Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2104/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Alcan (Babayeva) Nübar Ənvər qızından “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 147 manat 18 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 327 manat 58 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli, UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. "xxxx" MMMC tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2011-ci il tarixdə həmin ünvanda yaşayan X2 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2020ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2020-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8565N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2020-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixə qədər olan müddət 446 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 147 manat 18 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun iddiaçı qurumla heç bir əlaqəsi yoxdur. Onun adına heç bir əmlak yoxdur. Qeyd olunan ünvanda isə heç vaxt yaşamamışdır. İclas tarixində Azərbaycanda olmayacağı nəzərə alınaraq məsələnin aydınlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək, məhkəmə baxışının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə iclasına gəlmədiyi və iştirakının mümkün olmadığı halda mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmirlər. Həmçinin, Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iclas tarixində Azərbaycanda olmayacağının nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2021-ci il tarixli, 8565 N saylı aktın surətindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının iştirakları ilə həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 1 “B” ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 180 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan X1 arasında bağlanmış müqaviləyə əsasən Katv 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2011-ci il tarixində bu ünvan Katv 1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2020-ci il tarixədək isə son ödəməsini etmiş, xx.xx.2020-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. - İddiaçı MMC-nin arayışından görünür ki, İddiaçı MMC-nin “K@TV1” kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixinədək 9 manatdır, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət və nəzarət edilməsindən ötrü “Ədalət-A“ LLC-yə 150 manat məbləğində vəsait ödənilmişdir. - "xxxx" MMMC-nin 57 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yaşayır. Mənzil ona məxsusdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci, 1096-cı, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Alcan (Babayeva) Nübar Ənvər qızından “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 147 manat 18 qəpik məbləğində vurulmuş zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, 8565 N saylı ak tərtib edilərək İddiaçı MMCyə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının iştirakları ilə həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 1 “B” ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 180 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması aşkar edilmiş, mənzilin qapısını açan olmadığından aktın surəti mənzilin qapısına qoyulmuşdur. Lakin həmin Akta cavabdeh imza etməmiş, həmçinin iş materiallarında iddia tələbində qeyd edilən qanunsuz olaraq KATV1 kabel şəbəkəsinə qoşulmanı təsdiq edən videogörüntü, yaxud fotoşəkillər də müəyyən olunmamış, məhkəmə tərəfindən təyin edilmiş iclaslarda bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçı iddia tələbində zərər məbləğini xx.xx.2020-ci il tarixdən yəni mənzilin kabel televiziyası şəbəkəsindən ayrılması günündən xx.xx.2021-ci il tarixə, yəni kabel şəbəkəsinə nəzarət baxış keçirilmiş tarixinə dək olan 446 gün üçün 147,18 manat məbləğində tələb etsə də, iş üzrə yalnız bir dəfə kabel şəbəkəsinə nəzarət baxış keçirilmiş, xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, lakin zərər məbləğini mübahisəli ünvandan kabel televiziyası şəbəkəsindən ayrılması vaxtından hesablanması əsaslandırılmamışdır. Məhkəmə həmçinin bildirir ki, qanunsuz qoşulma ilə bağlı ziyan tələbi rədd edildiyindən MPM-nin 119-cu maddəsinə əsasən nümayəndəyə çəkilən xərclərə görə 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat məbləğində xidmət haqqının, tutulub iddiaçıya verilməsi barədə tələb də əsassızdır. Məhkəmə iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədikləri barədə ərizəsinə münasibətdə qeyd edir ki, MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Lakin, hazırki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmə səsəbini məhkəməyə bildirmişdir. Buna görə də mülki işə qiyabi icraat qaydasında baxıla bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdeh Alcan (Babayeva) Nübar Ənvər qızından “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 147 manat 18 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 327 manat 58 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2104/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2104/2024
03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver