Məhkəmə qərarları › İş №e-2(007)-197/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-197/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-197/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 33250.00 manat sığorta ödənişinin, ödənilmiş 189.75 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-yə məxsus olan "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AX *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar xx.xx.2020-ci il tarixli şəxsin cinayət əməllərinin tövsif edilməsi haqqında qərar tərtib olunmuş və Cavabdeh CM-nin 186.2.1-cimaddəsi ilə təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AX *** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 35735,00 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğ nəqliyyat vasitəsinin 75%-dən çoxunu təşkil etdiyi üçün nəqliyyat vasitəsinin tam itkisi kimi qiymətləndirilmişdir. Sığortalı Nəqliyyat vasitəsinin tam itkisi ilə bağlı müvafiq akt tərtib olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin sahibi ilə razılaşdırılmaqla və tərtib olunan aktı nəzərə alaraq nəqliyyat vasitəsinin bazar dəyərindən qalıq hissə 8200,00 həmçinin 200,00 manat azadolma çıxılmış qalıq məbləğ olan ümumilikdə 33.250,00 (otuz üç min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. 33 250,00 (otuz üç min iki yüz əlli) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdedən xahiş etmişlər, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmiş və təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvurandan tutulmalıdır. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 33250,00 (otuz üç min iki yüz əlli) manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh tutulmalıdır . Məhkəmə baxışı zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə 13 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən iş üzrə 9/429 saylı rəy verilmişdir. Ekspertizanın rəyini nəzərdən keçirərkən aşkar şəkildə məlum olmuşdur ki, ekspert dəymiş zərərlə bağlı rəy verərkən birmənalı olaraq "xxxx" ASC-nin maraqlarını nəzərə-almadan qərəzli mövqedən çıxış edərək zərər dəymiş nəqliyyat vasitələrinin dəyişdirilmiş ehtiyat hissələrini bazar dəyəri nəzərə alınmadan yalnız köhnəlmə tətbiq edilməklə çıxarmışdır. Belə ki, rəydə qeyd olunur ki, “mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən köhnəlmə tətbiq edilməklə nəzəri hesablama yolu ilə təxminən 30387,00 manat zərər müəyyən olunmuşdur”. Lakin iş materiallarından aydın görünür ki, sığortalı nəqliyyat vasitəsi tam məhv olunmuş hesab olunaraq qiymətləndirilmişdir. Belə ki, sığortalı nəqliyyat vasitəsinin dəyəri, 41650,00 manat olmuş zərər isə 35737,00 manat müəyyən edilmişdir. Bu halda, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2.-ci maddəsinə əsasən nəqliyyat vasitəsi tam məhv olunmuş hesab olunur. Bununla da zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi həmin qaydaların 35-ci maddəsinə uyğun olaraq aparılmalıdır. Qeyd olunan qaydaların 35.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: 35.2.1. avtomobilin tam məhvi; 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Göründüyü kimi, ekspertiza tərəfindən verilmiş rəy qaydalara tam olaraq ziddir. Qeyd olunanlara əsasən verilmiş ekspertiza rəyi ilə tam olaraq razı deyillər. Həmçinin əlavə olaraq bildirdi ki, lizinq müqaviləsi Zamin Babayevlə bağlanmışdır. Zamin avtomobili Elnura vermişdir. Ona görə də ödənişi etmirdi. Avtomobil Elnurda olduğu üçün ödənişi o, etməli idi. Lakin heç bir ödəniş etməmişdir. Odur ki, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 may 2023-cü il tarixli iclasında Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Zərəri ödəmişdir. Lizing müqaviləsi Zamin Babayevlə bağlanıb. Sözügedən avtomobili aralarındakı şifahi razılıq əsasında 18.000 manata Zamindən almışdır. O, "xxxx" ASC-yə iki dəfə pul ödəmişdir. Maşın məhv olsa da hazırda lizinqdədir. İlkin ödəniş olaraq "xxxx" ASC-yə 16.000 manat pul ödəmişdir. Hadisədən sonra isə həbs olunmuşdur. Daha sonra "xxxx" ASC maşına 18.000 manat dəyərində ziyan vurulduğunu bildirdi. Həmin 18.000 manatı da sonradan ödəmişdir. Cinayət işində "xxxx" ASC zərərçəkmiş kimi tanınmışdır onlar şikayətçi olmasın deyə pulu ödəmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, lizing müqaviləsi Zamin Babayevlə bağlanıb. Zaminlə Elnur arasındakı razılığa əsasən Zamin maşını Elnura verib. Zamin Babayev ödənişi etmirdi bildirmişdir ki, ödənişi Elnur edəcək maşını ona verib. Maşın Cavabdeh olduğuna görə Elnura ödəniş etməsini bildirdikdə o, da pulu ödəmədi və maşını aşırdaraq ziyan vurdu. Maşın 100% kasko sığortalı idi. "xxxx" bizə dəymiş ziyanı ödəyib. Cinayət işində isə Elnurun dediyi kimi pulu ödədiyinə görə yox "xxxx" ASC-nin sığorta ödənişini ödədiyinə görə şikayətimiz olmayıb. Bu xx.xx.2021-ci il tarixli hökmdə də qeyd olunub. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasında olduğundan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Avtonəqliyyat vasitələrinin kasko sığortası” şəhadətnaməsindən görünür ki, “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində 51000 manat dəyərində sığortalanmışdır. - "xxxx" ASC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 05 avqust 2020-ci il tarixli məktubunun surətindən görünür ki, “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə təyin olunan 33250 manat məbləği şirkətin hesabına köçürülməsi xahiş edilmişdir. - 13 avqust 2020-ci il tarixli icra haqqında bank qeydindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 33250 manat pul vəsaitini "xxxx" ASC-nin hesabına köçürmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 avqust 2020-ci il tarixli sığorta aktından görünür ki, “BMW 528” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 35737 manat zərərdən 8200 manat qalıq hissə dəyəri və 200 manat azadolma çıxılmaqla 33250 manat ödənilmişdir. - Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair 28 iyul 2020-ci il tarixli aktın surətindən görünür ki, MC-Mİ-0887/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və 11 may 2020-ci il tarixində qəzaya məruz qalmış “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 8200 manat, bazar dəyəri isə 41650 manat məbləğində müəyyənləşdirilmişdir. Müvafiq sığorta qaydalarına uyğun olaraq avtomobilin qalıq hissə dəyəri sığortalının öhdəliyində qalır. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 03 iyul 2020-ci il tarixli Arayışdan görünür ki, 11 may 2020-ci il tarixdə saat 11:00-da “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət yolu ilə ələ keçirilərək qəsdən məhv edilmişdir. - Bakı Şəhəri Suraxanı Rayon RPİ-nin İŞ-nin 16 may 2020-ci il tarixli “şəxsin cinayət əməllərinin tövsif edilməsi haqqında” qərarının surətindən görünür ki, ********* saylı cinayət işi üzrə Cavabdeh əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. - Bakı Şəhəri Suraxanı Rayon RPİ-nin İŞ-nin 18 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü, 221.3-cü və 186.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. - "xxxx" ASC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 27 iyul 2020-ci il tarixli müraciətin surətindən görünür ki, xx.xx.2019-ci il tarixdə "xxxx" ASC-yə məxsus “BMW 528” markalı ** AX *** dövlət nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü nəqliyyat sığortası növü ilə tam sığortalanmışdır. Sığortalı “BMW 528” markalı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən Yeni Günəşli gəsəbəsində dərədən aşırdılaraq avtomobil yararsız vəziyyətə salınmışdır və əmələ görə Cavabdeh cinayət işi başlanmışdır. Hadisədən bir necə gün qabaq, yəni xx.xx.2020-ci il tarixdə avtomobilin istifadəçisi X3 tərəfindən Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə avtomobilin qaçırılması barədə şikayət ərizəsi vermişdir və həmin ərizə polis bölməsində geydiyyata alınmışdır. Uzun müddətli əməkdaşlıqları və sığorta bazarında birgə çalışdıqları yeganə sığorta şirkəti "xxxx" ASC olduğunu nəzərə alaraq sığortalı avtomobilin sığorta hadisəsindən qiymətləndirilərək, tərəflərinə sığorta ödənişinin müvafiq məbləğdə ödənilməsi üçün köməklik göstərmələrini xahiş edirlər. Əks halda bu sığorta hadisəsinə görə şirkətləri ciddi şəkildə maliyyə itkisi yaşayacaqdır. - Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 19 iyun 2020-ci il tarixli məktubunun surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə müraciət edərək və Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə verərək bildirmişdir ki, tanışı Cavabdeh ona məxsus “BMW” markalı ** AX *** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2020-ci il tarixdə Yeni Günəşli qəsəbəsində qəsdən dərədən aşırdaraq yararsız hala salmış, avtomobilinin yararsız hala salınmasına görə ona 70.000 (yetmiş min) manat ziyan dəymişdir. Həmin məlumat Suraxanı RPİ-nin 33-cü PB-nin cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında xx.xx.2020-ci il tarixdə 459 nömrə ilə qeydə alınmış və təhqiqatçı polis baş leytenantı Elməddin Əhmədov tərəfindən araşdırma aparılaraq toplanmış material xx.xx.2020-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nə göndərilmiş və tərəfindən icraata götürülmüşdür. Həmin fakta görə xx.xx.2020-ci il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2020ci il tarixdə DİN-nin 102 zəng mərkəzinə zəng edərək bildirmişdir ki, Elnur adlı şəxs onun müqavilə ilə "xxxx" ASC-dən aldığı “BMW markalı” ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışdır və ona qaytarmamışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24 iyun 2020-ci il tarixli hesabatından görünür ki, “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin həcmi 35737 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27mart 2023-cü il tarixli, 9/429 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı, “BMW 528” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30387 manat müəyyən edilir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 189.75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində 51000 manat dəyərində sığortalanmışdır. Məhv olunan avtomobil "xxxx" ASC-də lizinqdədir. Lizinq müqaviləsi "xxxx" ASC ilə X3 arasında bağlanmışdır. xx.xx.2020-ci il tarixdə avtomobilin istifadəçisi X3 tərəfindən Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə avtomobilin qaçırılması barədə şikayət ərizəsi verilmiş və həmin ərizə polis bölməsində geydiyyata alınmışdır. 11 may 2020-ci il tarixdə saat 11:00-da “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən cinayət yolu ilə ələ keçirilərək qəsdən məhv edilmişdir. Cavabdeh törətdiyi əmələ görə 3 il müddətinə azadlıq məhrum etmə cəzası təyin edilmişdir. “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 35737 manat müəyyən edilmişdir. Avtomobil tam itkiyə uğramışdır. Bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobilə dəymiş 35737 manat məbləğində zərərdən 8200 manat qalıq hissə dəyəri və 200 manat azadolma çıxılmaqla 33250 manat məbləğində sığorta pulu "xxxx" ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/429 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, “qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı, “BMW 528” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30387 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh tərəfindən məhv edilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində "xxxx" ASC-yə maddi ziyan vurulması nəticəsində mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 avqust 2020-ci il tarixli sığorta aktına əsasən “BMW 528” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 35737 manat müəyyən edilmişdir. Həmin məbləğdən 8200 manat qalıq hissə dəyəri və 200 manat azadolma çıxdıqdan sonra "xxxx" ASC tərəfindən 33250 manat sığorta ödənişi "xxxx" ASC-nə ödənilmişdir. Belə olan halda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehdən subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bundan başqa məhkəmə iclasında Cavabdeh “BMW 528” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili 18.000 manata Zamin Babayevdən aldığını bildirmişdir. O, "xxxx" ASC-yə iki dəfə pul ödədiyini və ilkin ödəniş olaraq "xxxx" ASC-yə 16.000 manat, cinayət işi məhkəmədə araşdırılan zaman isə "xxxx" ASC-yə şikayətçi olmasın deyə 18.000 manat vurduğu ziyanı da ödədiyini bildirmişdir. Lakin, məhkəmə iclası zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, "xxxx" ASC "xxxx" ASC-nə dəymiş ziyanı ödəyib. Cinayət işində isə Cavabdeh dediyi kimi pulu onun ödədiyinə görə yox "xxxx" ASC-nin sığorta ödənişini ödədiyinə görə şikayətləri olmayıb. xx.xx.2021-ci il tarixli hökmdən də görünür ki, “Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, maddi ziyan vurulmuş avtomobil sığortalandığı üçün Cəmiyyət sığorta ödənişi ilə təmin olunduğundan maddi ziyan aradan qalxmışdır. Bu səbəbdən Cəmiyyətin təqsirləndirilən şəxs Cavabdeh qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur” qeyd olunub. Beləliklə, cavabdeh məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə vurduğu ziyanı ödəməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, iş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə 2015-ci il buraxılışlı, “BMW 528” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30387 manat müəyyən edilmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın: 33.2.2.-ci bəndinə əsasən avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 35.2-ci maddəsinə əsasən aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: - avtomobilin tam məhvi. - avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Göründüyü kimi yuxarıda qeyd olunan normaların tələblərinə əsasən avtomobil tam məhv edilmişdir. 27 mart 2023-cü il tarixli ekspert rəyində isə köhnəlmə əmsalı tətbiq edilməklə avtomobilin təmir-bərpa xərcinin məbləği müəyyən edilmişdir. Belə olan halda məhkəmə 27 mart 2023-cü il tarixli ekspertiza rəyini əsas götürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan maddi ziyanın məbləği ödənilmiş və azadolunmuş məbləğlər çıxıldıqda sonra iş materiallarında olan sığorta aktında qeyd olunmuş 33250 manat pul Cavabdeh "xxxx"-nin xeyrinə xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 33250 manat sığorta ödənişi, ödənilmiş 189.75 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, iddia təmin edildiyindən, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 33250 manat sığorta ödənişi, ödənilmiş 189.75 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar