Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1930/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 1 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m olan 3 otaqdan ibarət 118 nömrəli mənzili alıcı Cavabdeh3 təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil verib. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 190000 manat müəyyən edilib və alıcı ilkin olaraq 20000 manat ödəniş edib, 170000 manat borcu qalıb. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 28334 manat olmaqla, 170000 manat məbləği 04 avqust 2021-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Lakin Cavabdeh3 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək Cəmiyyətə ödəməli pulu 1 il 7 ay gecikdirdikdən sonra 10 sentyabr 2022-cil il tarixdə tam olaraq ödəyib. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m olan 3 otaqdan ibarət 118/1 nömrəli mənzili alıcı Cavabdeh1 təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil verib. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 190000 manat müəyyən edilib və alıcı ilkin olaraq 20000 manat ödəniş edib, 170000 manat borcu qalıb. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 28334 manat olmaqla, 170000 manat məbləği 04 avqust 2021-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Lakin Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək Cəmiyyətə ödəməli pulu 1 il 7 ay gecikdirdikdən sonra 10 sentyabr 2022-cil il tarixdə tam olaraq ödəyib. Müqaviləyə əsasən mənzillər qeyd olunan cavabdehlərə satılarkən mənzilin 1 kv.m dəyəri 1086 manat müəyyən edilib. Lakin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirən zaman mənzilin 1 kv.m dəyəri təxminən 1600 manat dəyərində olub. Mənzilin 1 kv.m dəyəri 500 manat qalxdığından və Cəmiyyətə olan borc vaxtında ödənilmədiyindən Cəmiyyətə hər 175 kv.m mənzil üçün ayrılıqda 87500 manat olmaqla, ümumilikdə 175000 manat məbləğində maddi ziyan dəyib. Cəmiyyət mənzili cavabdehlərin pulu tam ödədiyi vaxt satsa idi, ən azından qeyd olunan gəliri əldə edəcəkdir. Buna görə də, həmin məbləğ Cəmiyyətin əlindən çıxıb. Həmçinin, Cavabdeh3 və Cavabdeh1 hər biri tərəfindən 87500 manat məbləğində pul vaxtında ödənilsəydi Cəmiyyət həmin pul vəsaitini yenidən dövriyyəyə buraxaraq gəlir əldə edə bilərdi. Cavabdeh3 və Cavabdeh1 pul məbləğinin ödənilməsini gecikdirib, lakin Cəmiyyət digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz ödəməyə borcludurlar. Cavabdeh3 və Cavabdeh1 hər biri 87500 manat məbləğində pulu 1 il 7 ay sonra ödədiyindən həmin müddət üçün hər birindən (1 il 4375 + 7 ay 2552=6927) 6927 manat məbləğində ziyan tutulmalıdır. Bundan əlavə Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirməmələrini onunla əsaslandırıblar ki, "xxxx" MMC-nin sabiq təsisçisi Cavabdeh2 mənzilin dəyərinin şirkətə vaxtında ödənilməsinə icazə verməyib və mənzilin dəyəri Cavabdeh2 göstərişinə əsasən bazar qiymətindən 60000 manat aşağı qiymətə satılıb. Cavabdeh2 qanuna zidd hərəkətləri və öz səlahiyyətlərindən istifadə etməsi nəticəsində Cəmiyyətə onun tərəfindən 60000 manat məbləğində maddi ziyan dəyib. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faizformasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 izahatı həqiqəti əks etdirmir, guya onun şahid olduğunu bildirir. Onun iştirakı ilə olan söhbət başqadır. O, müqavilələr bağlananda iştirak etməyib, müqavilələrin necə, hansı şərtlərlə bağlandığını bilmir. Müəyyən bir müddətdən sonra o, direktor müavini işləyəndə məlum olub ki, müqavilələr üzrə mənzilin satış qiyməti 190000 manat göstərilib. İki nəfər müqavilə üzrə cəmi 20000 manat pul ödəyib, mənzili təmir edib köçəcəklər, lakin pulu ödəməyiblər. Bununla bağlı rəhbərliyin göstərişi ilə o, Cavabdeh1, Cavabdeh3 və bir nəfər hüquqşünas xanımı dəvət edib, onlara 170000 manat pulu ödəmələrini bildirib. Həmin vaxt Elnur Mustafazadə MTK-nın direktoru idi. Elnur Mustafazadə onun yanında onlara pulu ödəmələrini, daha sonra maliyyə arayışını verəcəyini bildirib. Bundan sonra yenə də Cavabdeh1, Cavabdeh3, hüquqşünas xanım və guya bibiləri olan başqa bir xanımın yanında onlara pulu ödəmələrini və onlara maliyyə arayışı verəcəyini bildirib. Sonradan məlum olub ki, bibi deyilən xanım peşəkar şəkildə bu işlərdə təxribat törədən, istifadə olunan bir qadındır. Adını dəqiq bilmədiyi xanım ona bildirdi ki, 60000 manat ödəsinlər, 60000 manata mülki qaydada iddia qaldırsınlar. Pul ödənəndə o, rayonda olduğundan iştirak etməyib. O, deyib ki, maliyyə arayışı verilməsin, amma cavabdehlərə maliyyə arayışı verilib, düzgün olmayan qaydada iltizam alıblar. Həmin şəxslər müxtəlif dövlət orqanlarına müraciət ediblər. Həmin şəxsləri yenidən dəvət edib, onlara izah edib ki, pulu ödəsinlər. Cavabdeh1 pulu əvvəlcədən hazır etdiyini bildirsə də, ödənişi onların danışıqların sonra 3-4 ay da gecikdirib. Cinayət işi ilə əlaqədar olaraq bildirir ki, Vüqar Mustafayevin əməlində hər hansı bir cinayət tərkibi olmadığı iş materialları ilə təsdiqlənib. Cavabdeh2 şirkətdə 55 faizlə təsisçi idi, hazırda isə o, təsisçi deyil, 1 faiz payı belə yoxdur və ondan sonra da bir gün də şirkətdə olmayıb. Baş verən məsələdə cinayət tərkibi yoxdur, sadəcə etik baxımdan düz deyildi, gərək böyükləri ilə məsləhətləşərdi, Akif Mustafayev və oğlanları barəsində bu formada danışmaq düzgün deyil. X5 idarəsində yazdığı izahatda bildirib ki, “2021-ci ilin sentyabr ayında o, müqaviləni tam bağlayacağına söz verib, hər mənzil üçün 20000 manat olmaqla, cəmi 40000 manat qəbzi yazıb Cavabdeh1 qəbul etmişəm. Mənzil alan şəxslər sentyabr ayında borcu tam bağlayacaqları üçün pulun məndə qalmasını, mənzil ödənişini bağlayarkən pulu götürəcəklərini demişlər. Sentyabr ayında borc bağlanmadığından bir il müddətində dəfələrlə ölkə ərazisində, o cümlədən ölkədən kənarda olduğum müddətdə həmin şəxslərlə əlaqə saxlayaraq pulu götürmələrini təklif etmişəm”. Onlar sentyabr ayında deyil, 17 aydan sonra pulu ödəyiblər. Cavabdehlərdə pul hazır idisə, pulu ona verərdilər. Pulun vaxtında ödənməməsi səbəbindən Vüqar Mustafayevdə problem yaranıb. Əvvəlki iş materiallarında 2-3 ədəd müqavilə təqdim edib, eyni zamanda rəy də var. Həmin mənzilin pulu ödənilən vaxt kv. metri 2000 manata satılsa da, 150-175 kv.metr sahəsi olan mənzilə görə 20000 manat ödəyib yaşadıqdan sonra qalan pulu ödəyiblər. Ona görə də, hesab edir ki, MTK əldən çıxmış faydanı cavabdehlərdən tələb etməkdə tam haqlıdır. Mənzillər üzrə pul ödəniləndə orada olmayıb. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, barışıq olub, o, 100000 manat ziyanı ödəyib. Vüqar Mustafayev barəsində cinayət işi açılıb, çünki Vüqar Mustafayev onlara qarşı dələduzluq edib. X6 pulun ödənilməsini bildirib. Onlar pulu Vüqar Mustafayevə ödəyiblər və əlyazma da alıblar. Bir il də keçib, onlar ödənişlər bağlı qaimə istəyiblər. Ödənişdən əvvəl o, şirkətə gəlib, həmin vaxt Vüqar Mustafayev yox idi, birlikdə söhbət ediblər, onlarla ortaq tanışları çıxıb, dayısını tanıyıb. Deyiblər ki, pul Cavabdeh2 ödəniləcək. Bir ildən çox o, Cavabdeh2 pul ödəmək istəyib, ancaq o, qəbzlərini, maliyyə arayışını verməyini, sonra mənzilə çıxarış almaq istədiyini bildirib. Hər dəfə oraya gəldikdə ona 20 Yanvarda layihəyə başlayacaqlarını, hələlik pul ehtiyacın olmadığını, problemlərinin olduğunu və ona getməyini bildirib. Beləliklə də məsələ uzanıb. Sonradan onların şirkət daxilində problemləri yaranıb. Daha X6 onları çağıraraq nəyə görə pulu gecikdirdiklərini soruşub, orada mübahisə yaranıb. O, Vüqar Mustafayev və Cavabdeh2lə birlikdə çörək kəsib, onların ailə daxilində münaqişələri olub, pulun sahibi özü olub, Vüqar Mustafayev və Cavabdeh2 onu axtarmaq əvəzinə, özü əlində pul onları axtarıb. Əvvəlcə də o, Akif Mustafayevdən Baş Prokururluğa şikayət edib, Akif Mustafayev ona pulu tam ödəməyini bildirib. O da mənzilin pulunu tam olaraq ödəyib maliyyə arayışı alıb. O, polisə şikayət edəndən sonra MTK ona qarşı iddia qaldırıb. O, Akif Mustafayevə pulu Vüqar Mustafayevin əldə etdiyini, məsələni də onunla həll etməsini bildirib. Əksinə olaraq bu məsələdə ziyan çəkən odur. Gecikmə şirkətin dələduzluğuna görə olub. O, 170000 manat pulu tam ödəyib maliyyə arayışı əldə edib. İddia tələbini əsassız hesab edir. Pulu gec ödəyib, çünki şirkətdə ailədaxili münaqişələr, dələduzluq olub. Akif Mustafayevin səs yazıları da var, o, yenidən iki dəfə 30000 manat pul tələb edib. Bu proseslərdə o və iki dostu zərərçəkmiş şəxs olublar. O, mənzili Vüqar Mustafayevdən alıb. Şirkətə gedəndə orada kimi görürürsə, kimin əlində sənəd olursa, ondan mənzili alır. Lakin həmin şəxsin şirkətin sahibinin oğlu olub-olmadığını, nəslini araşdırmır. O, mənzilin pulunu iki ay əvvəldən gətib, qarşı tərəf isə əlyazma kağız, qəbz verib. O deyib ki, pulu ödəsin, maliyyə arayışı versinlər, mənzilə dair çıxarış alsın. Cavabdeh2 isə atası ilə şirkət daxilində problemi olduğu, atasının bilməməsini, bu məsələnin özünün, qardaşı Vüqar Mustafayevin və onun arasında olduğunu, özünün Vüqar Mustafayevlə məsələni həll edəcəyini deyib. Ona qarşı dələduzluq etdiklərini başa düşüb. Sonradan qumar oynadıqlarını eşidib. O, Akif Mustafayevin yanına gedərək, məsələni həll etməyini bildirib, 13 sentyabrda bütün ödənişi edərək, maliyyə arayışı alıb. İddiaçının nümayəndəsi Nümayəndə2 də orada idi. Akif Mustafayevin oğluna da cinayət işi açılıb. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MMC (direktor X3) ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, cəmiyyət ünvan 2 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək bir hissəsi 118 nömrəli mənzil olaraq, ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190000 manat, ilkin ödəniş 20000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28334 manat olmaqla (sonuncu ay 28330 manat) olmaqla ödənilməlidir. - "xxxx" MMC (direktor X3) ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, cəmiyyət ünvan 2 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ikinci hissəsi 118/1 nömrəli mənzil olaraq, ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190000 manat, ilkin ödəniş 20000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28334 manat olmaqla (sonuncu ay 28330 manat) olmaqla ödənilməlidir. - X1 xx.xx.2024-cü il tarixli 151 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanında "xxxx" MMC-nin inşa etdiyi 1 saylı binanın 16-cı mərtəbəsində yerləşən 118 nömrəli, holl daxil olmaqla, ümumi tikinti sahəsi 175 kv.m (3 otaqlı) təşkil edən təmirsiz mənzilin 10 sentyabr 2022-ci il tarixə olan orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280000 (iki yüz səksən min) manat, likvid dəyəri isə 252000 (iki yüz əlli iki min) manat məbləğində müəyyən edilir. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X4 təqsirləndirilən şəxs qismində tanınmasına xitam verilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh3 zərərçəkmiş şəxs qismində tanınmalarına xitam verilmişdir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2773-9/2934 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən Rahatlığın Məkanı” MMC tərəfindən inşa edilmiş yaşayış binasının 118 saylı mənzilinin 2021-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 191000 manat məbləğində müəyyən olunur. Həmin ünvanda inşa edilmiş yaşayış binasının 118/1 saylı mənzilinin 2021-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 191000 manat məbləğində müəyyən olunur. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4097-9/4295 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən Rahatlığın Məkanı” MMC tərəfindən inşa edilmiş yaşayış binasının 118 saylı mənzilinin 2021-ci ilin fevral ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 194500 manat, həmin ünvanda inşa edilmiş yaşayış binasının 118/1 saylı mənzilinin 2021-ci ilin feval ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 194500 manat məbləğində müəyyən olunur. Qeyd: hazırkı ekspertiza tətqiqatı zamanı tətqiq olunan binada olan alqı-satqı məlumatlarında istinad edimişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (direktor X3) ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə və həmin müqaviləyə 1 nömrəli əlavələrə əsasən cəmiyyət ünvan 2 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə hər bir alıcıya verməyi, alıcılar isə həmin mənzilləri qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzillər 3 otaqdan ibarətdir. Mənzillərin dəyəri 190000 manat, ilkin ödəniş 20000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28334 manat olmaqla (sonuncu ay 28330 manat) olmaqla ödənilməlidir. Mənzillərin ödənişi hazırda tamamlanmışdır və mənzillər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə və sahibliyindədir. Hazırda isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin və həmin ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi, 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “adıçəkilən mənzillərin aşağı satılması nəticəsində dəyən zərər üzrə 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı "xxxx" MMC (direktor X3) ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə və həmin müqavilələrə 1 nömrəli əlavələrə əsasən cəmiyyət ünvan 2 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə hər bir alıcıya verməyi, alıcılar isə həmin mənzilləri qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzillər 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190000 manat, ilkin ödəniş 20000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28334 manat olmaqla (sonuncu ay 28330 manat) olmaqla ödənilmədir. İddiaçı isə mənzillərin dəyərinin 210000 manat olduğunu və hər bir mənzil üzrə satışın 30000 manat aşağı qiymətə realizə edildiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən müvafiq sorğu əsasənda Bakı şəhri Nizami RPİ-nin İstintaq Şöbəsindən icraatında olan cinayət işinin nəticəsinə dair müvafiq qərar alınmışdır, eyni zamanda məhkəmənin icraatında olmuş 2(007)-45/2024 saylı iş üzrə cinayət işinin materialları hazırkı işə əlavə edilmişdir. Qeyd edilməlidir ki, həmin iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X4 təqsirləndirilən şəxs qismində tanınmasına xitam verilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh3 zərərçəkmiş şəxs qismində tanınmalarına xitam verilmişdir. Həmin qərarla müəyyən edilir ki, X4 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 adıçəkilən mənzillərin satılması təmin edilmişdir. X4 vermiş olduğu izahatında atası Akif Mustafayev tərəfindən ona və qardaşı Cavabdeh2a ünvan 2 ünvanında inşa olunan binada ayrı-ayrılıqda 360 kv.m sahəsi olan mənzilin hədiyyə edildiyini, ona məxsus olan mənzili iki hissəyə bölərək, cavabdehlərin hər birinə 190000 manata satdığını, əlavə hər bir mənzildən 30000 manat məbləğində pulu öz qazancı kimi istədiyini qeyd etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə Vüqar Mustafayevin izahatını təsdiq etdiklərini, lakin mənzillərin 190000 manata alındığını, əlavə hər bir mənzil üçün ödənilən 30000 manat pulun isə mənzilin dəyəri kimi əvvəlcədən ödənilən məbləğ olduğunu qeyd etmişlər. Araşdırma aparılan zaman Cavabdeh2 izahatında bildirib ki, 2021-2022-ci illərdə cəmiyyətin direktoru qardaşı Emil Mustafayev olsa da, cəmiyyət faktiki olaraq Emil Mustafayev, atası Akif Mustafayev və onun tərəfindən idarə olunurdu. Cəmiyyətin pula ehtiyacı olduğu üçün atası tərəfindən Vüqar Mustafayeva verilən sahəsi 360 kv.m olan mənzilin satışına razılıq verilmişdir. Qardaşı mənzilləri iki hissəyə bölərək, hər birini 190000 manata satacağını və alıcılarla müqavilə tərtib ediləcəyini bildirib. Bundan sonra hər iki müqavilə hazırlanır, imzalanır və möhürlənir, mənzilləri üzrə ilkin ödəniş kimi ayrıayrılıqda 20000 manat ödənilir. Qalan borc 6 ay ərizində ödənilməli idi. Ona sonradan məlum olub ki, qardaşı ilə Cavabdeh1 və Cavabdeh3 arasında olan razılaşmaya əsasən cəmiyyətin hesabına 190000 manat, qardaşına isə 30000 manat hər bir mənzil üçün ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə qeyd edir ki, mənzilin satışını Vüqar Mustafayev həyata keçirmiş, müqavilə cəmiyyətin adında Emil Mustafayev tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. İstintaq şöbəsində araşdırma aparılan zaman müqavilələrin cəmiyyətin, Emil Mustafayevin əvəzində özü olmadığı üçün işçi tərəfindən imzalandığı qeyd edilmişdir. Belə olan halda, hazırkı tələb üzrə Cavabdeh2 cavabdehliyi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyildir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif edilsə də, iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirmişdir. MPM-in 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən hissədə iddia Cavabdeh2a qarşı qaldırılsa da, iddiaçı tərəfindən dəyərindən aşağı satıldığı iddia iddia edilən mənzillər onun tərəfindən satıldığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən mübahisələndirilən hissədə iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “adıçəkilən mənzillərin aşağı satılması nəticəsində dəyən zərər üzrə 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, iddiaçıya izah edir ki, o, həmin iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin “118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən müqavilələr üzrə ödənişin xx.xx.2021-ci il tarixdə tamamlanmalı olmasına baxmayaraq xx.xx.2022-ci ildə ödənişinin başa çatdırıldığını, mənzillər satılarkən hər kv.metrin dəyərinin 1086 manat müəyyən edilsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərkən hər kv.metrin dəyərinin 1600 manat olduğunu və hər kv.metr üçün 500 manat artım olduğunu nəzərə alaraq hər bir mənzil üzrə 87500 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Həmçinin, 87500 manat vaxtında ödənilsə, cəmiyyət həmin pulu dövriyyə buraxaraq gəlir əldə edə bilərdi, cavabdehlər isə ödənişləri gecikdiyiblər. Bu səbəbdən hər biri 1 il 7 ay üzrə Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq 87500 manat məbləğində pulun illik 5 faizi ödənilməlidir. Bu səbəbdən cavabdehlərin hər birindən 87500 manat məbləğində əldən çıxmış fayda və gecikdirilmiş vaxt üçün illik 5 faizlə 6927 manat tələb olunmuşdir. İddiaçı tərəfindən məhkəməyə X2 tərəfinfən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qeyd edilən mənzilin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280000 manat, likvid dəyəri isə 252000 manat müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək olan müddəti 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gündür. MM-in: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, hazırkı tələb üzrə müəyyən edilməli olan hal cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirib-yetirilməməsi və bunun səbəbləridir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və on əlavəyə əsasən mənzillərin dəyəri 190000 manat həcmində müəyyən edilmiş, ilkin ödəniş 20000 manat olmuş, qalan 170000 manatın isə 6 ay ərzində xx.xx.2021-ci il tarixinədək başa çatdırılması nəzətdə tutulmuşdur. Hazırda iddiaçı ödənişin xx.xx.2022-ci il tarixdə başa çatıdırıldığını bildirmiş, cavabdehlər İstintaq Şöbəsində verdikləri izahatlarında da xx.xx.2022-ci ildə cəmiyyətə hər bir müqavilə üzrə 170000 manat ödəniş edildiyini qeyd etmişlər. Bu səbəbdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin xx.xx.2022-ci il tarixdə icra edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmiş ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2022-ci ilin avqust ayında Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmişlər. Məlum olmuşdur ki, cavabdehlər tərəfindən mənzillərin ödənişi kimi 40000 manat məbləğində pul Vüqar Mustafayeva ödənilmiş, sonuncu isə həmin ödənişlərin edilməsinə dair müvafiq qəbzləri cavabdehlərə verməmiş, əvəzində özü tərəfindən qəbz tərtib etmişdir. Lakin həmin ödəniş cəmiyyətin balansına köçürülməmişdir. Sonradan cəmiyyət tərəfindən cavabdehlərdən 170000 manat borcun ödənilməsi tələb edilsə də, cavabdehlər cəmiyyətə Vüqar Mustafayeva 60000 manat və sonradan 40000 manat pulun ödənildiyini, lakin cəmiyyət tərəfindən müvafiq qəbzlərin verilmədiyini bildirmişlər. Lakin cəmiyyətin direktoru cəmiyyətin hesabına ödənişlərin edilmədiyini, həmin pulların cəmiyyətin hesabına daxil edilmədiyini bildirmişdir. Bundan sonra isə cavabdehlər qeyd edilən şikayətlə Nizami rayon prokurorluğuna şikayət etmişlər. Bundan sonra cavabdehlərin hər biri 170000 manat məbləğində pulu cəmiyyətin hesabına ödəmiş, Vüqar Mustafayev isə cavabdehlərə 40000 manatı geri qaytarmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər tərəfindən qeyd edilən 1 il 1 ay 6 gün müddətində 170000 manat məbləğində pulun ödənilməməsinin səbəbi onların həmin pulu ödəmək iqtidarında olması deyil, daha əvvəl mənzillərin dəyəri kimi ödənilmiş pulların mənzil üzrə edilmiş ödəniş kimi nəzərə alınmaması və nəticədə cavabdehlərdən hər bir mənzil üzrə 170000 manat pul tələb edilməsi səbəbindən onların ödəniş etməkdən imtina etməsi olmuşdur. xx.xx.2022-ci ildə cavabdehlərin hər birinin 170000 manat məbləğində pulu cəmiyyətin hesabına ödəmələri onların mənzil üzrə ödəniş etmək qabiliyyətində olmasını təsdiq edir. Lakin cəmiyyətdə mənzillərin ödənişlərinin edilməsi ilə bağlı yaranmış anlaşılmazlıq, ödənişlərin Vüqar Mustafayev tərəfindən təhvil alınması, sonradan cəmiyyət tərəfindən Vüqar Mustafayeva edilmiş ödənişlərin nəzərə alınmaması, cəmiyyət daxilində baş verənlər və ödəniş tam şəkildə ödənilməsinin tələb edilməsi müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən icrasının gecikdirilməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin icrasının gecikdirilməsini adıçəkilən səbəblərdən baş verməsini, tərəflərin 170000 manat birdəfəlik ödəniş etmələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi mübahisələndirlən hissədə əsassızdır. Müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi cavabdehlərdən asılı olmayan səbəblərdən olmuşdur və buna görə cavabdehlərdən əldən çıxmış fayda kimi zərərin və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü madəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 1 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb ödənilməsi, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh3 tutularaq ödənilməsi, ünvan 1 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 1 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb ödənilməsi, ünvan 1 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh3 tutularaq ödənilməsi, ünvan 1 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6927 manat məbləğində ziyanın, cəmi 94427 manat məbləğində pulun Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva