Məhkəmə qərarları › İş №e-2(007)-200/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-200/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-200/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbi) X11 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 114831.72 (yüz on dörd min səkkiz yüz otuz bir manat, 72 qəpik) manat əsas borc və 146636.24 (yüz qırx altı min altı yüz otuz altı manat, 24 qəpik) manat faiz borcu, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 261467.96 (iki yüz altmış bir min dörd yüz altmış yeddi manat, 96 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 552 (beş yüz əlli iki) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Şərifzadə küçəsi, ev 100 ünvanında binasının 16-cı mərtəbəsində yerləşən 122 kv.m ümumi sahədən ibarət 3 otaqlı 75 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması,ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013- cü il tarixli, 186 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 (yüz səksən) ay müddətinə, illik 14% (on dörd) faiz ödənilmək şərtilə 116954 (yüz on altı min doqquz yüz əlli dörd) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 79 saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Şərifzadə küçəsi, ev 100 ünvanında binasının 16-cı mərtəbəsində yerləşən 122 kv.m ümumi sahədən ibarət 3 otaqlı 75 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında xx.xx.2013cü il tarixli, 186/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 114831.72 (yüz on dörd min səkkiz yüz otuz bir manat, 72 qəpik) manat əsas borc və 146636.24 (yüz qırx altı min altı yüz otuz altı manat, 24 qəpik) manat faiz borcu, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 261467.96 (iki yüz altmış bir min dörd yüz altmış yeddi manat, 96 qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materialları: Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 186 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 116954 manat pul məbləğində kredit 180 ay müddətinə verilmişdir. xx.xx.2013-cü il tarixli, 79 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MTK tərəfindən Cavabdeh Bakı şəhəri, Şərifzadə küçəsi, ev 100 ünvanında yerləşən binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122 kv.m olan 3 otaqlı, 75 saylı mənzil 134200 manata satılmışdır. xx.xx.2013-cü il tarixli, 186/1 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi, ev 100 ünvanında yerləşən binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 122 kv.m olan 3 otaqlı, 75 saylı mənzil xx.xx.2013-cüv il tarixli, 186 saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olmuşdur. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış borc məbləği ümumilikdə 261467.96 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləğini ödəməsi barədə məktub göndərilmişdir. xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən iddiaçı bankın hesabına kredit ödənişləri edilmişdir İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat qrafasından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 552 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122 kv.m olan 3 otaqlı, 75 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. Sözügedən mənzilin ipoteka ilə yüklü edilməsi barədə məlumat aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 xx.xx.2020-ci il tarixli çıxarışa əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122 kv.m olan 3 otaqlı, 75 saylı mənzili X1. Tərəflərin izahatları: Məhkəmədə işə baxılarkən "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" MTK vətəndaşla müqavilə bağlayır, vətəndaş da banka kredit ödəyir. Sonra vətəndaş gəlir və ödəyə bilmədiyini bildirir. MTK demişdir ki, evi başqasına satır. Həmin mənzili MTK başqasına satmışdır. Evin çıxarışı olmamışdır. Müqavilə ilə olan mənzil başqasına satılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Zaminbankın müdiri şəxsən özü gəlib cavabehin evinə girmiş, tutub qolundan ailəsi ilə birlikdə evdən çıxarmışdır. Cavabdeh məşqçidir, hazırda Moldaviyadadır. Özündə sənədlər olmuşdur, lakin indi tapa bilməmişdir. Bank ona hələ 25000 pul vermişdir. Sözsüz ki, evi MTK satır, pulu ayıran bankdır. Vətəndaş pulu bankdan götürüb MTK-ya verib evi almışdır. Lalə MTK da pulu alıb müqaviləsini bağlamışdır. Beləliklə banka borcu yaranmışdır. Borcu ödəyə bilməyəndə ev Zaminbankın girovunda olduğuna görə evdən Zaminbank çıxarmalıdır. 2016-cı ildə onu çıxarıb çölə atmışlar. 25000 manat da pul vermişlər, indiyədək də maraqlanmamışlar. Zaminbankın rəhbəri belə şeylərə görə tutulmuşdur. Zaminbankın mülkiyyətində olan evi Lalə MTK necə sata bilər? 2016-cı ildən vətəndaş orada yaşamır, yaşamadığı yerdən necə çıxaracaqlar? Eyni zamanda iddia müddəti də ötürülmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə sonuncunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi əsas verən haldır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı bank tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixdə 180 ay müddətinə 116954 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə aylıq ödənişlər etmiş, sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə baş tutmuşdur. Göründüyü kimi kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2016-cı ildə edilsə də, bank tərəfindən borcluya ödənişin edilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməmiş, yalnız xx.xx.2024-cü ildə, yəni 8 il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qabaq bildiriş göndərilmişdir. Halbuki, bankların təcrübəsində kredit ödənişləri gecikdirildiyi halda kredit müqaviləsi üzrə tərəfə yazılı bildiriş göndərilir və bank borcluya ödənişlərin edilmədiyi halda bununla bağlı bildiriş göndərməli idi. Məhkəmə bundan başqa qeyd edir ki, cavabdehin bankdan pul məbləğini kredit müqaviləsi ilə götürməsinə əsas "xxxx" MTK ilə aralarında bağlanmış əmlakın satılması ilə bağlı müqavilə olmuş, hansı ki, həmin əmlak da ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Lakin məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı həmin əmlakın ipoteka ilə yüklü edilməsi barədə bildirişi iddia ərizəsinə əlavə etməmişdir, habelə bununla bağlı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxsinə sorğu verilmiş və sonuncunun cavabı ilə məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122 kv.m olan 3 otaqlı, 75 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. Mənzilin onun adına qeydə alınmasına əsas xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi olmuş, həmin müqaviləyə əsasən X6 xx.xx.2020-ci il tarixli çıxarışa əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122 kv.m olan 3 otaqlı, 75 saylı mənzili X1. Sözügedən mənzilin ipoteka ilə yüklü edilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi izahat verərək göstərmişdir ki, mənzil 2016-cı ildə cavabdehin kredit ödənişlərini etməməsi səbəbindən bankın nümayəndələri tərəfindən boşaldılaraq satılmış, hələ cavabdehə mənzilin satılmasından 25000 manat pul vəsaiti də verilmişdir. Bundan başqa iddiaçının nümayəndəsi öz izahatında həmin mənzilin satılmasını təsdiq edərək qeyd etmişdir ki, vətəndaş bank borcunu ödəyə bilmədiyindən "xxxx" MTK tərəfindən ev başqasına satılmışdır. Məhkəmə qeyd edilən hallara aydınlıq gətirmək məqsədilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclaslarını dəfələrlə təxirə salaraq tərəfi dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin hallarına, təqdim edilmiş sübutlara qiymət verərək, habelə mövcud məhkəmə praktikası nəzərə alınmaqla qeyd edir ki, cavabdeh müvafiq mənzili almaq məqsədilə bankdan kredit götürmüş, həmin mənzil barəsində ipoteka müqaviləsi bağlanmışdır. Lakin borclu son dəfə xx.xx.2016-cı ildə ödəniş etmiş, kredit müqaviləsi üzrə öhədliklərini vaxtında icra edə bilməmişdir. Həmçinin mənzilin ipoteka predmeti olması barəsində bildiriş mövcud deyil, habelə mənzil başqa şəxsin xüsusi mülkiyyətindədir. Bundan başqa cavabdeh tərəf mənzilin 2016-cı ildə satıldığını və artıq qalan 25000 manat vəsaitin cavabdehə qaytarıldığını da bildirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı tərəf öz istinad etidiyi halları sübut etməli olduğundan, hazırkı halda iddiaçı cavabdehin banka kredit borcunun mövcud olması ilə bağlı öz tələbinində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə təcrübəsində kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi 180 ay müddətinə bağlanmış olsa da, cavabdeh tərəfindən son ödəniş xx.xx.2016-cı ildə edilmiş, müqavilə üzrə öhdəliyin pozulduğu vaxt 2016-cı ilə təsadüf etmişdir. Belə olan halda iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi özlüyündə əsaslı olmadığından və iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut etmədiyindən iddia müddətinin tətbiq edilməsilə iddianın rədd edilməsinə əsaslar mövcud deyil. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə: Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar