Məhkəmə qərarları › İş №e-2(007)-1956/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1956/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1956/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1”-ın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1” cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, X1 Bakı filialı ilə Cavabdeh2 arasında imzalanan 08 aprel 2021-ci il tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 36 ay müddətinə 8.000 manat məbləğində kredit verilib.Həmin tarixdə verilən kreditin qaytarılmasının təminatı kimi X1 Bakı filialı ilə Cavabdeh1 arasında 409 saylı zaminlik müqaviləsi imzalanıb.Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanan faizlərdə daxil olmaqla 277,32 manat ödəməli idi.Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilən krediti hesablanan faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 24 may 2022-ci il tarixə banka kredit borcu üzrə 3605.16 manat ödəniş yerinə yetirməli idi.Lakin xx.xx.2022-ci il tarixə kimi borcalan tərəfindən banka 2.394,00 manat ödəniş həyata keçirilib.Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunub. Lakin borcalan kredit borcunu yerinə yetirməyib.Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilən hər bir gün üçün, borcalan banka illik 29% ödəməlidir.24 may 2022-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanan faizlərlə birlikdə 6.802,04 manat təşkil edir. Bundan 6425.96 manat əsas borc və 376.08 manat faiz borcu təşkil edir.Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməyib.Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6425.96 manat əsas borc,376.08 faiz borcu olmaqla 24 may 2022-ci il tarixinə olan cəmi 6802.04 manat borcun və ödənilmiş 88.02 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: X1 Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 08 aprel 2021-ci il tarixli 289 nömrəli kredit müqaviləsindən görünür ki,cavabdehə illik 15% ödəmək şərti ilə 36 ay müddətinə 8.000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 həmin gün 8000 manat kredit nəğd qaydada verilmişdir. 24 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka həmin tarixə 6425.96 manat əsas borc,376.08 faiz borcu olmaqla cəmi 6802.04 manat borcu vardır. Pretenziya məktubundan görünür ki, bank tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 88.02 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 385.1.öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, cavabdeh isə öz öhdəliklərinə əməl etməmişdir. 24 may 2022-ci il tarixinə cavabdehin 6425.96 manat əsas borc,376.08 faiz borcu olmaqla cəmi 6802.04 manat ödənilməmiş borcu vardır.Digər Cavabdeh1 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 6425.96 manat əsas borc,376.08 faiz borcu olmaqla 24 may 2022-ci il tarixinə olan cəmi 6802.04 manat borc və ödənilmiş 88.02 manat dövlət rüsumu müştərək qaydada “X1”-ın xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 6425.96 manat əsas borc, 376.08 faiz borcu olmaqla cəmi 6802.04 manat borc və ödənilmiş 88.02 manat dövlət rüsumu müştərək qaydada “X1”-ın xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar