Məhkəmə qərarları › İş №e-2(007)-1834/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1834/2025

15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1834/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin artırılması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 aprel 2018-ci il təvəllüdlü X10 və 22 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 248 manat olmaqla, cəmi 496 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya xərci kimi çəkilmiş 61 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı vəkili və nümayəndəsi Vəkil Fərzəli oğlu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, uşağın illik dərs xərcləri 1680 manat edir ki, bu da 1 ay üçün 140 manat edir. Göründüyü kimi uşağın aylıq xərcləri artmış vəziyyətdədir. Təkcə dərsləri 140 manat təşkil edir, belə olan halda hazırda alimentin məbləği az olması uşağa baxmaq üçün kifayət etmir. Ən azından hesab edir ki, aliment məbləği mövcud praktika üzrə yaşayış minimumunun 0,62 mislinə qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq aliment məbləğinin mövcud prtakikaya uyğunlaşdırılaraq yaşayış minimumunun 0,62 misli təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 29 dekabr 2016-cı il tarixdə nikah bağlanmış, xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Belə ki, Cavabdeh ilə nikahlarını 29 dekabr 2016-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət” X4 rəsmiləşdirməklə, ailə qurmuşlar. Birgə nikahdan 24 aprel 2018-ci il tarixdə Uğur və 22 iyun 2021-ci il tarixdə Asya adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqları ilk dövrlərdə münasibətləri normal olsa da sonradan münasibəti dəyişmişdir. Belə ki, davamlı olaraq dava-dalaş salmış, yersiz qısqanclıq etmiş, nahaqdan şər böhtan atmış, dəfələrlə döymüşdür. Onun davranışları psixoloji vəziyyəti heç də ailə içində çəkiləsi kimi deyil. Çox aqressiv və mübahisəyə meyilli olmaqla yanaşı ailə dəyərlərinə qiymət vermək, ailəsinə xoş və diqqətcil davranmır. Evdə aralarında davamlı olaraq yersiz dava-dalaş saldığı üçün o, bu əziyyətdən canını qurtarmaq üçün azyaşlı övladlarını da götürüb atası evinə gəlmişdir. Bu zaman nəinki ona məxsus əşyalarını, nişan cehiz əmlakını, heç uşaqların və özünün paltarlarını belə götürə bilməmişdir. Hələ də cavabdeh onu təhdid edir, həmin əşyaları və birgə nikah dövründə əldə etdikləri əmlakları ona verməyəcəyini bildirir. Övladlarının olduğuna görə keçən müddət ərzində bu diqqətsizliyə, soyuq, kobud rəftara və təhqirə, təzyiqə dözmüşdür. Lakin dözümlülük göstərdikcə cavabdehin rəftarı və münasibəti dəyişməmiş əksinə daha da kəskinləşmişdir. Bu səbəblə nikahın pozulması barədə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında 29 dekabr 2016- cı il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X4 bağlanmış 5141 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 24 aprel 2018-ci il təvəllüdlü X10 və 22 iyun 2021-ci il təvəllüdlü X9 anaları X3 yanında saxlanılması, 24 aprel 2018-ci il təvəllüdlü X10 və 22 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, həmçinin 22 iyun 2021-ci il təvəllüdlü X2 3 (üç) yaşınadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment tutularaq X5 verilməsi qərar alınmışdır. Nəzərə çatdırmaq istəyir ki, təyin edilmiş hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, həmçinin 22 iyun 2021-ci il təvəllüdlü X2 3 (üç) yaşınadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment indiki dövrə görə çox azdır. Günü gündən uşağın tələbatı, xərcləri artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Göründüyü kimi bu il əvvəlki illərə nisbətən qiymətlərdə artım müşahidə olunmuşdur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

Tərəflərin izahatları:

4. İddiaçı vəkili və nümayəndəsi Vəkil Fərzəli oğlu elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclası ilə əlaqədar, məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə baxış iclasında iştirak edə bilməsi üçün iclasın təxirə salınmasını xahiş etmişdir.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil Fərzəli oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi.

6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Şəki Rayon Məhkəməsinin e-2(075)-2190/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında 29 dekabr 2016-cı il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X4 bağlanmış 5141 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 24 aprel 2018-ci il təvəllüdlü X6 və 22 iyun 2021-ci il təvəllüdlü X2 anaları X3 yanında qalmaları, 24 aprel 2018-ci il təvəllüdlü X6 və 22 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, həmçinin 22 iyun 2021-ci il təvəllüdlü X2 3 (üç) yaşınadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment tutularaq X5 verilməsi, alimentin tutulmasının 15 sentyabr 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınaraq iddiaçı X5 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 58,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 27 noyabr 2024-cü il tarixli, MŞB/8/2024-02666 saylı arayışdan görünür ki, Cavabdeh 27 noyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.

11. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 01 dekabr 20200-ci il tarixdən dekorçu vəzifəsində çalışır.

12. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 02 iyun 2025-ci il tarixli məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçdiyi xx.xx.2017ci il tarixdən xx.xx.2025-ci il tarixədək iqtisadi göstəricisinin olmadığı müəyyən edilmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin rəsmi nikahından 24 aprel 2018ci il təvəllüdlü X10 və 22 iyun 2021-ci il təvəllüdlü X9 doğulmuşlar. Şəki Rayon Məhkəməsinin e-2(075)-2190/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında 29 dekabr 2016-cı il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X4 bağlanmış 5141 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 24 aprel 2018-ci il təvəllüdlü X6 və 22 iyun 2021-ci il təvəllüdlü X2 anaları X3 yanında qalmaları, 24 aprel 2018-ci il təvəllüdlü X6 və 22 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, həmçinin 22 iyun 2021-ci il təvəllüdlü X2 3 (üç) yaşınadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment tutularaq X5 verilməsi, alimentin tutulmasının 15 sentyabr 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh alınaraq iddiaçı X5 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 58,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda ana 24 aprel 2018-ci il təvəllüdlü X6 və 22 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləğinin mövcud prtakikaya uyğunlaşdırılaraq yaşayış minimumunun 0,62 misli təyin edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı:

8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir”.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

17. Belə ki, iddiaçı 24 aprel 2018-ci il təvəllüdlü X6 və 22 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləğinin mövcud prtakikaya uyğunlaşdırılaraq yaşayış minimumunun 0,62 misli təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırki halda iddiaçı aliment məbləğinin dəyişdirilməsinin əsası kimi cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını deyil, yaşayış minimumunun artmasını qoymuşdur. Yuxarıda qeyd edilən Plenum Qərarına əsasən Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Odur ki, hazırki halda iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

20. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 56,60 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən azdır. İddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar