Məhkəmə qərarları › İş №e-2(007)-2048/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2048/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2048/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçıASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının ərizəsinə əsasən əsl olmayan tərəf-İddiaçıASC əsl olan tərəflə-İddiaçıASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini onunla əsaslandırdı ki,xx.xx.2015-ci il tarixli İKM 186 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçıASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 1230 manat kredit verilmişdir.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli İKM 186 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş,ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə 918.93 manat əsas borcu,kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi xx.xx.2016-cı il tarixinə 1206.85 manat faiz borcu,müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 260.13 manat borcu 726.62 manat cərimə olmaqla cəmi 3112.53 manat borcu qalmışdır. Ləğv prosesində olan İddiaçıASC tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərfindən bu günədək borc ödənilməmişdir.Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçıASC-nin xeyrinə 918.93 manat əsas borcu,kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi xx.xx.2016-cı il tarixinə 1206.85 manat faiz borcu,müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 260.13 manat borcu 726.62 manat cərimə olmaqla cəmi 3112.53 manat ödənilməmiş borcun və 52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçıASC-nin Təbriz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 186 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 1230 manat kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur. Atrabank”ASC-nin Təbriz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zamnlik müqaviləsindən görünür ki, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. Maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli İKM 186 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 918.93 manat əsas borcu,kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi xx.xx.2016-cı il tarixinə 1206.85 manat faiz borcu,müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 260.13 manat borcu 726.62 manat cərimə olmaqla cəmi 3112.53 manat ödənilməmiş borcu vardır. Xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Ödəniş tapşırığından görünür ki,məhkəmədə iddia qaldırmaq üçün iddiaçı 52 manat dövlət rüsumu haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, İddiaçıASC-nin Təbriz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 186 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 1230 manat kredit verilmişdir. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də, cavabdeh öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixli İKM 186 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 918.93 manat əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi xx.xx.2016-cı il tarixinə 1206.85 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 260.13 manat borcu vardır. Məhkəmə əsas borcun faizlərin və dövlət rüsumunun tutulması hissəsində iddianı əsaslı hesab edir. İddianın 726.62 manat cərimə tələbinə dair hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki, həmin məbləğdə cərimə əsas borca nisbətdə tənasübsüz olaraq yüksəkdir.Ona görə də cərimənin azaldılaraq 70 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçıASC-nin xeyrinə 918.93 manat əsas borc,kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi xx.xx.2016-cı il tarixinə 1206.85 manat faiz borcu,müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 260.13 manat faiz borcu 70 manat cərimə olmaqla cəmi 2455.91 manat borc və 52 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 918.93 manat əsas borc,kredit müqaviləsi üzrə öhdəliklərin bitdiyi xx.xx.2016-cı il tarixinə hesablanmış 1206.85 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 260.13 manat faiz borcu 70 manat cərimə olmaqla cəmi 2455.91 manat borc və 52 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar