Məhkəmə qərarları › İş №e-2(007)-2145/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2145/2022

24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2145/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-2145/2022 və 2(007)-107/2022 nömrəli mülki işlərin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Cavabdeh cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 64354 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin 2(007)-107/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Cavabdeh cəlb edilməklə “pul” tələbinə dair 2(007)-107/2022 saylı mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Həmçinin, İddiaçı MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 vurmuş olduğu maddi ziyana görə 48354 manat pulun və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Şahinlər MMC-nin cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı pul tələbinə dair 2(011)-3238/2022 nömrəli mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Şahinlər MMC-yə qarşı pul tələbinə dair 2(007)-107/2022 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan mülki iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(007)- 2145/2022 nömrə ilə qeydə alınmışdır. Hər iki işin materiallarını nəzərdən keçirərək, hesab edirəm ki, qeyd edilən mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalı olduğuna, bu məqsədlə işin bir-biri ilə əlaqəli işlərdən birinin ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməli olduğuna dair MPM-nin 43.1-ci maddəsinin tələbini, bununla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə gəlinmiş nəticəni nəzərə alaraq, hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş İddiaçı MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)- 2145/2022 nömrəli mülki iş, icraatımda olan iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı MMCyə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Cavabdeh cəlb edilməklə “pul” tələbinə dair 2(007)-107/2022 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-107/2022 nömrəsi saxlanılmaqla 2(007)-2145/2022 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43-45, 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş İddiaçı MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)-2145/2022 nömrəli mülki iş, icraatımda olan iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Cavabdeh cəlb edilməklə “pul” tələbinə dair 2(007)- 107/2022 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-107/20222021 nömrəsi saxlanılmaqla 2(007)-2145/2022 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar