Məhkəmə qərarları › İş №e-2(007)-2033/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2033/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2033/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "Bank Respublika” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Bank Respublika” ASC. Cavabdehlər- Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilələr- Cavabdeh3 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 032CASA191580001 nömrəli kredit müqaviləsi, Cavabdeh1 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 032FİZAM47598102 nömrəli zaminlik müqaviləsi və Cavabdeh2 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 032FİZAM14368903 nömrəli zaminlik müqaviləsi Müqavilənin predmeti- kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ- 1828,31 manat əsas borc, 16,55 manat faiz borcu, 16,54 manat cərimə borcu olmaqla, cəmi 1861,4 manat borc və 38,62 manat dövlət rüsumu. Sübutlar: Kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 421.2-ci, 462.1-ci, 470.1-ci, 472.1-ci və 472.2-ci maddələri. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1828,31 manat əsas borc, 16,55 manat faiz borcu, 16,54 manat cərimə borcu olmaqla, cəmi 1861,4 manat borc və 38,62 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar