Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1974/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Günay Sığorta” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə sığortalanmış X4 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil ünvan 2 su axıdılması nəticəsində zərərə məruz qalmışdır. ünvan 3tib etdiyi xx.xx.2020-ci il tarixli Aktına və arayışa X6 məxsus Bakı şəhəri, Nizami rayonu İ.Məmmədov küçəsi, ev 8, 24 saylı mənzildən su axıdılması nəticəsində 22 saylı mənzilin təmiri zərərə məruz qalmışdır. Zərərçəkin əmlakının zədələnməsi bağlı 600 manat məbləğində sığorta ödənişi verilmişdir. "xxxx" ASC Gədəbəy rayon Məhkəməsinə müraciət edərək X3 600 (altı yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu İ.Məmmədov küçəsi, ev 8, 24 saylı mənzil 25 iyun 2019-cu il tarixdən etibarən Cavabdeh məxsusdur. Yəni hadisə baş verən zaman qeyd olunan mənzil X6 deyil, Cavabdeh məxsus olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfin oğurluqdan xəbəri olmuş, polisə şikayət etmiş və bundan sonra mənzilə su axmışdır. Lakin, cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfin həmin müddət mənzildə yaşamaması onları məsuliyyətdən azad etmir. Rəydə var ki, mənzil istismar sahəsinin aktda qeyd edilmişdir ki, X5 mənzilindən susızması aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, Cavabdeh onun anasıdır, həmin dövrdə ev anasının adına olmuş, ondan əvvəl isə dayısı Səmədov Ramizin adına olmuşdur. Suyun qonşuya axma səbəbi onlardan olmamışdır. Həmin vaxt onlar evdə olmamış, binanın damına oğrular çıxmış və orada olan su nasosunu kəsərək aparmışlar və bunun nəticəsindədə binanın damından axan su birinci onların evini bərbad hala salmış, sonra da aşağıda yaşayan sakinlərin evinə axmışdır. Həmin oğurluq işi ilə bağlı tərəfindən xx.xx.2020-ci il tarixdə polis bölməsinə müraciət olunmuş və məbləğ 500 manatdan az olduğu üçün xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar çıxmışdır. Oğluluqla bağlı inzibati işin olması barədə məlumatı yoxdur. Bu suyun axmasında onların heç bir günahları yoxdur. Onların evinin sığortası yoxdur, alt qonşunun sığortası var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə sığortalanmış X4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 8, 22 saylı mənzil ünvan 4 ünvanından su axıdılması nəticəsində zərərə məruz qalmışdır. ünvan 3tib etdiyi xx.xx.2020-ci il tarixli Aktına və arayışına əsasən, X6 məxsus Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 8, 24 saylı mənzildən su axıdılması nəticəsində 22 saylı mənzilin təmirinin zərərə məruz qalması müəyyən edilmişdır. Zərərçəkmiş şəxsə "xxxx" ASC tərəfindən əmlakının zədələnməsi ilə bağlı 600 manat məbləğində sığorta ödənişi verilmişdir. Bununla bağlı "xxxx" ASC Gədəbəy rayon Məhkəməsinə müraciət edərək X3 600 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu İ.Məmmədov küçəsi, ev 8, 24 saylı mənzil xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh məxsusdur. Yəni hadisə baş verən zaman qeyd olunan mənzil X6 deyil, Cavabdeh məxsus olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə polis bölməsinə müraciət olunmuş və xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmşdir. Qərarda əməlin inzibati xəta olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə qeyd edir ki, Cavabdeh məxsus ünvan 4 ünvanından binanın damından su motorunun oğurlanmış, bununla bağlı xx.xx.2020-ci il tarixdə X1 RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin su motorunun oğurlanması nəticəsində həmin mənzildən X4 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilə su sızması baş vermişdir. Bundan sonra Nizami rayonu 143 saylı MKİS tərəfindən xx.xx.2020-ci il tarixli Aktı və arayışı tərtib edilmiş və X6 məxsus Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 8, 24 saylı mənzildən su axıdılması nəticəsində 22 saylı mənzilin təmirinin zərərə məruz qaldığı müəyyən edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmiş, su motorunun oğurlanması 2020-ci ilin iyun ayında cavabdeh tərəfə məlum olmuş, bu hadisədən 1 ay sonra mənzilə su axıdılması ilə bağlı akt və arayış tərtib edilsə də, həmin müddət ərzində cavabdeh tərəfindən susızmanın qarşısını almaq üçün heç bir tədbir görülməmişdir. Bununla da X4 məxsus olan mənzilə maddi zərər yetirilmiş və "xxxx" ASC tərəfindən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 600 manat müəyyən olunaraq müvafiq sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 600 manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 600 manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1974/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1974/2022
03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver