Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2078/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahları 28 fevral 2003-cü il tarixli, 461 nömrə ilə qeyd olunmuşdur. Ailə həyatı qurduqdan sonra xx.xx.2004cü ildə X9 və xx.xx.2006-cı ildə X10 adında övladları dünyaya gəlmişdir. Nikahlarının ilk zamanlarında, eləcə də növbəti illərdə böyük problemləri olmasa da, daha sonralar münasibətləri pisləşmişdir. Nəzərə çatdırmaq istəyir ki, Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-563/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və cavabdehdən övladlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qətnamə icra edildiyi gündən başlayaraq hər ay hər uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində alimnetin tutulması qət edilmişdir. Bildirmək istəyir ki, yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların təlabatı və müvafiq olaraq xərcləri də artır. Belə ki, övladlarının hər biri məktəbə gedirlər. Məhkəmə tərəfindən hər ay hər uşağa görə təyin edilmiş 90 AZN onların məktəb və digər xərclərinin qarşılamağa kifayət etmir. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Ona görə də, hər uşağa görə məhkəmə tərəfindən təyin edilmiş məbləğin artırılmasını xahiş edir. Yanında yetkinlik yaşına çatmayan uşaqların olması səbəbilə iddia ərizəsini yaşadığı yer üzrə məhkəməyə verir. Qeyd edilənlərə Cavabdeh xx.xx.2004-cü ildə X3 və xx.xx.2006-cı ildə X4 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay sabit pul məbləğində 193 manat pulun xeyrimə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 avqust 2022-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü ildə dünyaya gəlmiş X5 münasibətdə mediasiyaya müraciət etdikləri tarixdən 18 yaşına çatana kimi hər ay 193 manat məbləğində və xx.xx.2006-cı ildə dünyaya gəlmiş X7 münasibətdə yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay sabit pul məbləğində 193 manat pulun xeyrinə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxılıb iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, hər uşağa görə ayda 150 manat, ümumilikdə isə 300 manat pul ödəyir. O, "xxxx" QSC-də işləyir. Aylıq əmək haqqı məbləği 340 manatdır. Hazırda ailəli deyil. Xəstə anasının ehtiyaclarını da o ödəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin qismən edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 017594 saylı nikah haqqında şəhadətnamənin suərtindən görünür ki, X12 ilə X13 28 fevral 2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 461 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alaverdev, arvada Alaverdova soyadı verilmişdir;. - AZ-İ seriyalı, 450022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 yanvar 2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İ seriyalı, 437986 saylı doğum haqqında şəhadətnamənin görünür ki, X11 23 yanvar 2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(007)-205/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı аrаsındа 28 fevral 2003-cü il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 461 № ilə qеyd edilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-563/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-6290/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-563/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-563/2020 saylı qətnaməsi qismən, yəni alimentin tutulması hissəsində ləğv edilərək xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi, qətnamənin qeyd edilən hissədə dərhal icra olunması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə xx.xx.2004-cü il tarixdə Fatimə və xx.xx.2006-cı il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq, hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə xx.xx.2004-cü ildə dünyaya gəlmiş X5 münasibətdə mediasiyaya müraciət etdikləri tarixdən 18 yaşına çatana kimi hər ay 193 manat məbləğində və xx.xx.2006-cı ildə dünyaya gəlmiş X7 münasibətdə yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay sabit pul məbləğində 193 manat pulun xeyrinə tutulmasını xahiş etmişdir. Göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2004-cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixindən yetkinlik yaşına çatmış hesab olunur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi X1 üçün tutulan alimentin artırılması hissəsində münasibətdə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, 2022-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə X2 çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia xx.xx.2006-cı il təvəllüdlü X7 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-6290/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 23 yanvar 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 yanvar 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(103)-6290/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 23 yanvar 2006cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2078/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2078/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver