Məhkəmə qərarları › İş №e-2(007)-1929/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1929/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1929/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərCavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada delikt nəticəsində dəymiş ziyana görə 84488 manat, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 345 manat tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, Cavabdeh1 ASC-nin mülkiyyətində olan “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, BB464796 nömrəli, xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən bacım Sərdarlı (hazırda soyadı Bayramlı) Günel Arif qızının mülkiyyətində olan və həmin vaxt etibarnamə ilə idarə etdiyi, 2021-ci il buraxılışlı BMW320 E PLUG-İN Hibrid minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili istismara yararsız hala salmaqla külli məbləğdə ziyan vurub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsindən Vəkil Bürosunun sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-43410/2024 nömrəli məktubda və məktuba əlavə edilmiş BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatına əsasən 2012-ci il buraxılışlı “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə verilmiş BB104855 nömrəli Şəhdaətnaməyə əsasən Cavabdeh1 ASCnin mülkiyyətindədir. Cavabdeh2 idarə etdiyi “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi Bakı şəhəri, Nərimanov rayon DYPŞ-nin polis kapitanı X1 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadənin xx.xx.2024-cü il tarixli “Əməldə cinayət işi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, həmçinin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-cimaddəsi ilə inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(005)- 139/2024 nömrəli qərarı ilə öz təsdiqini tapıb. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(005)-139/2024 nömrəli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılıb. Həmin qərardan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)- 339/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-139/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılıb. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının qərarında göstərilir ki, araşdırma zamanı xx.xx.2022-ci il tarixdə izahatı alınmış Cavabdeh2 göstərib ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi“Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Atatürk prospekti ilə hərəkət edib F.X.Xoyski küçəsi ilə olan yeraltı nəqliyyat qovşağına, yəni tunelə düşüb Gənclik Mall Ticarət Mərkəzinə doğru F.X.Xoyski küçəsi istiqaməti ilə yolun soldan ikinci zolağı ilə saatda 60 km sürətlə hərəkət edib, sol zolağı keçib onunla eyni istiqamətdə irəlidə hərəkət edən avtomobillərlə toqquşmamaq üçün qoşa xəttin üzərinə hərəkət edib ehtiyyatsızlıqdan əks hərəkət zolağında hərəkətdə olan “BMW” markalı avtomobillə toqquşub. Həmin qərarda daha sonra göstərilir ki, vətəndaş İddiaçı1 izahatında bildirib ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində etibarnamə ilə idarə etdiyi “BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov metrosu istiqamətində F.X.Xoyski küçəsi boyunca, N.B.Yusifbəyli küçəsi ilə kəsişməyə doğru soldan birinci zolaqla Gənclik Mall Ticarət Mərkəzinin qarşısı ilə saatda 40 km sürətlə hərəkətdə olarkən, qarşıdan gələn “KİA” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq onun hərəkət istiqamətinə çıxıb avtomobilin ön sol fara, qabaq bufer və qanad hissəsi ilə toqquşub. Avtomobildə sağ oturacaqda əyləşən X6 xəsarət alıb. Hadisə nəticəsində idarə etdiyi avtomobilə külli miqdarda ziyan dəyib, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rzazadə tərəfindən təyin edilmiş “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası” üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/3617 nömrəli Ekspert Rəyində göstərilir: 1.Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1ici hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısınıalmağa texniki imkanı olmuşdur; 2. Təhqiqat tərəfindən göstərilən şəraitdə “BMW- 320” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar BMW- 320 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı "xxxx" MMM-nın Texniki Xidmət Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 356 nömrəli Qüsür Aktı ilə müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyanın ümumiməbləği 84488 manat təşkil edir. İş üzrə Cavabdeh2 ilə avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı razılaşma yolu ilə məsələni həlletməyə çalışsalar da, o, ilkin olaraq əldə edilmiş razılaşmadan sonradan boyun qaçırmış və daha sonra isə ümumiyyətlə onlarla əlaqəyə çıxmayıb. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün ixtisaslı hüquqi yardım göstərilməsi məqsədi ilə vəkillik qurumu ilə müqavilə bağlanılmış və xx.xx.2024-cü il tarixdə Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat ödənilib. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti hadisə zamanı idarə etdiyi avtomobilin mülkiyyətçisi olsa belə, vurulmuş zərər, törədilmiş inzibati xəta və deliktlə yaxından uzaqdan əlaqəsi yoxdur. Bundan əlavə, iddiaçı qismində İddiaçı1 göstərilsə də, avtomobil ona aid deyil və iddiaçı olaraq onun adının qeyd edilməsi də iddianın formasına riayət edilməməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə qeyd etməyi zəruri məsələ var: Belə ki, ilk olaraq onu qeyd edir ki, zərər vurulmuş avtomobilin hadisədən dərhal sonrakı fotoşəkillərindən (təqdim ediləcək) açıq aydın görünür ki “BMW-320 EA PLUG-İN Hibrid” minik markalı avtomobilə yalnız ön sağ dioqanal hissədən zərər dəyib. Hətta avtomobilin sağ hissəsində fənər işıqları daxil heç bir hissəsi zərər görməyibr. Həmin avtomobillərin hadisə vaxtı və ondan sonrakı bazar dəyəri 65-70 min manatdır. İddiaçının avtomobilinin ban nömrəsi ilə axtarış edəndə görünür ki, 2021-ci il istehsal tarixli həmin avtomobil 60000 manat qiymətə satışda olub. İMPROTEX şirkətinin verdiyi absurd qüsur aktına əsasən isə guya avtomobilə öz dəyərindən də 20000 manatdan çox zərər dəyib. Təbii ki, 65-70 min manatlıq avtomobilə 84488 manat zərər dəyməsi məntiqsiz və absurddur. Belə ki, “BMW” markalı avtomobilin iştirakı ilə törədilən yol-nəqliyyat hadisələrində avtomobilə fantastik qüsur aktları təqdim edən İMPROTEX şirkəti yenə də məntiqə sığmayan rəqəmlər təqdim edib. Məsələn, qüsur aktındakı sadə bir detaldan nümunə çəkir: avtomobil bazarında sol və sağ fənərlərin orginal cütünün birlikdə satışı 1500-1900 manat arası olduğu halda, iddiaçının təqdim etdiyi hazırkı qüsur aktına əsasən isə təkcə bir ədəd sol fənəri 4650 manat göstərilib. Bu isə qüsur aktında təkcə bir detal üzrə bazar dəyərindən 3-4 dəfə çox baha qiymətin göstərilməsi deməkdir və həddindən artıq fantastik qaydada şişirdilmiş məbləğdir. Həmçinin qüsur aktında 190 detala zərər dəydiyi göstərilib. Bu isə onu deməyə əsas verir ki, avtomobilin hansısa xırda detalına da cızıq düşübsə belə qüsur aktında həmin detalın yenisinin alınmalı olduğu və həmin detalların da avtomobillərin ehtiyat hissələri bazarında bazar dəyəri ilə ümumiyyətlə əlaqəsi olmayan 3-4 qat baha məbləğləri qeyd edilib. Halbuki, avtomobillərdə təmir edilməli detalların və hissələrin təmir xərcləri hesablanmalı, tam yararsız hala düşmüş hissə varsa onun da avtomobillərin ehtiyat hissələri bazarındaki real dəyəri hesablanmalı idi. Fantastik məbləğdə şişirdilmiş sözügedən qüsur aktı, iddiaçının ərizəsində göstərdiyi hallar və digər məsələlərlə bağlı daha ətraflı vəsatətləri və ərizələri olacaq. Sadəcə həmin məbləğə ümumi şəkildə ilkin etirazını bildirərək sadə misallarla məhkəmənin diqqətinə çatdırmağa çalışıb. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsinə əsasən İddiaçı1 iddiaçılar siyahısından çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə araşdırmasının uzanmaması üçün ekspert rəyi ilə razılaşırlar. “Daxili Lizinq” müqaviləsinin məzmunundan asılı olmayaraq, qanuna əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülkiyyətçi məsuliyyət daşıyır. Mülkiyyətçi isə ondan asılı olmayan səbəblərə görə avtomobilin onun mülkiyyətindən çıxdığını sübut etdiyi təqdirdə o, məsuliyyətdən azad edilə bilər. Hazırda isə belə bir hal yoxdur. Hesab edir ki, Cavabdeh1 ASC hazırkı iddia üzrə cavabdehlik daşıyır. Qanunvericiliyə əsasən cavabdeh məhkəmə bildirişini göndərildiyi vaxtdan 20 gün müddətində etiraz və tələblərini məhkəməyə göndərə bilər. 5000 manat sığorta ödənişi edilib. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə səsləndirdiyi fikirləri ilə razıdır. Daxili lizinq müqaviləsində məsuliyətin kim tərəfindən daşınması göstərilib, üstəlik yol-nəqliyyat hadisəsi zamanı təqsirli bilinən şəxs məlumdur. Ekpert rəyinə aid olan hissədə iddianı qəbul edir. Lakin işə aidiyyəti məhkəmədə baxılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, məhkəməyə anoloji iş üzrə qətnamə və daxili lizinq müqaviləsi təqdim edilib. Lizinq müqaviləsinin 1.1-ci bənində əsasən lizinq obyekti lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən üçüncü şəxslərə vurulan ziyana görə lizinq verən məsuliyət daşımır. Avtomobil üzrə ancaq sərəncam vermək hüququ cəmiyyətdə olub. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edlib. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-339/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, apellyasiay şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı Cavabdeh2 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı "xxxx" MMM-nin texniki xidmət mərkəzinə, 06 oktyabr 2023-cü il tarixində daxil olmuş İddiaçı1 məxsus BMW 320E A markalı, 77LT824 dövlət nömrə nişanlı, WBA11GK02NFM23798 ban nömrəli avtomaşında hadisə nəticəsində ön hissə zədələnmişdir. Həmin hissələrin dəyişdirilməsinə və təmirinə 84488 (ƏDV daxil) manat pul vəsaiti tələb olunur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2-8/3617 nömrəli ekspert rəyindən görünür ki, “Kia Cerato” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-43410/2024 saylı məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, “Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 QSC-nin mülkiyyətindədir. - Cavabdeh1 QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixinədək qüvvədədir. - “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “BMW“ markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7188 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytlarına və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2021 -ci il buraxılışlı “BMW 320 E Plug-İn Hibrid” markalı (**-LT-*** dövlət nömrə nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 58500 manat müəyyən olunur. Ona görə də, ekspert qeyd edir ki, tədqiq edilən 2021-ci il buraxılışlı “BMW 320 E Plug- İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 58500 manat olmuş 2021-ci il buraxılışlı “BMW 320 E Plug-İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 46800 (58500 - 20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisma edilmir. - Dövlət rüsumu haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı2 Vaqif qızı tərəfindən 345 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, İddiaçı1 tərəfindən hüquqi yardım üçün 4 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən idarə olunan “BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh1 QSC-yə məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Kia Cerato” markalı **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 “Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. “Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 QSC tərəfindən qanuni əsasla, yəni lizinq hüququ ilə X2, həm də etibarnamə ilə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən ididaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzi Mülki Məcəllinin 1108-ci maddəsinə əsasən Cavabdeh1 QSC-dən tutula bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Hermes Finance” QSC-yə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh2 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı2 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən İddiaçı2 mülkiyyətində olan “BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2024-cü il tarixli 9/7188 saylı rəyinə əsasən təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 58500 manat olmuş 2021-ci il buraxılışlı “BMW 320 E Plug-İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 46800 (58500 - 20%) manat müəyyən edilmişdir. İddiaçı2 dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 84488 manat kimi göstərmiş, ekspertiza rəyi ilə isə həmin məbləğ 46800 manat məbləğində müəyyən edilmişdir, həmçinin iddiaçı tərəfin izahatına əsasən ona 5000 manat sığorta ödənişinin edildiyi məlum olmuşdur. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 46800 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edərək, Cavabdeh2 iddiaçının xeyrinə 41800 (46800-5000) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 345 manat dövlət rüsumu (tələbə münasibətdə 344 manat ödənilməsi tələb olunur) və hüquqi yardım göstərilməsi üçün 300 manat haqq ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/7188 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 345 manatın 170,2 manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, qalan 174,8 manatı iddiaçıya aid edilməli, vəkilə ödənilmiş 300 hüquqi xidmət haqqının 151,58 mananatı iddiaçıya, 148,42 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 41800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 174,8 manatı və vəkilə ödənilmiş hüquqi xidmət haqqının 151,58 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 41800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 174,8 manatı və vəkilə ödənilmiş hüquqi xidmət haqqının 151,58 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar