Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2204/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3410757A121 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4806,09 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizlər ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə 4326,77 AZN əsas, 896,27 AZN faiz, cəmi 5223,04 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4326,77 AZN əsas, 896,27 AZN faiz, cəmi 5223,04 AZN məbləğində vəsaitin və ödənilmiş 72,23 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən zəruri sənədlərin təqdim edildiyini göstərmiş, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, bankdan kredit götürərkən "xxxx" QSC-də işləyirdi və aylıq əmək haqqı 1200 manat idi. İndi isə 396 manat maaş alır. Həmçinin, iki uşağı üçün aliment ödənişləri edir. Kredit borcunun olduğunu qəbul edir və hazırda maddi imkanı olmadığı üçün ödənişləri edə bilmir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli RGTK3410757A121 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 20 (faktiki illik faiz dərəcəsi 20,6%) faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 4806,09 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 18 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır; - İddiaçı ASC-nin 16 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 13 iyun 2022-ci il tarixinə İddiaçı ASC-yə 4326,77 manat əsas borcu, 896,27 manat faiz borcu olmaqla, cəmi 5223,04 manat məbləğində borcu vardır; - İddiaçı ASC-nin 10 dekabr 2021-ci il tarixli bildirişindən görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; - 11 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 87,84 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli RGTK3410757A121 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 20 (faktiki illik faiz dərəcəsi 20,6%) faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 4806,09 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilə üzrə pul məbləğini həmin tarixdə bankdan almışdır. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 18 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 fevral 2021-ci il tarixli RGTK3410757A121 saylı kredit müqaviləsi üzrə 4326,77 manat əsas borc, 896,27 manat faiz borcu olmaqla, cəmi 5223,04 manat borc Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, hazırda iddiaçı məhkəmədə iddia qaldırılması üçün 87,84 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırkı iddia üzrə iddiaçı 72,23 manat dövlət rüsumu ödəməli idi. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 72,23 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş 15,61 manat isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18 fevral 2021-ci il tarixli RGTK3410757A121 saylı kredit müqaviləsi üzrə 4326,77 manat əsas borc, 896,27 manat faiz borcu olmaqla, cəmi 5223,04 manat borc və ödənilmiş 72,23 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Artıq ödənilmiş 15,61 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (X1, İddiaçı ASC, VÖEN **********, mədaxil qəbzi nömrəsi 903214667, Tarix: xx.xx.2022, saat 14:58:57) qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2204/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2204/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver