Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2111/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Aytən Bəxtiyar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı X1 İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 68.837,49 (altmış səkkiz min səkkiz yüz otuz yeddi manat 49 qəpik) manat – bundan 43.165,84 (qırx üç min bir yüz altmış beş manat 84 qəpik) manat əsas və 25.671,65 (iyirmi beş min altı yüz yetmiş bir manat 65 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 51 (əlli bir) manat və iş üzrə ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki iş üzrə tərəflər arasında kredit borcunun qaytarılması istiqamətində barışıq əldə edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddiaçı ilə cavabdehlər arasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə aralarında razılıq əldə edildiyini və bununla bağlı barışıq sazişinin imzalandığını bildirərək məhkəmə hazırlıq iclasının onun iştirakı ilə keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini və iş üzrə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə aralarında razılıq əldə edildiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, iddiaçı X1 İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, 2.1) tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun 205/ZB saylı kredit müqaviləsi üzrə BƏS-də xx.xx.2025-ci il tarixə 43.165,84 (qırx üç min bir yüz altmış beş manat 84 qəpik) manat əsas borcu, 26.995,26 (iyirmi altı min doqquz yüz doxsan beş manat 26 qəpik) manat hesablanmış faiz borcu, ümumilikdə 70.161,10 (yetmiş min bir yüz altmış bir manat 10 qəpik) manat borc öhdəliyi mövcuddur. 2.2) tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə Cavabdeh-Borclu tərəfindən 30 (otuz) gün ərzində İddiaçıya ilkin olaraq 2.000 (iki min) manat məbləğində ödəniləcək vəsaitin 800 manat məbləği əsas borcdan, 1200 manat məbləği faiz borcundan silinsin. 2.3) tərəflər razılaşırlar ki, kredit müqaviləsi üzrə bu razılaşmanın 2.2-ci bəndində qeyd olunan vəsait (2.000 manat) Cavabdeh-Borclu tərəfindən ödənildikdən sonra qalıq əsas borcuna illik faiz hesablanması 8 (səkkiz) % dərəcəsində qalmaqla kredit müqaviləsinin bitmə tarixinədək (01,04.2035-ci il) aylıq ödənişlərin 40 (qırx) % miqdarında əsas borcdan, 60 (altmış) % miqdarında isə faiz borcundan silinməklə Cavabdeh-Borclu tərəfindən bərabər hissələrə İddiaçıya ödənilməsi təmin edilir. 2.4) hər ay ödəniləcək məbləğin Cavabdeh-Borclu tərəfindən ardıcıl 2 (iki) ay və ya və ya hər hansı ardıcıllıqla 3 dəfə icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və nəzərdə tutulan 10.800 (on min səkkiz yüz) manat məbləğində güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5) tərəflər Cavabdeh- Borcluya verilən ödəniş şərtləri onun tərəfindən pozulduğu halda, 43.165,84 (qırx üç min bir yüz altmış beş manat 84 qəpik) manat məbləğində əsas borcun qalığını, əsas borca hesablanmış faizləri və 10.800 (on min səkkiz yüz) manat məbləğində güzəşt edilmiş borcunu Cavabdeh-Borcludan bir dəfəyə tutularaq LPO İddiaçı ASC-yə məcburi ödəniləcəyini, ödənilmədiyi halda tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh-İpoteka qoyana məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəlməsini, həmin əmlakın ilkin satış qiyməti 64.000 (altmış dörd min) manat dəyərində olmaqla açıq hərracda satılmasını, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsini və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh-Borcludan tutulmasını və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil 1 (bir) ay müddətinə boşaldılaraq, alıcıya təhvil verilməsini təsdiq edirlər. 2.6) iddiaçı bu Barışıq sazişinin 2.3-cü bəndində qeyd edilən öhdəliklər tam və vaxtında icra edildikdən sonra, Cavabdeh-Borclu və ya Cavabdeh-İpoteka qoyanın müraciət ərizəsi əsasında LPO İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin üzərində ipoteka yüklülüyünün ləğv edilməsi və borcun olmaması barədə arayışın verilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını, barışıq sazişlərinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişləri qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. O cümlədən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı X1 İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasına dair e-2(007)-2111/2025 saylı mülki iş üzrə iddiaçı X1 İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin: Maddə 1. Sazişin mövzusu 1.1 Bu Sazişin mövzusunu 05,04.2010-cu il tarixli 205/ZB saylı Kredit müqaviləsi (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) əsasında cəmi 68.837,49 (altmış səkkiz min səkkiz yüz otuz yeddi manat 49 qəpik) manat - bundan 43.165,84 (qırx üç min bir yüz altmış beş manat 84 qəpik) manat əsas və 25.671,65 (iyirmi beş min altı yüz yetmiş bir manat 65 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 51 (əlli bir) manat və iş üzrə ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat dövlət rüsumunun Cavabdeh-Borcludan X1 İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh-İpoteka qoyana məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəldilməsinə, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilərək açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-2111/2025 saylı mülki işin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun 205/ZB saylı kredit müqaviləsi üzrə BƏS-də xx.xx.2025-ci il tarixə 43.165,84 (qırx üç min bir yüz altmış beş manat 84 qəpik) manat əsas borcu, 26.995,26 (iyirmi altı min doqquz yüz doxsan beş manat 26 qəpik) manat hesablanmış faiz borcu, ümumilikdə 70.161,10 (yetmiş min bir yüz altmış bir manat 10 qəpik) manat borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə Cavabdeh-Borclu tərəfindən 30 (otuz) gün ərzində İddiaçıya ilkin olaraq 2.000 (iki min) manat məbləğində ödəniləcək vəsaitin 800 manat məbləği əsas borcdan, 1200 manat məbləği faiz borcundan silinsin. 2.3. Tərəflər razılaşırlar ki, kredit müqaviləsi üzrə bu razılaşmanın 2.2-ci bəndində qeyd olunan vəsait (2.000 manat) Cavabdeh-Borclu tərəfindən ödənildikdən sonra qalıq əsas borcuna illik faiz hesablanması 8 (səkkiz) % dərəcəsində qalmaqla kredit müqaviləsinin bitmə tarixinədək (01,04.2035-ci il) aylıq ödənişlərin 40 (qırx) % miqdarında əsas borcdan, 60 (altmış) % miqdarında isə faiz borcundan silinməklə Cavabdeh-Borclu tərəfindən bərabər hissələrə İddiaçıya ödənilməsi təmin edilir. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh-Borclu tərəfindən ardıcıl 2 (iki) ay və ya və ya hər hansı ardıcıllıqla 3 dəfə icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması və nəzərdə tutulan 10.800 (on min səkkiz yüz) manat məbləğində güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Tərəflər Cavabdeh-Borcluya verilən ödəniş şərtləri onun tərəfindən pozulduğu halda, 43.165,84 (qırx üç min bir yüz altmış beş manat 84 qəpik) manat məbləğində əsas borcun qalığını, əsas borca hesablanmış faizləri və 10.800 (on min səkkiz yüz) manat məbləğində güzəşt edilmiş borcunu Cavabdeh-Borcludan bir dəfəyə tutularaq LPO İddiaçı ASC-yə məcburi ödəniləcəyini, ödənilmədiyi halda tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh-İpoteka qoyana məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəlməsini, həmin əmlakın ilkin satış qiyməti 64.000 (altmış dörd min) manat dəyərində olmaqla açıq hərracda satılmasını, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsini və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh- Borcludan tutulmasını və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil 1 (bir) ay müddətinə boşaldılaraq, alıcıya təhvil verilməsini təsdiq edirlər. 2.6. İddiaçı bu Barışıq sazişinin 2.3-cü bəndində qeyd edilən öhdəliklər tam və vaxtında icra edildikdən sonra, Cavabdeh-Borclu və ya Cavabdeh-İpoteka qoyanın müraciət ərizəsi əsasında LPO İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin üzərində ipoteka yüklülüyünün ləğv edilməsi və borcun olmaması barədə arayışın verilməsi öhdəliyini öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Həmin barışıq sazişi təsdiq edilsin və e-2(007)-2111/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Tərəflərə izah olunsun ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda qərardad məcburi icraya yönəldiləcəkdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2111/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2111/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver