Məhkəmə qərarları › İş №e-2(007)-2124/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2124/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2124/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədiə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Seyfəddın oğlundan İddiaçı ASC-nin xeyrinə 10000 manat məbləğində əsas borcun, 1653,05 manat məbləğində faiz borcunun, 612,01 manat məbləğində cərimə borcunun cəmi 12265,06 manat borcun və 128 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Qeyd olunan mülki iş 29 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və e-2(007)- 2092/2025 nömrə ilə qeydə alınaraq məhkəmənin hakimi Qumru Əliyevanın icraatına qəbul olunmuşdur. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Seyfəddın oğlundan İddiaçı ASC-nin xeyrinə 18163,02 manat məbləğində əsas borcun, 1842,24 manat məbləğində faiz borcunun, 1120,12 manat məbləğində cərimə borcunun cəmi 21125,38 manat borcun və 155 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Qeyd olunan mülki iş 02 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və e-2(007)- 2124/2025 nömrə ilə qeydə alınaraq icraata qəbul olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatət verərək Nizami Rayon Məhkəməsində icraatda olan e-2(007)-2092/2025 saylı və e-2(007)-2124/2025 saylı mülki işlərin birləşdirilərək bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. İşin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan, prosessual qənaət prinsipi baxımından vəsatət təmin edilməli, qeyd edilən mülki işlər birlikdə baxılması üçün işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, e-2(007)-2092/2025 saylı mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair e-2(007)-2092/2025 nömrəli mülki iş, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair e- 2(007)-2124/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-2092/2025 nömrə saxlanılmaqla e-2(007)-2124/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair e-2(007)-2092/2025 nömrəli mülki iş, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair e-2(007)-2124/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş e-2(007)-2092/2025 nömrəli mülki iş saxlanılmaqla e- 2(007)-2124/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar