Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2090/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 23.07.2014-cü il tarixli 129329-CNS-7225 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit verilib. Bank ilə cavabdeh arasında bağlanan 23.07.2014-cü il tarixli 129329-CNS-7225 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən cavabdehin 31.07.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 4052 manat məbləğində borcu illik 20 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılıb. 31.07.2015-ci il tarixə kapitallaşdırılan kredit məbləğinə əlavə 118,80 ABŞ dolları cərimə mövcuddur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, 31.07.2015-ci il tarixli 129329-CNS- 7225/1 saylı müqavilə üzrə kredit borcu 05.07.2019-cu il tarixdə restrukturizasiya olunub. Müqaviləyə əsasən kredit məbləği 14468,24 manat illik 1% dərəcəsi ilə 60 ay müddətinə verilib. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəlikləri 05.08.2020-c i il tarixdən icra etməyib və nəticəsində cavabdehin Banka 14290,32 manat əsas borc, 18,65 manat məbləğində faiz borcu, ümumilikdə isə 14308,97 manat məbləğində borcu qalıb. Borc üzrə cərimə tətbiq edilməyib. Tərəflər arasında bağlanan kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilib, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyib və öhdəliklər lazımınca icra edilməyib. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunub. Qeyd olunanlara əsasən Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 05.07.2019-cu tarixli 129329-CNS- 7225 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 25.02.2021-ci il tarixinə 14290.32 manat əsas borcun,18.65 manat faiz borcunun,cəmi 14308.97 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi,iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmuşdur. İş materiallarında olan: Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 23.07.2014-cü il tarixli 129329-CNS-7225 saylı “Nağd pul krediti müqaviləsi”-dən görünür ki, cavabdehə istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit verilib. Bank ilə cavabdeh arasında bağlanan 23.07.2014-cü il tarixli 129329-CNS-7225 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmadan görünür ki,cavabdehin 31.07.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 4052 manat məbləğində borcu illik 20 faiz hesablanması şərti ilə müqavilə 60 ay müddətinə uzadılıb. 05.07.2019-cu il tarixli müqavilədən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, 31.07.2015-ci il tarixli 129329-CNS- 7225/1 saylı müqavilə üzrə kredit borcu 05.07.2019-cu il tarixdə restrukturizasiya olunub. Müqaviləyə əsasən kredit məbləği 14468,24 manat illik 1% dərəcəsi ilə 60 ay müddətinə verilib. 23.07.2014-cü il tarixli kassa məxaric orderindən göörünür ki,caavbdehə 10726 manat kredit məbləği nəğd çəkildə ödənilib. 01.03.2021 tarixli ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, 23.07.2014-cü il tarixli 129329-CNS-7225 saylı “Nağd pul krediti müqaviləsi 31.07.2015-ci il tarixli 01 saylı “Razılaşma” və 23.07.2014-cü il tarixli 129329-CNS-7225 saylı müqavilənin restrukturizasiyasına dair 05.07.2019-cu il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə 14.286.48 manat əsas,22.43 manat faiz borcu vardır. 25.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə 14290.32 manat əsas borcun,18.65 manat faiz borcu,cəmi 14308.97 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank tərəfindən xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. İddiaçı öhdəliklərə əməl etməklə razılaşdırılmış məbləğdə pulu cavabdehə vermiş, o isə müqavilə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Nəticədə həmin müqavilə üzrə Cavabdeh 14290.32 manat əsas borcu,18.65 manat faiz borcu,cəmi 14308.97 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmaldır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırarıb qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 05.07.2019-cu tarixli 129329-CNS-7225 saylı “Nağd pul krediti müqaviləsi”nə və 05.07.2019-cu il tarixli restruktizasiya müqaviləsinə əsasən 14090.32 manat əsas borc,18.65 manat faiz borcu,cəmi 14108.97 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 05.07.2019-cu tarixli 129329-CNS-7225 saylı nəğd pul krediti müqaviləsinə və 05.07.2019-cu il tarixli restruktizasiya müqaviləsinə əsasən 14090.32 manat əsas borc,18.65 manat faiz borcu,cəmi 14108.97 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2090/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2090/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver