Məhkəmə qərarları › İş №e-2(007)-2171/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2171/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2171/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 83.13 AZN (səksən üç manat on üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 7.38 AZN (yeddi manat otuz səkkiz qəpik) cərimə borcu: 158.97 AZN (yüz əlli səkkiz manat doxsan yeddi qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 254.88 AZN (iki yüz əlli dörd manat səksən səkkiz qəpik) məbləğində kredit kartı borcunun, və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 iyul 2014-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400.00 AZN (dörd yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 83.13 AZN (səksən üç manat on üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 7.38 AZN (yeddi manat otuz səkkiz qəpik) cərimə borcu: 158.97 AZN (yüz əlli səkkiz manat doxsan yeddi qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 254.88 AZN (iki yüz əlli dörd manat səksən səkkiz qəpik)təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş borcverən “X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 iyul 2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh 400 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kredit borcunun müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş “X1 Azərbaycan” QSC-nin 16 iyul 2020-ci tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 iyul 2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 83.13 AZN (səksən üç manat on üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 7.38 AZN (yeddi manat otuz səkkiz qəpik) cərimə borcu: 158.97 AZN (yüz əlli səkkiz manat doxsan yeddi qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 254.88 AZN (iki yüz əlli dörd manat səksən səkkiz qəpik) məbləğində borcu vardır. İşə əlavə olunmuş 19 iyul 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “X1 Azərbaycan” QSC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 20 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, kredit borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 20 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 83.13 AZN (səksən üç manat on üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 7.38 AZN (yeddi manat otuz səkkiz qəpik) cərimə borcu: 158.97 AZN (yüz əlli səkkiz manat doxsan yeddi qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi 254.88 AZN (iki yüz əlli dörd manat səksən səkkiz qəpik) məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar