Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1892/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 809,07 AZN kredit üzrə əsas məbləğ borcunun, 3,03 AZN əsas məbləğə hesablanmış faiz olmaqla, cəmi 812,10 AZN məbləğində borcun, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 30AZN dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması (ödənilməsi) barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.04.2021-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Eyni zamanda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər bir biri ilə əlaqəli olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair 2(007)-1892/2021 saylı mülki iş, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair 2(007)- 1896/2021 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(007)-1892/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1892/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver