Məhkəmə qərarları › İş №e-2(007)-2057/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2057/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2057/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 966,72 manat əsas, 15,04 manat faiz borcu olmaqla, cəmi 981,76 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Kart mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № CO0514728 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Kart mərkəzinin müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 2490,92 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bankın Kart mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsası olmadan 2490,92 manat məbləği hesabdan çıxarmış, həmin məbləğə 15,04 manat faiz hesablanmışdır. Cəmi məbləğdən 1524,20 manat silinmə aparılmışdır. Cavabdeh Banka 966,72 manat əsas, 15,04 manat faiz borcu olmaqla, cəmi 981,76 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-12949/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə etiraz: Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinə münasibətdə etiraz verilərək bildirilmişdir ki, iddia tam əsassızdır və heç bir sübutu yoxdur. Belə ki, onun şəxsi istifadəsində olan plastik kart ona məxsusdur və hesab nömrələri arası köçürmə, nəqdləşmə, alış-veriş taksitlərini həmin kart vasitəsi ilə həyata keçirir. Cavabdeh müxtəlif tarixlərdə müxtəlif hesablara mədaxil və müxtəlif hesablardan onun plastik kart hesabına məxariclər olmuşdur. Cavabdeh hər zaman banklarla münasibətdə şəffaf olmuş və bu günə qədər heç bir qayda pozuntusuna yol verməmişdir. İddiaçının pul köçürmə əməliyyatında cavabdehin heç bir məlumatı olmamışdır və cavabdeh dəfələrlə Bank əməkdaşları ilə əlaqə saxlayaraq ona məxsus plastik kartda olan hesabına naməlum ünvandan pul köçrüldüyünü bildirmişdir. Həmçinin pul əməliyyatının texniki səhv ucbatından ona məxsus hesaba köçməsi və geri qaytarılması haqqında pretenziyanı məhkəmə bildirişi aldığı tarixdən sonra onun ünvanına poçt vasitəsi ilə daxil olmuşdur. Bu səbəbdən Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində nəzərdə tutulmuş mülki hüquq pozuntusuna (delekt) yol verməmişdir. Hesab edir ki, iddiaçının mülki tələbi tam əsassızdır, qeyd olunanlar fakta və iddi ərizəsində göstərilənlər heç bir sübuta istinad olunmur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbinə münasibətdə bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ilə müraciət etmişdir. Belə ki, o, 2025-ci ilin yanvar ayında belə bir vəsaitin başqa bir şəxsdən gələcəyini gözləmiş, çünki ona 2000 manatın hesabına göndəriləcəyi bildirilmişdir. Pulu göndərən şəxs də bildirmişdir ki, pulu göndərəcəyinə dair qəbz də göndərəcəkdir. Bundan sonra onun balansında 2400 manat görünmüş, o da pulun həmin şəxs tərəfindən göndərilməsini düşünmüş və səhəri gün pulu çıxarıb başqa karta yükləmişdir. Onun niyyəti telefon almaq olmuşdur. Daha sonra kartında “-960” manat qeyd edilmiş, bununla da ona məlum olmuşdur ki, kartından vəsait də çıxarıblar. Üzərindən 1 ay 10 gün keçəndən sonra bank əməkdaşı ona zəng edib bildirmişdir ki, onda olan texniki xəta ilə bağlı olan məbləğ 500 manatdır, o isə məbləğin 1000 manat olduğunu bildirmişdir. Texniki səhv ucbatından o aldadılmış olur. Belə çıxır ki, bank bu gün onunla bağlı məlumatda səhv edirsə, sabahısı gün başqa şəxsin məlumatında da yanlışlıq edəcəkdir. Ona əvvəlcədən bank tərəfindən bu məsələ ilə bağlı məlumat verilmiş olsa idi, o, həmin pulu xərcləməz və banka geri qaytara bilərdi. Onun bu barədə məlumatı 2025-ci ilin yanvar ayında olmuş, bank tərəfindən belə bir texniki səhv barədə ona heç bir məlumat verilməmişdir. Bankla əlaqə saxlayanda overdraft tətbiqində problem olduğunu demişlər, o da məlumat verməmə səbəblərini soruşduqda ona 1 aydan sonra məlumat verəcəklərini bildirmişdirlər. O həmçinin məhkəmə tərəfindən vəsaitin tutulması barədə qərar çıxarılarsa vəsaitin hissə-hissə qaytarılması barədə ona iddiaçının möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izah verərək onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, bu kateqoriya işlərdə xəta ilə bağlı vətəndaşa SMS göndərilmir. Vəsaitin qaytarılması ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Vəsaitin hissə-hissə qaytarılması barədə məsələyə qərarın icrası mərhələsində baxıla bilər. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, CO0514728 nömrəli “Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair” müqavilədən görünür ki, tərəflər cavabdehin adına ödəniş kartının buraxılmasına, müştərinin adına bank hesablarının açılmasına, kartın dövriyəyə buraxılması, kartdan istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılmasına, kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər. “Bank kartının sifarişinə dair ərizə”dən görünür ki, Cavabdeh "xxxx" ASC-yə etibarlılıq müddəti 5 il olmaqla, kart verilməsini xahiş etmişdir. Cavabdeh 5 il müddətinə kart verilmişdir. xx.xx.2025-ci il tarixli, “Əsassız varlanmanı əks etdirən” arayışdan görünür ki, əsassız varlanmaya səbəb olan məbləğ- 2490,92 manat, cəmi ödənilmiş məbləğ-1524,20 manat, əsassız varlanmaya səbəb olan qalıq məbləğ-manat, hesablanmış faiz (5%)-15,04 manat, əsassız varlanmaya səbəb olan cəmi məbləğ- 981,76 manatdır. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış ******************** saylı hesab üzrə xx.xx.2023-xx.xx.2025-ci il tarixədək dövri əhatə edən çıxarışdan görünür ki, texniki xəta nəticəsində köçürülmüş vəsaitdən 966,72 manat bərpa edilməmişdir. Ona görə də cavabdehin iddiaçıya 966,72 manat məbləğdə əsas gorcu və 2490,92 manat vəsaiti hesabdan çıxardığı üçün həmin vəsaitə görə hesablanmış 15.04 manat faiz borcu olmaqla ümumilikdə 981,76 manat borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə kart hesabının qalığından artıq məbləğdə əməliyyat apararaq, ona aid olmayan 981,76 manat vəsaiti istifadə etməsi, buna görə də borcunun yaranması bildirilmişdir. Öhdəliyi 3 gün ərzində yerinə yetirmədiyi təqdirdə tərəflərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı olan “pul” tələbini cavabdehin ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitindən istifadə etməsi nəticəsində yaranmış borcun cavabdeh tərəfindən ödənilməməsi ilə əsaslandırmışdır. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, № CO0514728 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə zidd olaraq ona aid olmayan vəsaitdən istifadə etmiş və nəticədə texniki overdraft yaranmışdır. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kart hesabından (********************) xx.xx.2024-cü il tarixdə xx.xx.2025-ci il tarixədək 2490,92 vəsait silinmiş həmin vəsaitin 1524,20 manat hissəsi bərpa olunmuş. Nəticədə müştəri özünün olmayan 966,72 manat məbləği istifadə etməklə və banka qaytarmamaqla iddiaçının xeyrinə həmin vəsait məbləğində əsassız varlanmışdır. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanıb. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 966,72 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 15,04 manat həcmində hesablanmış faiz” hissəsinə münasibətdə hesab edir ki, Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 966,72 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün hesablanmış 15,04 manat faiz, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 966,72 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün hesablanmış 15,04 manat faiz, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar