Məhkəmə qərarları › İş №e-2(007)-186/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-186/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-186/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 qızının vərəsələri Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 1384.95 manat borcun, ödənilmiş 42 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Nəcəf qızı "xxxx" ASC-nin Binəqədi filialı ilə bağladığı BPM**********84 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 27 faizlə 30 ay müddətinə 2200 (iki min iki yüz manat) manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X4 qızı xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 15 saylı xüsusi notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 qızının miras əmlakına dair onun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan əri Cavabdeh2, Abşeron rayonu, Digah qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 qanuni vərəsə kimi tanınmışlar. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X4 qızının Banka ödənilməmiş qalan 1384.95 manat əsas borcu və 0 manat fazi borcu hesablanmaqla cəmi 1384.95 manat borcu vardır. Cavabdehlər qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini, oğlunun azyaşlı olduğunu, heç yerdə işləmədiyini bildirmişdir. Bank ondan vaxtında qeyd olunan borcu istəsəydi o, başqa bankdan öz adına kredit götürməzdi. Krediti əməliyyat üçün götürüb ürəyindən əməliyyat olunub. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evini əmlakın qiymətləndirməyə getməmişdən əvvəl yəni məhkəmədə iddia qaldırılmamışdan əvvəl satdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bunu məhkəmədən bilərəkdən gizlətməyib sadəcə bildirməyin zəruri olduğunu bilməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Cavabdeh1 yetkinlik yaşına çatmayan şəxs olduğundan onun qanuni nümayəndəsi Cavabdeh2 məhkəmədə onu təmsil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 30 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 manat kredit verilmişdir. X4 qızı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 17-dən gec olmayaraq hər ay 101.7 manat, sonuncu ay 99.1 manat ödəniş etməlidir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən banka 1384.95 manat əsas borcu vardır. - xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin kassa məxaric orderindən görünür ki, X4 qızı 2200 manat məbləğində pulu "xxxx" ASC-dən təhvil almışdır. - 19 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Binəqədi filialı ilə X4 qızı arasında bağlanmış BPM**********84 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X4 qızına illik 27 faizlə 30 ay müddətinə 2200 (iki min iki yüz manat) kredit verilmişdir. 089728 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 qızı xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 590 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, əri Cavabdeh2 və azyaşlı oğlu Heydərli X1 Aytəkin qızının vərəsəsi kimi tanınmışdır. Yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəflərindən ödənilməmişdir. Bankın məsul əməkdaşlarının onlara borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq, üzərilərinə öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Yuxarıda adı çəkilən BPM**********84 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviİəsinə əsasən X4 qızının vərəsəsi Cavabdeh2 əsas borc üzrə 1384.95 manat borcu mövcuddur.Öhdəliyi 5 gün ərzində yerinə yetirməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. - AZ-İİ seriyalı, 089728 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 qızı 14 may 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisinin 10 may 2022-ci il tarixli, 590 nömrəli məktubundan görünür ki, X4 qızının vərəsələri əri Cavabdeh2 və azyaşlı oğlu Cavabdeh1dur. - 15 saylı Xüsusi Notariat Ofisində təsdiq edilmiş 17 noyabr 2020-ci il tarixli “ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 qızının vərəsəsi əri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və o, nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə pay almalıdır. Miras əmlak X4 qızına verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. - 15 saylı Xüsusi Notariat Ofisində təsdiq edilmiş 17 noyabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 qızının vərəsəsi əri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan 3/8 hissədə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Miras əmlak X4 qızına verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. - Məhkəmənin qərardadına əsasən “X3 Mərkəzi” MMC tərəfindən iş üzrə miras əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir, verilmiş 30 yanvar 2023-cü il tarixli 007- 001/2023 nömrəli hesabat aktından görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin hazırki dövrə bazar qiyməti 52.590 manat, likvid dəyəri isə 48.380 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 qızı arasında xx.xx.2019-cu il tarixli, BPM**********84 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. "xxxx" ASC tərəfindən X4 qızına 30 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 manat kredit verilmişdir. X4 qızı qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etmədən vəfat etmişdir. X4 qızının əri Cavabdeh2 və oğlu Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələri olduqlarından iddiaçı kredit müqaviləsi üzrə qalan borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, "xxxx" ASC ilə X4 qızı arasında qanunla müəyyən olunan qaydada Kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği müqavilə üzrə X2 Nəcəf qızına versə də sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. Cavabdeh2 və Cavabdeh1 borcalanın qanun üzrə vərəsələri olduqlarından borcalanın miras əmlakı ilə birlikdə borclunun öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4 qızı arasında xx.xx.2019-cu il 30 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 manat kredit verilmişdir. Lakin, borcalan müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. X4 qızının əri Cavabdeh2 və oğlu Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələri olduqlarından borcalanın banka olan borcunu ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Həmçinin qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borclulardan müştərək qaydada 1384.95 manat məbləğində əsas borcun tutlması xahiş edilir. 17 noyabr 2020-ci il tarixli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 qızının vərəsəsi əri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və o, nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə pay almalıdır. Miras əmlak X4 qızına verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. 17 noyabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 qızının vərəsəsi əri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan 3/8 hissədə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Miras əmlak X4 qızına verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. X3 Mərkəzi” MMC tərəfindən iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmişdir, verilmiş 30 yanvar 2023-cü il tarixli 007-001/2023 nömrəli hesabat aktından görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin hazırkı dövrə bazar qiyməti 52.590 manat, likvid dəyəri isə 48.380 manat təşkil edir. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərin qəbul etdikləri miras əmlakın dəyərini müəyyən etmək məqsədi ilə qiymətləndirmə təyin edərkən Cavabdeh2 miras əmlakın qiymətləndirilməsinə etiraz etməmişdir. Lakin məhkəmənin 17 mart 2023-cü il tarixli iclasında Cavabdeh2 bildirmişdir ki, miras əmlak olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65 kv.m olan fərdi yaşayış evi məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə e-2(007)-186/2023 nömrəli mülki iş “X3 Mərkəzi” MMC-yə göndərilməmişdən əvvəl yəni məhkəməyə iddia qaldırılmamışdan əvvəl satılmışdır. Cavabdeh bu halı məhkəmədən saxlamış və məhkəmə bundan məlumatsız olduğundan mülki işi qiymətləndirməyə göndərmişdir. Lakin, məhkəmə miras əmlakın cavabdeh tərəfindən satılmasına baxmayaraq belə qənaətə gəlir ki, cavabdehlər miras əmlakı qəbul etmişlər daha sonra cavabdehin miras əmlakı satması onları miras qoyanın kredit borcunu ödəməkdən azad etmir. Həmçinin “X3 Mərkəzi” MMC-nin qiymətləndirmə hesabatından da görünür ki, bazar qiyməti 52.590 manat, likvid dəyəri isə 48.380 manat təşkil edir. 17 noyabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 qızının vərəsəsi əri Cavabdeh2 miras əmlakdan 3/8 hissədə və oğlu Cavabdeh1 miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Cavabdehlərdən müştərək qaydada tutulmalı olan kredit borc isə 1384,95 manat təşkil edir. Beləliklə, X4 qızından qalmış miras əmlakın dəyəri açıq-aşkar iddia tələbindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) müştərək qaydada 1384.95 manat borc, ödənilmiş dövlət rüsumu 42 manat və xidmət haqqı 0.40 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) müştərək qaydada tutularaq VÖEN: **********, Hesablaşma Hesabi: AZ75PAHA40060MANATHC**********, Bank: Paşa Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, Kod: 505141; SWİFT BİK PAHAAZ22 “X3 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) müştərək qaydada 1384.95 manat borc, ödənilmiş dövlət rüsumu 42 manat və xidmət haqqı 0.40 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 250 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) müştərək qaydada tutularaq VÖEN: **********, Hesablaşma Hesabi: AZ75PAHA40060MANATHC**********, Bank: Paşa Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, Kod: 505141; SWİFT BİK PAHAAZ22 “X3 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar