Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-22/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 oktyabr 2021-ci il tarixli, BİRJBF-200-2021 saylı kredit müqaviləsi üzrə iddiaçı “Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28423,81 manat əsas, 1676,04 manat faiz, 661,55 manat cərimə olmaqla, cəmi 30761,40 manat borcun, 182,28 manat dövlət rüsumunun, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 05 avqust 2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73-05301-093168 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,40 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 14 oktyabr 2021-ci il tarixli, BİR/BF-200-2021 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28423,81 manat əsas, 1398,09 manat faiz, 568,94 manat cərimə, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 1824,22 manat illik 5% vəsait olmaqla, cəmi 31 675,06 manat borcun, 200,07 manat dövlət rüsumunun, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 05 avqust 2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73-05301-093168 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,40 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında əldə edilmiş razılığa əsasən "xxxx" ASC tərəfindən faiz və cərimə borcu hissəsində güzəştlər tətbiq edilməklə hazırki kredit müqaviləsindən irəli gələn mübahisələr məhkəmədən kənar qaydada həll edilmiş və istər ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsi, istərsə də tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş aidiyyəti üzrə dövlət orqanlarına elektron qaydada müraciət edilmişdir. Hazırda Cavabdeh tərəfindən "xxxx" ASC qarşısında razılaşmaya uyğun olaraq icra edilməmiş öhdəlik mövcud deyildir. Eyni zamanda tərəflər arasında hazırki kredit müqaviləsindən irəli gələn məhkəmə mübahisəsi mövcud olmadığından yazıb iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair zərurət aradan qalxmışdır. Bu baxımdan hazırki iş üzrə ekspert tərəfindən mülki işin məhkəməyə geri qaytarılması zərurəti yaranmışdır. Qeyd edilən səbəbdən mülki işin məhkəmə-əmtəəşünaslıq ekspertizasından geri qaytarılaraq icraatınızda olan hazırki mülki işin baxılmamış saxlanılması və iddia qaldırılan zaman (sonradan tələbin dəyişdirilməsinə dair ərizə verilən zaman əlavə rüsum də ödənilmişdir) iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə ərizə verərək bildirmişdir ki, aralarında əldə olunmuş razılığa (faiz və cərimə güzəşti) əsasən borcun tam ödənilməsi səbəbilə işin məhkəmə-əmtəəşünasliq ekspertizasından icra olunmadan geri qaytarılmasını və mülki iş üzrə icraatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmin ərizəyə etiraz etmir və bildirir ki, hazırki iş üzrə Cavabdeh Akiif oğlunun iddiaçı "xxxx" ASC qarşısında ipoteka il təmin olunmuş BİR/BF-200-2021 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə heç bir icra olunmamış öhdəliyi qalmamışdır.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh də etiraz etmədiyindən, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
8. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
9. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu: 1; xəzinə hesabı: AZ17 CTRE********************; transaksiya nömrəsi: **********16, tarix: xx.xx.2023, saat 10:04:42) görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 182.28 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Beləliklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 182.28 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 182.28 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu: 1; xəzinə hesabı: AZ17 CTRE********************; transaksiya nömrəsi: **********16, tarix: xx.xx.2023, saat 10:04:42) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova