Məhkəmə qərarları › İş №e-2(007)-2017/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2017/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2017/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M-1686 nömrəli icarə müqaviləsinə əsasən, GRATHOS CDD 775 tipli 700 KVA-lıq generatora istismar şərtlə pozulması nəticəsində vurulmuş 25 000 (iyirmi beş min) manat zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında GRATHOS CDD 775 tipli 700 KVA-lıq generatorun Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında quraşdırılaraq ikincinin istifadəsinə verilməsinə dair xx.xx.2021-ci il tarixli 3M-1686 nömrəli ic müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri icra edərək, tam işlək vəziyyətdə olan müvafiq generatoru icarəçinin istifadəsinə təhvil vermişdir. Tərəflər arasındakı müqavilə münasibətləri xx.xx.2024-cü il tarixinədək davam etmiş, lakin Cavabdeh ASC-nin təşəbbüsü müqaviləyə notarial qaydada, vaxtından əvvəl, xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra müqavilə müddətində avadanlığın texniki normalara uyğun olmayan formada istismar edildiyi və nəticədə onun yarasız hala salındığı İddiaçı məlum olmuşdur. Belə ki, icarəçinin istifadəsinə tam saz formada təhvil verilmiş avadanlığın real bazar qiyməti 200.000 (iki yüz min) manatdır. Hazırda həmin avadanlığın yenidən bərpa edilməsi, işlək vəziyyətə qaytarılması üçün 25 000 (iyirmi beş min) manat vəsaitə ehtiyac vardır. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli 3M-1686 nömrəli icarə müqaviləsinin 2.2.2-ci maddəsi ilə quraşdırılmış avadanlığın bütün xərcləri, texniki şərtlərə uyğun texniki xidmətinin aparılması, istismar üçün yanacaq və sürtkü maddələrini, həmçinin istismar müddətində yarana bilən nasazlıqların aradan qaldırılmasını öz vəsaiti hesabına aparmaq icarəçinin öhdəliyi kimi müəyyən edilmişdir. Və həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, müqaviləyə xitam verildikdən sonra icarəçi avadanlığı təbii aşınma və normal köhnəlmə nəzərə alınmaqla, yəni işlək vəziyyətdə icarəyə təhvil verməlidir. Halbuki, icarəçi tərəfindən təhvil verilmiş avadanlığa müqavilə müddəti ərzində heç bir texniki xidmətin göstərilmədiyi, istismar şərtlər pozulması ilə ona ciddi zərər vurulduğu tam aydın görünür. Bu səbəbdən, icarəçi avadanlığı rəsmi qaydada, təhvil-təslim aktı imzalama qaytarmaqda maraqlı olmamış, onu nasaz vəziyyətə saldığını bildiyi üçün tələsik halda müqaviləyə vaxtından əvvəl xitam vermişdir. Qeyd edilən hallar İddiaçı məlum olduqdan sonra, avadanlığa vurulmuş zərərin aradan qaldırılmasını cavabdehə təklif etmiş, bunun heç bir nəticəsi olmamışdır. Bundan əlavə, dəymiş zərərin aradan qaldırılması üçün lazım olan müvafiq məbləğdə vəsaitin ödənilməsi tələb cavabdehə pretenziya məktubu ünvanlanmış, amma cavabdeh tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Hazırda, dəymiş zərərin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-nin nümayəndəsi X2 elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz verərək, etirazında göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. 29 sentyabr 2021-ci ildə İddiaçı ərizəsi əsasında Crathos CCD 775 generatorun bazar dəyəri 67000 (altmış yeddi min) manat qiymətləndirilib. Qiymətləndirici şirkət "xxxx" MMC. Rəy əlavə olunur. Generatorun şəkilləri var. Bazar araşdırması aparılıb. Müxtəlif vaxtlarda generatora xidmətə görə ödənişlər edilmişdir. Hesab Fakturalar və təhvil təslim aktları əlavə olunub. ESTET şirkəti ilə müqavilə mövcuddur. Şirkət generator satışı və xidməti ilə məşğul olur. 20 may 2024-cü il tarixli dövrü nəzarət formu (Qüsur aktı) əlavə olunur. 25000 manat zərərin, 170 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, 2021-ci ildə müqavilə bağlanıb və 2024-cü ildə həmin müqaviləyə xitam verilib. Generatorun bazar qiyməti 200000 manatdır. Mütəxəssis rəy verib ki, 26.000 manat bərpa üçün vəsait lazımdır. Lakin, onlar 25000 manat və dövlət rüsumunu cavabdehdən tələb edirlər. Təhvil-təslim aktı da yoxdur. İddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdehin etirazını və iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İcarəyə verən” İddiaçı və “İcarəçi” Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İcarəyə verən Bakı şəhəri, Babək prospekti 74 ünvanında yerləşən sahəsində “GRATHOS CDD 775” tipli, 700 KVA-lıq generatoru quraşdıraraq icarəçinin istifadəsinə verir. Həmin müqavilənin: 2.2.2-ci maddəsi ilə quraşdırılmış avadanlığın bütün xərcləri, texniki şərtlərə uyğun texniki xidmətinin aparılması, istismar üçün yanacaq və sürtkü maddələrini, həmçinin istismar müddətində yarana bilən nasazlıqların aradan qaldırılmasını öz vəsaiti hesabına aparmaq icarəçinin öhdəliyi kimi müəyyən edilmişdir. 3.2-ci maddəsinə əsasən, müqaviləyə xitam verildikdən sonra icarəçi avadanlığı təbii aşınma və normal köhnəlmə nəzərə alınmaqla, yəni işlək vəziyyətdə icarəyə təhvil verməlidir. - İddiaçı ilə Cavabdeh ASC-nin adından X2 arasında bağlanılmış müqavilənin ləğvinə dair xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam vermişlər. - "xxxx" MMC tərəfindən İddiaçı təklifi əsasında verilmiş xx.xx.2024-cü il tarixli X1 görünür ki, “GRATHOS CDD 775” tipli, 700 KVA-lıq generatorun təmir-bərpa xərci 26164 manat, 18%-lə ƏDV-si 4709.52 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli Pretenziyadan görünür ki, cavabdeh “GRATHOS CDD 775” tipli, 700 KVA-lıq generatorun vəziyyətinin bərpa edilməsi üçün tələb edilən 25000 manat pul vəsaitinin 3 gün müddətində iddiaçıya ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - Cavabdehin nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktlarının, qaimə-fakturaların və mütəxəssis rəyinin surətləri sübut qismində məhkəməyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 170 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “İcarəyə verən” İddiaçı və “İcarəçi” Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, İcarəyə verən Bakı şəhəri, Babək prospekti 74 ünvanında yerləşən sahəsində “GRATHOS CDD 775” tipli, 700 KVA-lıq generatoru quraşdıraraq icarəçinin istifadəsinə verir. Həmin müqavilənin 2.2.2-ci maddəsi ilə quraşdırılmış avadanlığın bütün xərcləri, texniki şərtlərə uyğun texniki xidmətinin aparılması, istismar üçün yanacaq və sürtkü maddələrini, həmçinin istismar müddətində yarana bilən nasazlıqların aradan qaldırılmasını öz vəsaiti hesabına aparmaq icarəçinin öhdəliyi kimi müəyyən edilmişdir. 3.2-ci maddəsinə əsasən, müqaviləyə xitam verildikdən sonra icarəçi avadanlığı təbii aşınma və normal köhnəlmə nəzərə alınmaqla, yəni işlək vəziyyətdə icarəyə təhvil verməlidir. İddiaçı ilə Cavabdeh ASC-nin adından X2 arasında bağlanılmış müqavilənin ləğvinə dair xx.xx.2024-cü il tarixli müqavilə ilə, tərəflər aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam vermişlər. Hazırda iddiaçı, müqaviləyə xitam verildikdən sonra müqavilə müddətində avadanlığın texniki normalara uyğun olmayan formada istismar edildiyi və nəticədə onun yararsız hala salındığını bildirir, cavabdehin isə dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən pulni tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra tələb etmək hüququ vardır; 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşd ırılr radə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, y şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda şgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil o öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçi icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi ican verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 700.4-cü maddəsinə görə, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilm barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı ayı sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri al andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılım hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən pul tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki halları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında “GRATHOS CDD 775” tipli, 700 KVA-lıq generatorun icarəsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən, quraşdırılmış avadanlığın bütün xərcləri, texniki şərtlərə uyğun texniki xidmətinin aparılması, istismar üçün yanacaq və sürtkü maddələrini, həmçinin istismar müddətində yarana bilən nasazlıqların aradan qaldırılmasını öz vəsaiti hesabına aparmaq icarəçinin öhdəliyi kimi müəyyən edilmişdir. Müqavilə ləğv edildikdən sonra, iddiaçı sözügedən avadanlıqda olan nasazlıqların aradan qaldırılması barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən nasazlıqlar aradan qaldırılmamışdır, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili qiymətləndirmə nəticəsində nasazlığın aradan qaldırılması üçün bərpa xərclərinin 26164 manat müəyyən edildiyini, bununla belə iddia tələbində göstərilən 25000 manat və 170 manat dövlət rüsumunun ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən avadanlıq saz vəziyyətdə cavabdehin istifadəsinə təqdim edilmişdir, bu işin mübahisəsiz halıdır. Müqavilə üzrə cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin məhkəməyə sübut qismində təqdim etdiyi təhvil-təslim aktlarının, qaimə-fakturaların və mütəxəssis rəyinin surətlərinə münasibətdə isə məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh tərəfindən avadanlığın iddiaçıya saz vəziyyətdə geri qaytarılması (təhvil-təslim aktı və.s) sübuta yetirilməmişdir, həmin sənədlər iddia tələbinin rədd edilməsinə dəlalət edə biləcək mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli 3M- 1686 saylı nömrəli icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775” tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 manat maddi zərər və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli 3M-1686 saylı nömrəli icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775” tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 manat maddi zərər və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar