Məhkəmə qərarları › İş №e-2(007)-1868/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1868/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1868/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan anadan olmuş övladları 19 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, bu artırmanın və əlavə alimentin ödənilməsinin məhkəməyə müraciət edildiyi gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 noyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 19 dekabr 2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə barışmaq, gələcək birgə ailə həyatlarının və ailənin qorunub saxlanılması mümkün olmadığına görə o, iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 19 dekabr 2018-ci il təvəllüdlü X3 onun yanında qalması, uşağın saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması və X3 üç yaşına çatanadək saxlanılması üçün cavabdehdən əlavə 60 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən onlara barışmaları üçün 3 ay vaxt müəyyən edilsə də, həmin müddət ərzində də barışıq əldə olunmamışdır. Bunun nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 26 noyabr 2017-ci il tarixli 5 saylı Bakı "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 3936 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 19 dekabr 2018-ci il təvəllüdlü X3 onun yanımda qalması müəyyən edilmişdir. Həmçinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3768/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 19 dekabr 2018-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pulməbləğində alimentin tutularaq ona ödənilməsi və X4 üç yaşına çatanadək Cavabdeh əlavə olaraq hər ay 60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin müəyyən edilən bu aliment hazırki şəraitdə övladının saxlanması üçün olan ehtiyacı ödəməyə kifayət etmir. Övladı təhsil aldığı üçün onun əlavə xərcləri yaranır və bu xərcləri hazırda müəyyənləşmiş aliment məbləği ilə ödəmək mümkün olmur. Bundan başqa qeyd etdiyi aliment məbləğinin təyin edilməsindən artıq çox uzun müddət keçmişdir. Bu zaman müddətində isə bir çox məhsulların qiymətində bahalaşmalar olmuşdur. Bu da hazırda uşağın müəyyənləşmiş alimentlə saxlanmasında çətinlik yaradır. Həmçinin, cavabdeh övladlarının saxlanması üçün əlavə heç bir yardım göstərmir. Hətta qanuni olaraq müəyyənləşdirilmiş aliment məbləğini belə ödəmir. Buna görə də hazırda aliment məbləğinin artırılmasına ehtiyac yaranmışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay hər uşaq üçün 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron kabinet vasitəsilə ərizə vuraraq himayəsində azyaşlı övladı olduğu və onun tələbatlarını təkbaşına ödədiyi üçün təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, işləmir, gəliri yoxdur, ailəsi maddi cəhətdən kömək edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh bu günə kimi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Aliment ödənilmədikcə yığılır, hazırda alimentin artırılmış formada yığılmasını istəyir. Aliment borcunun tələb ediilməsi ilə bağlı işinə baxılır, lakin ortada hələ heç nə yoxdur. Cavabdeh öz həyatını qurub ailəsi ilə yaşayır. Bildiyi qədər cavabdehin gəliri vardır, lakin rəsmi iş yeri yoxdur.. Cavabdehin vəsiqəsinin müddəti bitmişdir və o, onu şikayət etdiyi üçün pasportunu düzəldə bilmir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 19 dekabr 2018-ci il təvəllüdlü X4 adlı övladı anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, e-2(001)- 3768/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması və 19 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 13 saylı Mediasiya Təşkilatının MŞB/13/2024-00277 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni məhkəməyə müraciət edildiyi gündən hesablanılmaqla hər ay 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək, Cavabdeh 19 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.20221-ci il tarixli, 2(001)- 3768/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 19 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalı olduğundan iddia tələbi “məhkəməyə müraciət edildiyi gündən cavabdehdən 235 manat məbləğində alimentin tutulması” hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 19 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.20221ci il tarixli, 2(001)-3768/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 19 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar