Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1908/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, onunla "xxxx" MMC-nin, sifarişi qəbul edən şəxs qismində iştirak edən direktoru Aydın Ələsgərov arasında 26 iyun 2023cü il tarixdə aşağıdakı şərtlərlə müqavilə bağlanaraq razılığa gəlinmişdir: Sifariş olunan malın növü, çeşidi, tərkibi, rəngi və digər əlamətləri Qoşmalarda (mətbəx, dəhliz, qonaq otağı, böyük yataq otağı, uşaq yataq otağı, camaşırxana, eyvan, hamam otağı mebelləri və 2 ədəd qapı) qeyd olunan qaydada razılaşdırılıb. Sifariş olunan malın qiyməti Qoşmalarda qeyd olunanlara əsasən 40.000 (qırx min) manat müəyyənləşdirilib. Sifarişin təhvil-təslim şərtlərinə görə tərəflər qarşılıqlı razılaşmadan sonra sifarişi qəbul edən 17 sentyabr 2023-cü il tarixdən gec olmayaraq malı müştəriyə təhvil verməyi öhdəsinə götürür. Ödənişin şərtlərinə görə müştəri sifariş olunan malın dəyərinin 50%-ni, yəni 20.000 (iyirmi min) manat məbləğində ilkin ödəniş edir, qeyd edilən müddət ərzində sifariş olan malın dəyərinin 25%-ni, yəni 10.000 (on min) manat məbləğini əlavə ödəniş edir, sifariş müştəriyə tam təhvil verildikdən sonra təhvil-təslimin aparıldığı tarixdə müştəri sifariş olunan malın dəyərinin 10.000 (on min) manat məbləğində hissənin ödəməyi öhdəsinə götürür. Onun tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 5960 (beş min doqquz yüz altmış) manat, xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2023-cü il tarixdə 14000 (on dörd min) manat olmaqla toplam 22960 (iyirmi iki min doqquz yüz altmış) manat məbləğində vəsait ödənilmişdir. Qarşı tərəf müqavilədə qeyd edilən tarixdə mebellərin ilkin dəstini yaşadığı mənzilə gətirərək quraşdırmaq istədikdə gətirilən mebel hissələrinin köhnə olduğu və müqavilədə göstərilən malın (mebellərin) çeşidinə, materialına və modelinə tamamilə uyğun olmadığını gördükdə öz etirazını bildirərək müqavilədə nəzərdə tutulmuş yeni mebellərin uyğun keyfiyyətdə, materialda və modeldə gətirilməsini və ya ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Lakin bu günədək qarşı tərəf müqavilənin şərtinə uyğun mebeli təhvil verməmiş və ya ödədiyi məbləği geri qaytarmamışdır. "xxxx" MMC ilə sifarişi qəbul edən şəxs qismində iştirak edən direktoru Aydın Ələsgərovla onun arasında bağlanmış müvafiq müqavilənin şərtləri qarşı tərəfdən tamamilə pozulmuşdur. Belə ki, mənzil üçün mebellərin hazırlanaraq gətirilib quraşdırılması ilə bağlı 40000 (qirx min) manatlıq dəyəri olan müqavilənin 22960 (iyirmi iki min doqquz yüz altmış) manat məbləğini öncədən ödəməyinə baxmayaraq cavabdeh tərəf satılan əşyaların (mebellər) ilk dəstini mənzildə quraşdırılmaq üçün gətirdikdə mebellərin köhnə olduğu, yəni müqavilədə nəzərdə tutulan çeşidə və keyfiyyətə uyğun olmadığı müəyən edilmişdir. Belə olan halda o, cavabdeh tərəfə müqavilənin şərtlərinə əməl edərək uyğun çeşiddə və keyfiyyətdə mebellərin quraşdırılmasını və ya ödənilən vəsaitin geri qaytarılmasını tələb etmişdir. Lakin indiyə qədər cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olan keyfiyyətdə mebelləri onun mənzilinə gətirərək quraşdırmamış və ya tərəfindən ödənilən vəsaiti geri qaytarmamışdır. Bununla bağlı Polisə şikayət etdikdən sonra məbləğin müəyyən hissəsini qaytarmışdır və 4500 manat məbləğində pul vəsaitini isə verməmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC ilə sifarişi qəbul edən şəxs qismində iştirak edən direktoru Aydın Ələsgərovla onun arasında bağlanmış müvafiq müqavilənin şərtlərini pozduğu üçün "xxxx" MMC-nin direktoru X2 tərəfindən ona 4500 (dörd min beş yüz) manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, iş materiallarından da görünür ki, iddia tam əsaslıdır. Müqavilə üzrə 40.000 manat ödəniş edilməklə, malların alınması razılaşdırılmış, tərəflərindən 21.000 manat ödənilməklə malların bir qismi alınmışdır. Lakin təqdim edilən mallar istənilən keyfiyyətdə olmadığından hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verilmişdir. Onların tərəfindən ödənilən 21.000 manatın 16.500 manat hissəsi cavabdeh tərəfindən qaytarılsa da, yerdə qalan 4500 manat hələ də geri qaytarılmamışdır. İş materiallarında onların tərəfindən 21.000 manat pulun cavabdehin bank hesabına köçürülməsini təsdiq edən qəbzlər mövcuddur. Cavabdeh tərəfindən onlara 16.500 manat ödənilməsini isə iddiaçı özü etiraf edir. Sadəcə qalan 4500 manat pul vəsaiti ödənilmədiyindən, həmin məbləği tələb edirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə məxsus kabinetə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş yerləşdirilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sifarişi qəbul edən şəxs- Cavabdeh MMC ilə müştəri- İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F010/23 nömrəli “Fiziki şəxslərlə alqı-satqı müqaviləsi”nin surətindən və müqaviləyə əlavə edilmiş Qoşmalardan görünür ki, Sifariş olunan malın növü, çeşidi, tərkibi, rəngi və digər əlamətləri Qoşmalarda (mətbəx, dəhliz, qonaq otağı, böyük yataq otağı, uşaq yataq otağı, camaşırxana, eyvan, hamam otağı mebelləri və 2 ədəd qapı) qeyd olunan qaydada razılaşdırılıb. Sifariş olunan malın qiyməti Qoşmalarda qeyd olunanlara əsasən 40.000 (qırx min) manat müəyyənləşdirilib. Sifarişin təhvil-təslim şərtlərinə görə tərəflər qarşılıqlı razılaşmadan sonra sifarişi qəbul edən 17 sentyabr 2023cü il tarixdən gec olmayaraq malı müştəriyə təhvil verməyi öhdəsinə götürür. Ödənişin şərtlərinə görə müştəri sifariş olunan malın dəyərinin 50%-ni, yəni 20.000 (iyirmi min) manat məbləğində ilkin ödəniş edir, qeyd edilən müddət ərzində sifariş olan malın dəyərinin 25%-ni, yəni 10.000 (on min) manat məbləğini əlavə ödəniş edir, sifariş müştəriyə tam təhvil verildikdən sonra təhvil-təslimin aparıldığı tarixdə müştəri sifariş olunan malın dəyərinin 10.000 (on min) manat məbləğində hissənin ödəməyi öhdəsinə götürür. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 22 nömrəli çekdən görünür ki, həmin tarixdə 4000 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21 nömrəli çekdən görünür ki, həmin tarixdə 10000 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 19 nömrəli çekdən görünür ki, həmin tarixdə 3000 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çekdən görünür ki, həmin tarixdə 1500 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çekdən görünür ki, həmin tarixdə 1480 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 17 nömrəli çekdən görünür ki, həmin tarixdə 1500 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18 nömrəli çekdən görünür ki, həmin tarixdə 1480 manat məbləğində MMC-yə ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 65 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarında Cavabdeh MMCnin (VÖEN: **********) fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir. Əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixli uçot məlumatlarında hüquqi şəxsin faktiki ünvanı barədə məlumat müəyyən edilməmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sifarişi qəbul edən şəxs- Cavabdeh MMC ilə müştəri- İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F010/23 nömrəli “Fiziki şəxslərlə alqı-satqı müqaviləsi”nə əsasən, Sifariş olunan malın növü, çeşidi, tərkibi, rəngi və digər əlamətləri Qoşmalarda (mətbəx, dəhliz, qonaq otağı, böyük yataq otağı, uşaq yataq otağı, camaşırxana, eyvan, hamam otağı mebelləri və 2 ədəd qapı) qeyd olunan qaydada razılaşdırılıb. Sifariş olunan malın qiyməti Qoşmalarda qeyd olunanlara əsasən 40.000 (qırx min) manat müəyyənləşdirilib. Sifarişin təhvil-təslim şərtlərinə görə tərəflər qarşılıqlı razılaşmadan sonra sifarişi qəbul edən 17 sentyabr 2023cü il tarixdən gec olmayaraq malı müştəriyə təhvil verməyi öhdəsinə götürür. Ödənişin şərtlərinə görə müştəri sifariş olunan malın dəyərinin 50%-ni, yəni 20.000 (iyirmi min) manat məbləğində ilkin ödəniş edir, qeyd edilən müddət ərzində sifariş olan malın dəyərinin 25%-ni, yəni 10.000 (on min) manat məbləğini əlavə ödəniş edir, sifariş müştəriyə tam təhvil verildikdən sonra təhvil-təslimin aparıldığı tarixdə müştəri sifariş olunan malın dəyərinin 10.000 (on min) manat məbləğində hissənin ödəməyi öhdəsinə götürür. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 22960 manat məbləğində vəsait ödənilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və iddiaçı müvafiq olaraq ödədiyi pul vəsaitinin ona geri qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən ödənilmiş məbləğ qismən qaytarılsa da, 4500 manat pul vəsaiti geri qaytarılmamışdır. Hazırda iddiaçı, həmin pul vəsaitini geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2-ci maddəsinə görə əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 447.1-ci maddəyə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 579.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 580.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.3-ci maddəsinə görə alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.3-cü maddəsinə görə əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. İşdə olan sübutlarla təsdiq olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, hazırkı cavabdeh müqavilədə göstərilən malın (mebellərin) çeşidinə, materialına və modelinə tamamilə uyğun olmasına cavabdehlik daşıdığı halda, müqavilənin qeyd olunan şərtini pozmuş və iddiaçı isə buna etirazını bildirərək müqavilədə nəzərdə tutulmuş yeni mebellərin uyğun keyfiyyətdə, materialda və modeldə gətirilməsini və ya ödədiyi məbləğin Mülki Məcəllənin 580-ci maddəsinin tələbinə əsasən geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini, o cümlədən MM-in 581-ci maddəsinin tələbini pozmaqla həm müəyyən olunmuş keyfiyyətdə və nümunəyə uyğun əşya verməmiş, həm də pul məbləğini tam şəkildə geri qaytarmamışdır. Bu yerdə məhkəmə nəzərə alır ki, iddiaçı tərəf məhkəmə iclasında ödənilmiş pul vəsaitinin bir qisminin müvafiq orqanlara şikayətlərindən sonra geri qaytarıldığını, sadəcə 4500 manat qalıq pul vəsaitinin geri qaytarılmadığını səmimi etiraf etdiyini bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4500 (dörd min beş yüz) manat pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən ödənilmiş 65 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4500 (dörd min beş yüz) manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1908/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1908/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver