Məhkəmə qərarları › İş №e-2(007)-202/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-202/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-202/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələ oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002859 nömrəli Bank Xidmətləri Müqaviləsinə KM006T09170021 nömrəli 5 saylı Əlavəyə əsasən bank müştəriyə illik 29% olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 900 (doqquz yüz) AZN məbləğində kredit açmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2297,62 (iki min iki yüz doxsan yeddi manat, 62 qəpik) AZN təşkil edir. Bundan 699,61 (altı yüz doxsan doqquz manat, 61 qəpik) AZN əsas, 863,88 (səkkiz yüz altmış üç manat, 88 qəpik) AZN faiz, 630,23 (altı yüz otuz manat, 23 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərcaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 103,90 (yüz üç manat, 90 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********067 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən cəmi borcu 2297,62 (iki min iki yüz doxsan yeddi manat, 62 qəpik) AZN, bundan 699,61 (altı yüz doxsan doqquz manat, 61 qəpik) AZN əsas, 863,88 (səkkiz yüz altmış üç manat, 88 qəpik) AZN faiz, 630,23 (altı yüz otuz manat, 23 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərcaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 103,90 (yüz üç manat, 90 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 42,98 (qırx iki manat, 98 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizə ilə məhhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirib, iddia tələbinin tam təmin edilməsinə fair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (istifadəsində olan mobil nömrəsinə sms bildirişin çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 002859 saylı Bank xidmətləri müqaviləsi və ona edilmiş 5 saylı KM006T09170021 nömrəli, xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 29 faizlə 900 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 24 ay ərzində kredit vəsaitinin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 699,61 manat əsas borcu, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 863,88 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 630,23 manat cərimə, müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 103,90 manat borc olmaqla, cəmi 2297,62 manat borcu vardır; - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün ləğv prosesində olan İddiaçı ASC tərəfindən 42,98 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9021 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s). 15 sentyabr 2017-ci il tarixli, 002859 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə 817,17 manat əsas borc, 296,77 manat faiz borcu, xx.xx.2022-ci il tarixə 817,17 manat əsas borc, 1048,52 manat faiz borcu və xx.xx.2023-cü il tarixə 817,17 manat əsas borc, 1091,97 manat faiz borcu. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 002859 saylı Bank xidmətləri müqaviləsi və ona edilmiş 5 saylı KM006T09170021 nömrəli, xx.xx.2017-ci il tarixli əlavəyə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 29 faizlə 900 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müddət ərzində kredit vəsaitinin müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Kredit vəsaitini sərf etməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2017ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 699,61 manat əsas borcu, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 863,88 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 630,23 manat cərimə, müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 103,90 manat borc olmaqla, cəmi 2297,62 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı iş üzrə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/9021 nömrəli rəydən görünür ki, Cavabdeh 15 sentyabr 2017-ci il tarixli, 002859 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna, yəni xx.xx.2019cu il tarixə əsas borc üzrə 817,17 manat əsas borc, 296,77 manat, xx.xx.2022-ci il tarixə 817,17 manat əsas borc, 1048,52 manat faiz borcu və xx.xx.2023-cü il tarixə 817,17 manat əsas borc, 1091,97 manat faiz borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdeh 15 sentyabr 2017-ci il tarixli, 002859 saylı kredit müqaviləsi üzrə borcunu müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı iddia tələbində cavabdehin kredit müqaviləsi üzrə əsasən borcunu 699,61 manat kimi göstərmişdir. İddiaçının iddia tələbinin həcmini artırmadığını, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 699,61 manat məbləğində pul tutulmaqla təmin edilməlidir. Məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 9/9021 nömrəli rəyi ilə Cavabdeh 15 sentyabr 2017-ci il tarixli, 002859 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 296,77 manat müəyyən etmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh müqavilə müddəti bitən tarixə 296,77 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 103,90 manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 630,23 manat miqdarında cərimə (dəbbə pulu) 699,61 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq, 45 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" ASC tərəfindən 42,98 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/9021 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 42,98 manat dövlət rüsumunun 21,56 manatı iddiaçıya, 21,42 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 50,15 manatı iddiaçıdan, 49,85 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 699,61 manat əsas borc, 296,77 manat faiz, 45 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 103,90 manat borc olmaqla, cəmi 1145,28 manat borc və ödənilmiş 21,42 manat dövlət rüsumunun əvəzi Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 27,20 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50,15 manatı ləğv prosesində olan "xxxx" ASC-dən və 49,85 manatı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 699,61 manat əsas borc, 296,77 manat faiz, 45 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 103,90 manat borc olmaqla, cəmi 1145,28 manat borc və ödənilmiş 21,42 manat dövlət rüsumunun əvəzi Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 27,20 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50,15 manatı ləğv prosesində olan "xxxx" ASC-dən və 49,85 manatı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar