Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2088/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(007)-552/2021 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş Emiliya və Atilla onun himayəsinə verilmiş, Cavabdeh 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 22 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentinonun xeyrinə tutulması qət edilmişdir. Hazırda övladları Emiliya 10 yaşındadır, Atilla isə 8 yaşındadır. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, tərəflər boşanarkən Atilla məktəbə getməsə də, indi 2-ci sinifdə təhsil alır və yay tətilindən sonra 3-cü sinifdə oxuyacaqdır. Bu barədə 248 nömrəli tam orta məktəbin arayışı iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa qeyd edilən qətnamə qəbul edilərkən Emiliya ibtidai sinifdə oxusa da, indi ibtidai sinifi 4-cü sinifini bitirib 5-ci sinifə keçmişdir. Bu barədə də 248 nömrəli tam orta məktəbin arayışı iddia ərizəsinə əlavə edilmişdir. Təbii ki, hər iki uşağın təhsil ilə bağlı məsrəfləri, tələbatları çoxalmış və artmışdır. Bundan başqa, hər iki uşaqda göz xəstəliyi var, Emiliyaya “müştərək daxili çəpqəzlik, mürəkkəb hipermetropen astiqmatizim” diaqnozu, Atillaya isə “zəif dərəcəli hipermetropiya” diaqnozu təyin edilmiş, həmin göz xəstəlikləri ilə əlaqədar olaraq hər iki uşaq mütamadi olaraq müalicə almağa başlamışlar və hər iki uşaq X13 adına Milli Oftamologiya Mərkəzində qeydiyyata alınmışlar. Bu barədə ambulator xəstənin fərdi vərəqələrinin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Uşaqların sağlamlığı ilə bağlı problemləri bununla yekunlaşmamış, Atillaya “sol tərəfli retraktil testis” diaqnozu təyin edilmiş, bununla da bağlı müalicə almağa başlamışdır və mütəmadi olaraq 2 aydan bir müayinə, müalicə olunmalıdır. Bu barədə X2 xx.xx.2023cü il tarixli baxış vərəqəsinin əsli iddia ərizəsinə əlavə edilmişdir. Emiliya isə ayaqlarında olan xəstəliklə əlaqədar hər ayaqqabı alınarkən ortapedik içlik istifadə etməyə məcbur qalmışdır. Bu içliklərin isə qiymətinin baha olduğu hər kəsə bəllidir. Emiliyanın sağ ayağına “yastıpəncəlik” diaqnozu təyin edilmiş, bununla bağlı ona konservativ müalicə yazılmış, 6 aydan sonra təkrar müayinə olunmalı olduğu qeyd edilmişdir. Bu barədə X2 xx.xx.2023-cü il tarixli 341 saylı arayışının əsli iddia ərizəsinə əlavə edilmişdir. Atilla ilə bağlı tez-tez həkimə müraciət edir, müxtəlif analizlər verilir və reseptlər təqdim edilir. Həmin analizlərin, reseptlərin, ultrasəs müayinəsinin və ödəniş qəbzinin əsli iddia ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi, uşaqların fiziki həyat və sağlamlığı ilə bağlı məsrəfləri yaranmış və artmışdır. Eyni zamanda bildirilir ki, keçən müddət ərizində ölkədə bir çox qida, geyim, tibbi və s. məlumatların, xüsusilə uşaqlar üçün olan qida, geyim, tibbi və s. məlumatların, xidmətlərin qiymətlərini artdığı hər kəsə məlum olan faktdır. Həmçinin, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəryir ki, uşaqların bütün qayğısı, ehtiyacı hazırda iddiaçı üzərinə düşür. Böyüdükcə uşaqların ehtiyac və tələbatları artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Dövlət Vergi Xidmətində qeydiyyatdadır. Qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya prosesinə müraciət edilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Bu barədə müvafiq sənədin səli iddia ərizəsinə əlavə edilmişdir. Arayış görünür ki, o, mediasiya xərci olaraq 50 manat pul ödəmişdir. Bütün bunlara görə qanunvericiliyə əsasən o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(007)-552/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini və hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat aliment verməyə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələləbinin azaldılmasına dair ərizə ilə məhkəyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(007)-552/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul edir və ondan 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı, 062242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 fevral 2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X7r; - AZ-İİ seriyalı, 615557 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 oğlu 01 sentyabr 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X7r; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-552/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X10 arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 04 sentyabr 2012-ci il tarixdə bağlanmış və 1110 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X6 anaları X4 himayəsinə verilməsi, Cavabdeh 28 fevral 2013-cü il təvəllüdlü X9 və 01 sentyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 22 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir; - AZ-İ seriyalı 379079 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X10 ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 may 2021-ci il tarixdə 106 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Məmmədli” soyadı verilmişdir; - 248 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 226 və 227 saylı arayışlarından görünür ki, X9 4-cü sinifdə X11 2-ci sinifdə oxuyur; - “X3” MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 “X3” MMC-də xx.xx.2023-cü il tarixində travmatoloqun qəbulunda olmuş və müayinlərdən kçmişdir. Diaqnoz: İCD10-M21.40 Yastıpəncəlilik. Qeyd: Pasiyent sağ ayaq yastıpəncəlilik şikayəti ilə müayinə olunmuşdur. Pasoyentə konservativ müalicə yazıldı və 6 ay sonra təkrar müayinəyə çağrıldı; - “X3” MMC-nin X6 ultrasəs müayinəsinə dair xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Qarın boşluğu USM: Qaraciyər ölçüsü (119 mm) və parenxim exosu normal dəyərlərdədir, Konturu təbiidir, Solid və ya kistoz törəmə izlənmədi, Vena porta normal genişlikdədir, Hepatik venlər patend olaraq dəyərləndirildi. Öd kisəsi ölçüləri və divar qalınlığı normaldır, Möhtəviyyatı homogendir, Kisə daxilində daş və ya hər hansı bir lezyon izlənmədi, Qaraciyər daxili və xarici öd yolları genişlənməmişdir. Dalaq ölçüsü (95 mm) norma daxilində olub, parenxim exoquruluşu homogendir. Mədəaltı vəzi qaz superpozisyonu səbəbi ilə tam dəyərləndiriləməmiş olub vizualize olunan qismlərində konturu və parenxim strukturu homogendir, Exosu normaldır, Peripankreatik piy toxuması açıqdır. Böyrəklərin ölçüləri və parenxim qalınlıqları normaldır. Hər iki böyrəkdə konkrement izlənmədi. Hər iki böyrək KL-sistemi nomal olaraq dəyərləndirilmişdir. Böyrəküstü vəzilərin lojasına aid patologiya izlənmədi. Sidik kisəsi optimal dolu olmayıb izləndiyi qədər divar qalınlığı normaldır, mənfəzində daş izlənmədi. Prostat vəzi və parenximi yaşa uyğundur. Qarın boşluğunda paraaortik böyümüş limfa düyünləri və ya sərbəst maye izlənmədi; - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də maşınları sazlayan fəhlə vəzifəsində işləyir və əmək haqqı məbləği 400 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Tərəfləflərin nikahları pozulmuş və birgə nikahdan olan övladları ananın yanında saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-552/2021 saylı qətnamə ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, 2023-cü il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün 2021-ci ildə hər ay 340 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 2 ildən artıq müddət keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmışdır, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə X9 və X1 çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan və cavabdeh iddiaya etiraz etmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-552/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir və iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-552/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2088/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2088/2023
04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver