə verənə qaytarılması və bu icarə müqaviləsinə xitam verilməsi təklif olunmuşdur. Daha sonra İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə icarə obyektinin təhvil-qaytarılma aktı tərtib edilmiş, akta əsasən xx.xx.2022-ci il tarixdən icarə müqaviləsi üzrə icarə haqqının hesablanmasının dayandırılması, icarəçinin ümumilikdə 3725,0 manat ödənilməmiş icarə haqqı borcunun ödənilməsindən sonra tərəflər arasındakı öhdəliklərin bitəcəyi müəyyən olunmuşdur. İcarə haqqında Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2-ci maddəsinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.5-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 8.1-ci maddəsinə əsasən, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, icarə haqqını ödəməmiş, bununla da müqavilənin şərtlərini, icarə ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, müqavilə xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, Cavabdeh tərəfindən müqavilənin bitməsinə 30 gün qalmış uzadılma haqqında bildiriş iddiaçıya göndərilməmiş və müqavilə avtomatik olaraq 6 aylıq müddətə xx.xx.2022-ci il tarixinə qədər uzanmışdır. İcarə müqaviləsinin uzadılmasına baxmayaraq Cavabdeh tərəfindən 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci ilədək ödənilməyən 2000 manat məbləğində icarə haqqı və 1725 manat məbləğində cərimə borcu qalmışdır. Eyni zamanda Cavabdeh qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-təslim aktına uyğun şəkildə təhvil verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh icarəyə verilmiş sahəni təhvil-qaytarılma aktı tərtib edilən tarixə qədər, 2021-ci ilin noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral ayı üzrə hər ay 500 manat icarə haqqı olmaqla, ümumilikdə 2000 manat məbləğində ödənilməmiş icarə haqqı tutulmalıdır. Məhkəmə həmçinin işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Məcı̇ dov Kamal Yavər oğlundan "xxxx" Fərdı̇ Kı̇ çı̇ k Müəssı̇ səsinin xeyrinə xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 2000 manat əsas borc, 140 manat cərimə borcu, 100 manat xidmət haqqı və 58 manat dövlət rüsumuna görə ödənilmiş vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Məcı̇ dov Kamal Yavər oğlundan "xxxx" Fərdı̇ Kı̇ çı̇ k Müəssı̇ səsinin xeyrinə xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 2000 manat əsas borc, 140 manat cərimə borcu, 100 manat xidmət haqqı və 58 manat dövlət rüsumuna görə ödənilmiş vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar